Erməni diaspor təşkilatlarının Azərbaycan əleyhinə yönəlmiş ianə toplama kampaniyaları bundan sonra da ifşa olunacaq
Dekabrın 13-dən 17-dək Misirin Şarm Əl Şeyx şəhərində BMT-nin Korrupsiya əleyhinə Konvensiyasına tərəf dövlətlərin Konfransının 9-cu sessiyası keçirilir. Sessiya çərçivəsində dekabrın 14-də Azərbaycan nümayəndə heyətinin təşkilatçılığı ilə "İanə toplanması fəaliyyətlərinin korrupsiya və digər cinayətkarlıq məqsədləri üçün sui-istifadəsi" adlı xüsusi tədbir təşkil olunub.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, panel müzakirə formatında hibrid əsasda keçirilən tədbirdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev və BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC) yüksək vəzifəli rəsmisi Tim Steele açılış nitqi ilə çıxış ediblər.

Baş prokuror Kamran Əliyev çıxışında qeyri-kommersiya təşkilatları və xeyriyyə fondları tərəfindən həyata keçirilən ianə toplanması fəaliyyətinin böhran vəziyyətlərində olan insanlara humanitar dəstək istiqamətində əhəmiyyətli rol oynadığını, bununla belə, bu cür fəaliyyətlərə məhdud nəzarətin yekunda onların bəzilərinin korrupsiya, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi kimi cinayətkarlıq məqsədləri üçün sui-istifadə edildiyini bildirib. Bu xüsusda, Baş prokuror, Azərbaycanın bu problemdən əziyyət çəkdiyini qeyd edərək, iştirakçıların diqqətini ötən il Vətən müharibəsi dövründə erməni diaspor təşkilatları tərəfindən təşkil edilmiş qanunsuz ianə toplanması kampaniyalarına diqqət yönəldib.

Tədbirdə BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin, Avropa Qeyri-Kommersiya Hüququ Mərkəzinin, Böyük Britaniyanın "Greenacre" Qeyri Hökumət Təşkilatının və Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin (MMX) mütəxəssislərinin təqdimatları dinlənilib və interaktiv müzakirələr aparılıb.

Çıxışçılar təqdimatlarında xeyriyyə fondları tərəfindən təşkil olunan ianə toplanması kampaniyalarından sui-istifadənin qarşısının alınması məqsədilə xüsusi qaydaların hazırlanmalı olduğunu, bəzi xeyriyyə təşkilatları tərəfindən cinayətkarlıq əməllərinin maliyyələşdirilməsi məqsədilə virtual valyutalardan və internetin nəzarətsiz seqmentindən istifadə edildiyini, bəzi bank və digər maliyyə qurumlarının bu cür fəaliyyətlərə vasitəçi olaraq alət edildiyi və digər məqamları xüsusi vurğulayıblar.

Tədbirdə çıxış edən MMX-nin nümayəndəsi Ermənistan və Azərbaycan arasında baş vermiş 44 günlük müharibə dövründə xaricdə fəaliyyət göstərən erməni diaspor təşkilatları tərəfindən 170 milyon ABŞ dolları məbləğində vəsait toplandığını və bunun 110 milyon ABŞ dolları məbləğində hissəsinin qanunsuz olaraq Ermənistan büdcəsinə köçürüldüyünü bildirib. Bu faktın Ermənistanın yüksək səviyyəli rəsmiləri, o cümlədən baş naziri tərəfindən də etiraf edildiyini və müxtəlif ölkələrin vətəndaşlarından humanitar yardım adı altında aldadılaraq toplanmış və Ermənistanın dövlət büdcəsinə köçürülmüş bu vəsaitin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində əvvəllər yerləşdirilmiş qanunsuz silahlı birləşmələrin silahlanmasına sərf olunduğunu qeyd edib.

Xarici İşlər Nazirliyi bildirir ki, Azərbaycan tərəfi bundan sonra da bütün beynəlxalq platformalar çərçivəsində erməni diaspor təşkilatları tərəfindən müxtəlif ölkələrdə təşkil olunan və Azərbaycanın suverenliyinin əleyhinə yönəlmiş ianə toplanması kampaniyalarının ifşa olunması və qarşısının alınması istiqamətində məqsədyönlü fəaliyyətini davam etdirəcək.

Son xəbərlər

44 yaşlı usta emalatxanada öldü

24 yaşlı Məryəmin öldüyü hadisənin - Təfərrüatı

Cavid Hüseynov “Araz-Naxçıvan”ın baş məşqçisi oldu

Hakan Fidan və Lavrov nələri müzakirə edəcəklər?

"Şəfa"da yeni müqavilə

Müəllimlər vahid geyim formasına keçəcək?

“AzərEnerji”də qanvermə aksiyası keçirildi - Fotolar

Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir - Fotolar

Gündüz mürgüləməsi təhlükəli ola bilər

Leyla Əliyeva Bonnda BMT-nin Baş katibinin müavini ilə görüşüb

Azərbaycan IsDB Qrupunun əsas beynəlxalq tədbirinə ev sahibliyi edir

Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq

"Telegram" bir həftəlik bloklandı - Hindistanda

"Zelenski ciddi danışmağa hazırdırsa, Moskvaya gələ bilər" - Peskov

Təkrar imtahanlarda iştirak edəcəklərin nəzərinə!

“Atası prokuror idi, ölümü lazımi qaydada araşdırılacaq” - FOTO

ŞAİRLİK TİTULDAN YOX, QƏLBDƏ YAŞAYAN SÖZ SEVGİSİNDƏN BAŞLAYIR - FOTO

Zaur Mikayılov: Müasir suvarma texnologiyalarının tətbiqi genişləndiriləcək

Roma Papası XIV Leo Azərbaycana səfərə dəvət olunub

Bakıda 9 istiqamətdə tıxac müşahidə olunur

Bakıda Milli Qurtuluş Gününə həsr olunan bayram konserti - FOTOLAR

Natella Nur müasir Azərbaycan ədəbiyyatında özünəməxsus yaradıcılıq dəsti-xətti ilə seçilən qələm sahiblərindən biridir - FOTO

ABŞ Prezidenti: “Hizbullah”la kiçik bir söhbət etməliyik

"Kıskanmak"dan sonra bu seriala çəkiləcək - FOTO

Suriyada beynəlxalq narkotik şəbəkəsi zərərsizləşdirildi

Alıcan İsgəndərli : Mənsə arpa yeyirəm - FOTO

Belçika - Misir oyununda ikinci hissə başlayıb - YENİLƏNİR

Bela Zəngibasarlının şeirlər xəzinəsindən - FOTO

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930