SOCAR I rübdə 1,8 mln. ton neft, 1,6 mlrd. kubmetr qaz hasil edib

Bu ilin I rübündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə 1,846 mln. ton neft, 1,561 mlrd. kubmetr qaz hasil edilib.

“Report” bu barədə SOCAR-ın yaydığı məlumata istinadən xəbər verir.

Ölkə üzrə qaz hasilatı isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,1% artaraq, 9,075 mlrd kubmetr, neft hasilatı 0,15% artaraq, 9,694 mln. ton təşkil edib.

Bildirilib ki, 2019-cu ilin birinci rübündə SOCAR tərəfdaş şirkətlərlə birlikdə ölkədə neft hasilatını stabil səviyyədə saxlamaqla yanaşı, qaz hasilatında ciddi artıma nail olub. “Qaz hasilatının artırılması istiqamətində SOCAR-ın “Ümid” yatağında 6810 metr dərinliyə qazıb istismara verdiyi yeni quyu xüsusi qeyd edilməlidir. Şirkət üzrə ən yüksək debitə malik bu quyuda qazma işləri mürəkkəb geoloji strukturda bir çox texniki üsullardan ilk dəfə tətbiq edilməklə təhlükəsiz şəraitdə tamamlanıb. Quyunun potensial hasilatı gündəlik 2,5 mln. kubmetr qaz, 400 ton kondensat həcmində qiymətləndirilir. Bundan əlavə 5940 - 6810 metr dərinliyindən süxur nümunələri götürülüb, temperatur və lay təzyiqi barədə məlumatlar əldə edilib”,-məlumatda qeyd edilib.

Layihənin mühəndislik dizaynı SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutu tərəfindən yerinə yetirilib. Layihə SOCAR-ın “Ümid-Babək” Əməliyyat Şirkəti tərəfindən idarə edilib, qazma üzrə podratçı “SOCAR AQŞ” MMC olub. Digər podratçılar, o cümlədən “Baker Hughes”, “GE Company”, “Cameron”, “Sumitomo”, “Azeri MI”, “Weatherford”, “Schlumberger”, “Interwell”, “Azorel”, AXDG, CMS, “Azlab” MMC layihənin uğurla həyata keçirilməsinə mühüm töhfə veriblər. Ümumilikdə hesabat dövrü ərzində SOCAR üzrə 40 303 metr qazma işləri həyata keçirilib.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, “Ümid” yatağı Azərbaycanın müstəqillik dövründə SOCAR geoloqlarının ən böyük kəşfidir: “Olduqca mürəkkəb geoloji strukturda yerləşdiyinə baxmayaraq, qazmaçılarımız bu quyuda bütün təbii maneələrə qalib gəldilər. Müxtəlif texnoloji həlləri ilk dəfə burada tətbiq edərək, quyunu 6800 metrdən artıq, Şirkət üzrə rekord dərinlikdə tamamlayan qazmaçılarımız SOCAR-ın ən yüksək debitli quyusunu uğurla istismara təhvil verdilər. Potensial hasilatı ildə təqribən 900 mln. kubmetr həcmində qiymətləndirilən bu məhsuldar quyunun istismara verilməsi münasibəti ilə “Ümid-Babək” Əməliyyat Şirkətimizin kollektivini, bütün Azərbaycan neftçilərini və əziz xalqımızı ürəkdən təbrik edirəm”.

Son xəbərlər

"Kızıl qoncalar"dan sonra "Centilmen"də rol alacaq

"Rüya gibi"nin aktrisası yeni serialda - FOTO

Tuğba Ekinci saxlanıldı

Məşhur aktyor evində ölü tapıldı

Sibel Can özündən 10 yaş kiçik sevgilisi ilə evlənir

Mücirəddin Beyləqani adına ədəbi məclis keçiriləcək

Əməkdar həkim vəfat etdi

Bütün zamanların dəb ikonası seçildi

Türkiyə Super Liqası: "Fənərbaxça" öz meydanında "Beşiktaş"a məğlub olub

TOMRİS ÖDÜLLÜ XANIMLAR

Türk məşhurların villaları uçurulacaq

CƏLİLABADIN GƏNC ŞAİRƏSİ — HİCRAN ƏHMƏDLİ - FOTOLAR

Üç ürəyə bir ad günü sevinci - FOTOLAR

Azərbaycan Türkiyədən elektrik məhsullarının idxalına çəkilən xərcləri açıqlayıb

Fransanın Ermənistandakı səfiri dəyişib

PÜSTƏ RƏVAN : DOST KİMİ SEVƏCƏYƏM MƏN

Rusiya Donetskdə bir kəndi ələ keçirib

"MÖCÜZƏLİ NAFTALAN"

"Sabah" uşaq futbolunun inkişafına dəstək məqsədilə 10 milyon manatlıq maliyyə proqramı yaradacaq

*Aydan Ələkbərli, yoxsa Aydan Nizami qızı? Hansı daha çox tanıdır sizi* ?

İstanbulda oteldə yanğın: 10-dan çox yaralı var

Məşhur musiqiçi, hamilə həyat yoldaşı və qızı öldürüldü

Media: İranın Xark adasında partlayış olub

Atlaz Rzayi : Cənub bölgəsinin gözü, Vətənim - FOTO

Vahid Çəmənli : Təpədən dırnağa ağdamlı - FOTO

Çempionlar Liqası: "Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək

Qəzənfər Məsimoğlu : GÜLƏ-GÜLƏ GƏLDİ PAYIZ - FOTO

Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli - ŞƏRH

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930