Meşələrdə qanunsuz ağac kəsimlərinin qarşısının alınması məqsədilə yeni nəzarət mexanizmləri tətbiq olunur. İlkin mərhələdə müxtəlif bölgələrdə riskli ərazilərdə dron müşahidələri həyata keçiriləcək.

Bunu ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov “trend.az” Beynəlxalq İnformasiya Agentliyinə və “ARB24” televiziya kanalına müsahibəsində bildirib.

Nazir əlavə edib ki, ilin sonuna qədər müəyyən ərazilərdə, əsasən risk zonalarında, kameraların quraşdırılması və görüntülərin onlayn yayımlanması təmin olunacaq:

"Bu gün biz müasir texnologiyalardan istifadə etməyə qərar verdik. Bu həm də dronların alınmasını nəzərdə tutur. Artıq müqavilələr bağlanıb və ilk dronlarımız yaxın vaxtlarda tətbiq olunacaq. Süni intellekt əsaslı platformalar üzərindən bu işin təşkilini planlaşdırırıq.

Yeni sistemdə çəkilən görüntülər elektron sistem vasitəsilə müqayisə ediləcək və qanunsuz ağac kəsimi və ya digər dəyişikliklər aşkarlandıqda aidiyyəti qurumlar dərhal məlumatlandırılacaq. Bu, operativ müdaxilələr üçün zəmin yaradacaq.


İlkin mərhələdə İsmayıllı meşələri, zəngin təbiəti ilə seçilən ərazilər seçilib. Uğurlu nəticələr əldə edildikdən sonra digər ərazilərdə də bu işlər təşkil olunacaq," - deyə nazir bildirib.

O həmçinin vurğulayıb ki, ölkədə ilk mərhələdə sənaye məqsədli meşə salınması üzrə pilot layihəyə start verilməsi nəzərdə tutulur.

Nazirin sözlərinə görə, layihə çərçivəsində pavloniya və sürətlə böyüyən digər ağac növlərindən istifadə etməklə meşə təsərrüfatının yeni modeli formalaşdırılacaq:

"Hazırda Azərbaycanda sənaye məqsədli meşələr mövcud deyil. Lakin cəmiyyətdən və yerli sahibkarlardan bu istiqamətdə müraciətlər daxil olub. Dünya təcrübəsinə baxdıqda, sənaye meşələrinin salınması geniş tətbiq olunur -xüsusilə Çində, həmçinin Almaniya və İspaniyada, Özbəkistanda isə son dövrlərdə geniş şəkildə həyata keçirilir.

Bizim özbək tərəfdaşlarımızla görüşdə pavloniya və tez bitən qovaq ağaclarının əkilməsi təşəbbüsü irəli sürülüb və bu məsələ araşdırılıb. Hesab edirik ki, bu növ ağaclardan sənaye meşəsi məqsədilə istifadə, sahibkarlar vasitəsilə meşəsalmanı həyata keçirmək Azərbaycan üçün irəliləyiş olacaq. Bu, meşələrin sürətlə bərpasına imkan verəcək və əhalimiz də bundan yararlana biləcək.Əsas məqam Pavloniya ağaclarının Azərbaycan üçün xas olmamasıdır, buna görə də məsələyə həssas yanaşırıq. 100 hektar ərazidə pilot layihəyə başlanılır və nəticələrdən asılı olaraq növbəti addımlar atılacaq.

Eyni zamanda, layihənin səmərəliliyi ilə bağlı İqtisadiyyat Nazirliyi ilə tərəfdaşlıq edilir, xarici mütəxəssislər də cəlb olunur. Avropa ölkələrində də bu tip ağac əkilməsi aktiv şəkildə həyata keçirilir," - deyə nazir əlavə edib.

Son xəbərlər

Bakıda Qədim Sazın və Sözün Möhtəşəm Zəfəri - FOTOLAR

“Aşk-ı Memnu”nun “Arsen”i vəfat etdi

NBC: ABŞ-də F-16 qırıcısı qəzaya uğrayıb

Merz Trampla Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Bu gün Milli Musiqi Günüdür

Rauf İLYASOĞLU : BİZ SƏNSİZ QALMIŞIQ, AY OQTAY QAĞA - FOTO

Ərdoğanla Trampın görüşü olacaq

Rusiya millisi Azərbaycanda dördillik həsrətə son qoyacaq

ƏZİZƏ AĞAHÜSEYNQIZI : BU PAYIZI ÖZÜN İLƏ APARMA - FOTO

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

Vəsiyyəti açıqlanmadan mübahisələrə səbəb oldu - İnanırın mirasına nələr daxildir?

"Teşkilat" nə vaxt yayımlanacaq?

“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...”

Tarverdi Abbasov Ömrünün Yaradıcılıq Salnaməsi

ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi

Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ

Nicat Novruzoğlu : Nolar ki,bir salam yolla.. - FOTO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır

Şəhid (Antiterror hadisələri zamanı) Vüsal Şəhriyarovun anası Tatış Ananın 45 yaşı tamam olur - FOTOLAR

Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək

8 il sonra yenidən “Leyli” olacaq

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTOLAR - YENİLƏNİB - FOTO

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930