Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qlobal səhiyyə sahəsində son illərdə əldə edilən nailiyyətlərin geriləmə təhlükəsi ilə üzləşdiyini açıqlayıb.

"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə təşkilatın dərc etdiyi “Dünya Səhiyyə Statistikası 2026” hesabatında bildirilir.

Qeyd edilib ki, səhiyyə sahəsində ümumi irəliləyişlər olsa da, müxtəlif risk faktorları bu inkişafı ləngidir və bəzi sahələrdə geriyə dönüş müşahidə olunur.

Vurğulanır ki, son 10 ildə profilaktika, müalicə və əsas səhiyyə xidmətlərinə çıxış genişlənsə də, bu tendensiya davamlı deyil və 2030-cu il üçün dayanıqlı inkişaf hədəflərinə çatmaq üçün dünya hələ də ciddi geridə qalır.

ÜST xəbərdarlıq edir ki, qarşısı alına bilən risklər - yoluxucu və qeyri-yoluxucu xəstəliklər, sosial bərabərsizliklər və zəif səhiyyə sistemləri əldə edilən nəticələri zəiflədir.

Hesabatda son illərə dair bəzi müsbət göstəricilər də yer alır. Bildirilir ki, 2010-2024-cü illər arasında HİV infeksiyalarında 40 faiz azalma qeydə alınıb, tütün və alkoqol istifadəsində isə eniş müşahidə olunub. Eyni zamanda, milyonlarla insanın təmiz su, sanitariya və gigiyena xidmətlərinə çıxışı yaxşılaşıb.

Bununla yanaşı, ÜST malyariya hallarının artdığını, anemiyanın geniş yayıldığını və uşaqlarda artıq çəki probleminin yüksəldiyini qeyd edir. Həmçinin dünyada hər dörd qadından birinin partnyor zorakılığına məruz qaldığı bildirilir.

Hesabatda vurğulanır ki, dünya əhalisinin təxminən dörddə biri səhiyyə xərcləri səbəbindən maliyyə çətinlikləri ilə üzləşir və milyonlarla insan yoxsulluq riski altındadır.

ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, mövcud məlumatlar həm irəliləyişləri, həm də dərin bərabərsizlikləri ortaya qoyur: “Bir çox insan hələ də sağlam həyat üçün əsas şərtlərdən məhrumdur. Daha güclü və ədalətli səhiyyə sistemlərinə ehtiyac var”.

Təşkilat dünya ölkələrini səhiyyə sistemlərinə investisiyaları artırmağa və mövcud geriləmənin qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırıb.

Son xəbərlər

Rusiya və Çin peyklərinə qarşı ABŞ-ın yeni silahı

Kosmosda saçlarını necə yuyurlar: Astronavt AÇIQLAYIR 10 0

Təbiət və müasir istirahət bir arada - Şamaxıda “Pirqulu Park” hoteli

Adilə Aslanova : ÜZEYİR — XALQIN RUHUNDAN GƏLƏN SƏS

Həbsinə heç kim inanmırdı... - 1 ildir içəridədir

Novruzəli Aslanov: “Mövcud reallıqlar regional təhlükəsizlik məsələlərinin Azərbaycan üçün nə qədər mühüm olduğunu aydın göstərir”

Süni intellekt kinonu əvəz edəcək? – Gələcəyin ssenarisi açıqlandı

Bədən bu yaşdan sonra daha sürətlə qocalır?

Fərhad Əsgərov (Ramizoğlu) : QAYDALARA RİAYƏT EDİLMƏLİDİR

Sevda Məmmədzadə dünyasını dəyişdi

Putinə "müharibəni dayandır" deyən rejissoru "xarici agent" elan etdilər

Nobel mükafatının məbləği artırıldı

“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar”

‘’Ümumdunya İlk Yardım Günü’’ - FOTOLAR

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto

Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb

Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb

18 sentyabr – Milli Musiqi Günü: Üzeyir bəyin qoyduğu yol və milli musiqinin yeni mərhələsi

Öyrənək, öyrədək, gözləyək...

Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...

Sabah rayonlarda arabir yağış yağacaq

Keçmiş nazir uzun müddət sonra "Beşiktaş"ın matçında görüntüləndi

Dünya düzəlmir... ( Məmməd Araz ) - FOTO

Bu ilin 8 ayında pensiyalara 5 milyard 222 milyon manat vəsait yönəldilib

Afra Saraçoğlu da saxlanıldı

CeyLoya bənzərliyi ilə gündəm oldu - Fotolar

Qızının adı həmin mahnı ilə bağlıdır

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930