Mənim üçün hər yerdə və həmişə görünən uşaqlıq dostlarımdan olan tanınmış şair, uzun illərdir ki, prokurorluq orqanlarında çalışan, peşəkarlığı ilə seçilən hüquqşünas Sabir Abdinin lətif duyğularla süslənmiş poeziya çələngi - “Əlvida deyirəm ayrılıqlara” adlı şeir kitabının Qanun Nəşrlər Evində təqdimatı bayram şövqlü ovqatda keçirildi.

Kitabda sevgi, həsrət, ayrılıq və ümid duyğuları poetik dillə oxuculara təqdim edilir. Hər misrada həyatın müxtəlif çalarları, insan ruhunun incə hissləri öz əksini tapır. Şair sadə və poetik bir dillə oxucuya həm kədəri, həm də gözəlliyi hiss etdirir...

Özümdən özümə çəkilən yolam,
Çiçəyi burnunda saralan, solan,
Həmişə gözləri yol çəkən yolam,
Yolçu yolda gərək, qalx, gedək, ömrüm.

Özüm öz gözümdə azıb gəlirəm,
Dərdimi min yerə yozub gəlirəm,
Sözümü durnatək düzüb gəlirəm,
Bahar buludusan, yağ, gedək, ömrüm.


Özündən özünə çəkilən yolun yolçusu ömrünə qalx gedək, ayrılıqlara əlvida deyir... Bu dəruni hal düşünürəm ki, onun üzünü göy üzünə söykəmək məqamından təzahür edir.

Yaddaşımda “Üzümü söykəyib göyün üzünə” misrası yarpaqlayır. İllər öncə Sabir Abdinin yaradıçılığına həsr olunmuş bu adda bir məqalə də yazmışdım... Deyirlər əsl şairlər göy üzündən keçib gəlir. Görünür, bu fikir yer üzünü göy üzünə yaxınlaşdırmaq amalında, diləyində olan Söz elçilərinin uca göylərə -əzələ, Tanrı dərgahına üz tutmasından qaynaqlanır...
Əngin məna dərinliyi, zəngin forma genişliyinə malik olan Sabir Abdinin poeziyasına məhz bu məntiqlə “göy üzündən” nəzər salmaq gərəkdir. Çünki S.Abdinov üçün göy (göy üzü), eləcə də işıq və yağış xüsusi məna kəsb edir və onun poeziyasında bu adlar poetik hissə çevrilir, obrazlaşır. Əyanilik üçün onlarla şeirlərdən nümunələr gətirmək olar: “Üzümü söykəyib göyün üzünə”, “Göylərin üzünə söykə üzünü”, ”Göylər də qovuşar yerə bir anda”, “Göylərin üzündə sən axtar məni ”, “Damla gözlərimə göylər yığışdı”, “Baxıb gözlərimə göylər ağladı”, “Dalğalar qaldırsın məni göylərə”, “...Göydən yerə enən sevgi...”, “Göylərə zillənən gözüm yorulmaz”, “Göylərə açılan əllərin baxır” və s. kimi misralar şairin mifoloji, etnik yaddaş qatlarının poetik ovqatda təzahür edən şəklidir.

Sabir Abdinin şeiriyyəti “Göy üzü” kontekstində mənəvi ehtiyaclarımıza, duyğularımıza bir zənginlik və rahatlıq gətirir. Bir bəndlik” Göylər ucalır” şeirində yazdığı kimi:
Mən elə bilirdim günün birində
Adi insan kimi göylər qocalır.
Bilmirdim dünyada sevənlər varsa,
Bu ülvi sevgidən göylər ucalır.

Ülvi sevgidən göylərin ucalması qənaətində olan şair “Bir gün” şeirində öz “gülünə” “Göylərdən yanına gələrəm sənin”-deyir. Məntiqi olaraq sual doğur:niyə göylərdən? Bax, S.Abdinovun Göylə (göy üzü) bağlı poetik gəzişmələrinin fəlsəfi anlamı, mahiyyəyi də elə bu sualın cavabı fonunda üzə çıxır. Axı göy üzü mifik-ədəbi yaddaş aynamızda Tanrı “məkanının” özüdür...Paklıq, saflaşma, fəzilət, həqiqət, qüdsiyyət...
Üzünü göy üzünə söykəyib yer üzünə Ulu Sözün işığında ayrılıqlara əlvida deyən Sabir Abdin, şeiriyyət şölən gur, özündən özünə gedən yolun rəvan olsun. Poetik dünyanın üfüqləri Sözün dan yerinin nuruna boyansın!


✍️Tapdıq ƏLİBƏYLİ

Son xəbərlər

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır

Şəhid (Antiterror hadisələri zamanı) Vüsal Şəhriyarovun anası Tatış Ananın 45 yaşı tamam olur - FOTOLAR

Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək

8 il sonra yenidən “Leyli” olacaq

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTOLAR - YENİLƏNİB - FOTO

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər

Dövlət Agentliyinin əməkdaşlarının tibbi təminatı Daxili İşlər Nazirliyinə həvalə olunub

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Rusiyanın 3 təyyarəsi və helikopterləri bir gecədə məhv edildi

Karantin rejimi yanvara qədər uzadıldı

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib

Bu şəhərlər 100 il sonra yox ola bilər - Siyahı

Cahangir Əsgərovun qızı Nyu-Yorkda 7,5 milyonluq əmlak alıb

“Windows 11”də format dövrü bitdi - Sistem bu yolla yenilənəcək

İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

Yaşlandıqca immunitet niyə zəifləyir? - Araşdırma

SƏNİ ÇOX SEVİRƏM, YAXŞI Kİ, VARSAN - FOTOLAR

Mərkəzi Bankın səlahiyyətləri artırılır

Rusiyada ayı giləmeyvə toplayan iki kişini parçalayıb

Azərbaycan ilə Malayziyanın turizm əlaqələri müzakirə olunub

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Filippin və Danimarka ilə qarşılaşacaqlar

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930