Sem Smit Bakıya gəlmədi - Onu bu məşhur əvəz edəcək

"Brit" mükafatlı məşhur müğənni 27 aprel tarixində Formula 1 SOCAR Azərbaycan Qran Prisində konsert verəcək.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata görə, "Formula 1 SOCAR Azərbaycan Qran Prisi 2019" yarış həftəsonunun şənbə günü, 27 aprel tarixində sağlamlıq məsələləri ilə bağlı konsert proqramını ləğv etməli olan Sem Smiti həmin gün "Price Tag", "Domino" və "Bang Bang" kimi hit mahnıları ilə tanınan və albomları milyonlarla satılan Cessi Cey əvəz edəcək.

Bakı Kristal Zalında baş tutacaq bu konsert tədbiri BŞH-nin Formula 1 yarış həftəsonu əyləncə proqramına daha bir möhtəşəm ad əlavə edəcək.

Britaniyalı müğənninin "Who You Are" adlı albomu milyonlarla satılıb və ona "BRITS Critics' Choice" mükafatını qazandırıb. Bundan sonra sənət fəaliyyətinə bir qədər fasilə verən Cessi Cey yalnız altı il sonra öz etiraflarını bölüşdüyü "R.O.S.E" albomunu çıxarıb.

Musiqiçinin Don Diablo ilə ifa etdiyi "Brave" adlı ən son sinqlı isə 26 aprel tarixində buraxılacaq.

Cessi Cey, eləcə də Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin bütün kollektivi, Sem Smitə şəfalar diləyir və onu tezliklə Bakıda görməyi arzulayır.

Bütün bilet sahibləri Bakı Kristal Zalında dünya ulduzlarının iştirakı ilə keçiriləcək axşam konsertlərində pulsuz iştirak edə biləcəklər. Tamaşaçıların Bakı Şəhər Halqasından Kristal Zala gediş-gəlişi avtobuslar vasitəsilə həyata keçiriləcək.

Yalnız 4-günlük bilet sahibləri 25 aprel tarixində baş tutacaq Pit Yolu Gəzintisində eksklüziv olaraq iştirak edə biləcəklər.

Qeyd edək ki, "Formula 1 SOCAR Azərbaycan Qran Prisi 2019" yarışını yerində canlı izləmək üçün indidən bilet almaq və bu məqsədlə Bakıya səfərini öncədən planlaşdırmaq istəyənlər daha ətraflı məlumatı www.bakucitycircuit.com rəsmi saytından əldə edə bilərlər.

Son xəbərlər

Həyəcan təbili: Uşaqlar arasında energetik içki istifadəsi artır

Ermənistan müxalifəti mitinq keçirir

Məşhur futbolçu və müğənni evləndi - Foto

Konsertindəki çıxışı ilə pərəstişkarlarını təsirləndirdi

Bu gün Bakı şəhəridə Sazlı-Sözlü Borçalı ədəbi məclisinin tədbiri keçirildi - FOTO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub

Magistraturaya qəbul imtahanı keçirildi - YENİLƏNİB

Yollarda görünüş məsafəsi məhdudlaşacaq

İshaq Dar və Hakan Fidan müzakirə apardılar

Rusiyanın Oryol şəhərinə dron hücumu - Ölən var

Abşeron rayonuda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib - FOTOLAR

Azərbaycanın rayonlarında yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ

BELA ZƏNGİBASARLI : ,,ZƏNGİBASAR YALLISI" - FOTO

Deputat: Milli Qurtuluş günü Azərbaycanın dövlətçilik tarixinin dönüş nöqtəsidir

Mirzəxan Xəlilov-80

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olunub - FOTO

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

Milli Qurtuluş Günü və müstəqil məhkəmə sisteminin institusional təməlləri

MƏMMƏD QƏDİR : Qulağının dalın görərsən - FOTO

Mehriban xanım Əliyeva: Şəfqət və xeyirxahlıq simvolu

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Zelenski Rusiyanın 10 rabitə operatoruna sanksiya tətbiq edib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Dünya çempionatı - Qətər son dəqiqə qolu ilə xilas oldu

VƏTƏNƏ XİDMƏTLI BİR ÖMÜR YAŞADI...

Moskva da yağışlara tab gətirmədi - Şəhəri su basdı

“Kokain lazımdır, təcili!” - Məşhur aktrisanın yazışmaları üzə çıxdı

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930