Xəbərlər
23.05.2026, 12:49
QIZBƏS QƏBƏLƏ : QARMON İFASI - FOTO
Heç bilmədim niyə ağladım belə,
Qarmon ifasını dinləyən zaman.
Bir anda gözümdən çağladı sular,
Hıçqıra-hıçqıra ağladım yaman.
Sardı ürəyimi kədər, qüssə, qəm,
Dünyanın dərdləri gəldi gözümə.
Nədən sızıldadır ürəyimizi
Həzin musiqilər? Sordum özümə...
Bəlkə anaların laylasıdır o,
Şəhid anasının ağı səsidir?
Bəlkə də cahanın, yer kürəsinin
O ilk nəğməsidir, ilk bəstəsidir.
Bilmirəm nə ecaz var musiqidə,
Gəlib yada düşdü ömrün illəri.
Atalı, analı, xoşbəxt çağları
Mənə xatırlatdı görün nələri...
Bu dünya ah, niyə belədir axı,
Necə tez ötüşür gözəl günlərin.
Bir də görürsən ki, köçüb dünyadan,
Nə doğmalar qalıb, nə əzizlərin...
Qarmon ifasını dinləyən zaman.
Bir anda gözümdən çağladı sular,
Hıçqıra-hıçqıra ağladım yaman.
Sardı ürəyimi kədər, qüssə, qəm,
Dünyanın dərdləri gəldi gözümə.
Nədən sızıldadır ürəyimizi
Həzin musiqilər? Sordum özümə...
Bəlkə anaların laylasıdır o,
Şəhid anasının ağı səsidir?
Bəlkə də cahanın, yer kürəsinin
O ilk nəğməsidir, ilk bəstəsidir.
Bilmirəm nə ecaz var musiqidə,
Gəlib yada düşdü ömrün illəri.
Atalı, analı, xoşbəxt çağları
Mənə xatırlatdı görün nələri...
Bu dünya ah, niyə belədir axı,
Necə tez ötüşür gözəl günlərin.
Bir də görürsən ki, köçüb dünyadan,
Nə doğmalar qalıb, nə əzizlərin...
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay

