Azərbaycan paytaxtı 2022-ci ili möhtəşəm atəşfəşanlıqla qarşıladı
2021-cu il başa çatdı. Yola saldığımız il ölkəmizin inkişaf salnaməsinə daha bir uğur səhifəsi kimi yazıldı. Azərbaycan beynəlxalq mövqelərini daha da möhkəmləndirdi, sosial-iqtisadi sahədə mühüm nailiyyətlər qazandı.

Prezident İlham Əliyevin rəhbərliyi ilə 2021-ci ildə həyatın bütün sahələrində əsaslı islahatlar aparılıb, ölkəmiz qarşıya qoyulan hədəflərə nail olub. Eyni zamanda, dünya azərbaycanlılarının həmrəyliyi istiqamətində önəmli addımlar atılıb. Odur ki, xalqımız 2022-ci ili böyük sevinc və nikbinliklə qarşılayıb. Yeni ilin ilk dəqiqələrində Dənizkənarı Milli Parkda yaşanan izdiham və möhtəşəm atəşfəşanlıq bunun əyani təcəssümü kimi qiymətləndirilə bilər.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə dekabrın 31-dən yanvarın 1-nə keçən gecə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Dənizkənarı Milli Parkda təşkil olunan bayram atəşfəşanlığını on minlərlə insan maraqla izləyib.

Qeyd edək ki, Yeni il münasibətilə Dənizkənarı Milli Park, paytaxtın digər parkları və mərkəzi küçələri bayramsayağı bəzədilib, yolkalar qurulub. Həmçinin müxtəlif Yeni il atributları və simvolları, nağıl qəhrəmanlarının fiqurları quraşdırılıb, müxtəlif yerlərdə bayram yarmarkaları təşkil olunub.

Yeni ilin sevincini paylaşmaq üçün şəhərimizin küçə və meydanlarına axışan sakinlər və paytaxtımızın qonaqları gündən-günə gözəlləşən, yeni görkəm alan Bakı səmasını al-əlvan rənglərə boyayan bayram atəşfəşanlığına böyük maraq və heyranlıqla tamaşa ediblər.

Ötən ili xoş ovqatla yola salan xalqımız 2022-ci ili yeni arzularla və qələbələr sorağı ilə qarşılayıb.

Qədəmlərin uğurlu olsun, Yeni il!

Son xəbərlər

Bərdədə avtomobillər toqquşub, xəsarət alanlar var

QIZBƏS QƏBƏLƏ : ÖLÜM XƏBƏRLƏRİ - FOTO

Yol Polisi səfərdən dönən sürücülərə müraciət edib

Tramp Omanı hədələdi

İyunun ilk günü hava necə olacaq?

Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq

78 uşaq himayədar ailələrə verildi

Cüdoçumuz Avropa Kubokunun qalibi oldu

Qar yağıb, dolu düşüb

20 il sonra bu gün görüşəcəkdik, ölüm xəbəri gəldi

Xameneinin dəfn mərasiminə hazırlıq başladı

“Hizbullah” İsrailin şimalına 100 raket və PUA buraxıb

UEFA Superkubokunda onlar qarşılaşacaqlar

Fransa polisi PSJ azarkeşlərinə qarşı gözyaşardıcı qazdan istifadə edib

“Uzak Şehir”in aktyorları sevgilidir? - Fotolar

Atlaz Rzayi : Turan doğuluş adı, Turan dirilik adı - FOTO

"Qarabağ"ın futbolçusuna görə 80 min avroluq qalmaqal

AZAL Gəncə - Sankt-Peterburq uçuşlarını bərpa etdi

KİV: Tramp Vensin öz varisi olacağına əmin deyil

Sən şirinsevənsən - FOTO

Medvedev: Zaporojye Atom Elektrik Stansiyasının dağıdılması halında simmetrik zərbə endirilə bilər

HƏSƏNXAN ƏSƏDOV : Gətirsin sənə - FOTO

Zöhrə Qaraqızı : BİR DƏFƏ ÜZÜMƏ GÜLMƏDİN, DÜNYA! - FOTO

Masazırda 8 saat işıq olmayacaq

Konqoda Ebola virusu sürətlə yayılır

PSJ ardıcıl 2-ci dəfə Çempionlar Liqasının qalibi olub

Duzsuz qida erkən ölüm riski yaradır? - ARAŞDIRMA

MƏNƏ YETİM DEMƏYİN SİZ.

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031