
Xəbərlər
24.05.2026, 00:04
XƏLİL MİRZƏ : Yaxşı ki, ömrümə döndü xatirən - FOTO
Xatirən
...Mən də bir cavandım qəlbi alovlu,
Sən də bir gözəldin, baxışı odlu.
Arzularım kövrək, şimşək qanadlı,
Onda ümid idin, indi xatirə.
Sən niyə eyvandan elə baxırdın?
Bilirdin yanıram, hələ baxırdın.
Fələk qəzəbiylə külə baxırdın?
Özün yanmasan da, yandı xatirən.
Xəyalla yaşamaq həyat tərzimdir,
Hələ canım varsa, həyat- dərsimdir.
Kasıb müştəriyəm, həyat dərzimdir,
Mənə pulsuz qalan dondu xatirən.
Zamanın gözləmək aləti yoxdur,
Qəddimin sevilmək haləti yoxdur.
Daha qəlbimin də taqəti yoxdur,
Yaxşı ki, ömrümə döndü xatirən.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











