
Xəbərlər
23.05.2026, 22:30
Arif Musa : Mən kimi - FOTO
Mənim dərdim sənin dərdin deyil ki,
Necə deyim, kövrələsən mən kimi?!
Bu əzaba, bu həsrətə dözürəm,
Nə etsəm də görünmürəm sən kimi.
Sabahıma ümid yoxdu, dərdə bax,
Xəyal göydə, kədər yerdə, dərdə bax,
Duyğularım haray çəkir dildə, bax,
Bu dərdlərim yox olaydı çən kimi.
Bu qəm-qüssə ürəyimi sıxsa da,
Geci-tezi axırıma çıxsa da,
Dərdinizi verin mənə, çoxsa da,
Qəm görməyin, yaşamayın mən kimi.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












