Şəhla XƏLİLQIZI: YENİ ŞEİR NÜMUNƏSİ - FOTO
YENİ ŞEİR NÜMUNƏSİ.
Salam alıb verəndə bir az fikirləş demiş


Bir salamın altında neçə cür ümüd yatır,
Bir salamın altında neçə cür taleh batır,
Biri xahiş edəndə, biri imzasın atır.
Salamın xeyirlisi, ziyanı da var imiş,
Salam alıb verəndə bir az fkirləş demiş.

Biri xeyrin güdəndə, biri sözün üyüdür,
Birisi kürsüsünü qına girib böyüdür,
Gör salamın nəfəsi necə qəlbə yeridir,
Salamın xeyirlisi, ziyanı da var imiş,
Salam alıb verəndə bir az fikirləş demiş.

Hər salamın altında əjdahanın başı var,
Alınmayan salamın çaxılacaq daşı var,
Salamın xeyirlisi, ziyanı da var imiş,
Salam alıb verəndə bir az fikirləş demiş.

Bu yol salınmış belə, salam alır payını,
Kimə düşdü yazıqdır bəd salamdan vayını,
Bəzən gözdən gətirir bir salamın çayını,
Salamın xeyirlisi, ziyanı da var imiş,
Salam alıb verəndə , bir az fikirləş demiş.

Dostluq pərdəsi altda qorxunc əməllər durur,
Sənə xeyir gələndə xəbərsiz yolun burur,
Salamlar balta kimi çapıb kökündən vurur,
Salamın xeyirlisi, ziyanı da var imiş,
Salam alıb verəndə bir az fikirləş demiş.

Yaxşı salam insanı cənnətinə aparar,
Pis insanın yanından çəkib səni qoparar,
Bəd salamın yiyəsi özünə tay-tuş arar,
Salamın xeyirlisi, ziyanı da var imiş,
Salam alıb verəndə bir az fikirləş demiş.

Yaman ağırdır demək salam sözün mənası,
Yaxşı salamlarının qoy yayılsın sədası,
Şəhla, yüz səmtə çalır salamların havası,
Salamın xeyirlisi, ziyanı da var imiş,
Salam verib alanda bir az fikirləş demiş.


Şəhla Xəlilqızı

Şəhla XƏLİLQIZI: YENİ ŞEİR NÜMUNƏSİ - FOTO

Son xəbərlər

Rusiya və Çin peyklərinə qarşı ABŞ-ın yeni silahı

Kosmosda saçlarını necə yuyurlar: Astronavt AÇIQLAYIR 10 0

Təbiət və müasir istirahət bir arada - Şamaxıda “Pirqulu Park” hoteli

Adilə Aslanova : ÜZEYİR — XALQIN RUHUNDAN GƏLƏN SƏS

Həbsinə heç kim inanmırdı... - 1 ildir içəridədir

Novruzəli Aslanov: “Mövcud reallıqlar regional təhlükəsizlik məsələlərinin Azərbaycan üçün nə qədər mühüm olduğunu aydın göstərir”

Süni intellekt kinonu əvəz edəcək? – Gələcəyin ssenarisi açıqlandı

Bədən bu yaşdan sonra daha sürətlə qocalır?

Fərhad Əsgərov (Ramizoğlu) : QAYDALARA RİAYƏT EDİLMƏLİDİR

Sevda Məmmədzadə dünyasını dəyişdi

Putinə "müharibəni dayandır" deyən rejissoru "xarici agent" elan etdilər

Nobel mükafatının məbləği artırıldı

“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar”

‘’Ümumdunya İlk Yardım Günü’’ - FOTOLAR

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto

Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb

Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb

18 sentyabr – Milli Musiqi Günü: Üzeyir bəyin qoyduğu yol və milli musiqinin yeni mərhələsi

Öyrənək, öyrədək, gözləyək...

Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...

Sabah rayonlarda arabir yağış yağacaq

Keçmiş nazir uzun müddət sonra "Beşiktaş"ın matçında görüntüləndi

Dünya düzəlmir... ( Məmməd Araz ) - FOTO

Bu ilin 8 ayında pensiyalara 5 milyard 222 milyon manat vəsait yönəldilib

Afra Saraçoğlu da saxlanıldı

CeyLoya bənzərliyi ilə gündəm oldu - Fotolar

Qızının adı həmin mahnı ilə bağlıdır

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930