Kamran Əliyev: Türkiyə səfəri Azərbaycan nümayəndə heyəti üçün çox mühüm və vacibdirTürkiyəyə səfərimiz qardaş ölkənin Ali Məhkəməsinin sədri Mehmet Akarca və adıgedən qurumun Baş prokuroru Bekir Şahinin dəvəti əsasında baş tutub. Səfərin iki əsas istiqamətini qeyd etmək istərdim. Bunlardan birincisi, Türkiyə Ali Məhkəmə və Ali Məhkəmənin Baş Prokurorluğunun inzibati binalarının açılış mərasimi idi. Bildiyiniz kimi, açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib. Digər istiqamət isə yüksək instansiya məhkəmələrində mülki və cinayət işlərinə baxılması, eləcə də bu cinayət işlərinin baxılmasında prokurorluğun rolu mövzusunda beynəlxalq simpoziumda iştirak idi.

Bu fikirləri Türkiyədə səfərdə olan Azərbaycanın Baş prokuroru Kamran Əliyev azərbaycanlı jurnalistlərə müsahibəsində deyib.

Bu tədbirlərdə dünyanın müxtəlif ölkələrinin nüfuzlu beynəlxalq təşkilatlarının nümayəndələrinin iştirak etdiyini xatırladan Kamran Əliyev deyib: “Bu baxımdan səfər və tədbirlərdə iştirak Azərbaycan nümayəndə heyəti üçün çox mühüm və vacibdir. Bildiyiniz kimi, burada həm Azərbaycan Respublikası Baş Prokurorluğu, həm də ölkəmizin Ali Məhkəməsi təmsil olunur. Səfər əsnasında biz Türkiyə ilə ikitərəfli münasibətlərimizin daha da inkişaf etdirilməsi və təkmilləşdirilməsi istiqamətində müxtəlif görüşlər keçirdik. Bundan əlavə tədbirdə iştirak edən digər ölkələrin baş prokurorları, həmçinin nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri ilə də görüşlərimiz oldu. Bu görüşlərdə Azərbaycanda, eyni zamanda, ölkəmizin prokurorluq orqanlarında son zamanlar həyata keçirilən islahatlar barədə həmkarlarımızı məlumatlandırdıq”.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Son xəbərlər

“WhatsApp Web” istifadəçilərinə şad xəbər: Bu yenilik sizin üçündür

Nikolas Keycin çəkildiyi casus filmi yoxa çıxdı - “Netflix”də sirli oğurluq

Sabah 39 dərəcə isti olacaq

BELA ZƏGİBASARLI : SƏHƏRİN DANI - FOTO

Çolpon-Ata şəhərində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilir

Mumbayda binanın çökməsi nəticəsində ölənlərin sayı 9-a çatıb

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Azərbaycan və Qırğızıstanın 6 şəhəri qardaşlaşıb

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Prezident: Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir

“Fox”: Türkiyə F-35 qırıcılarının alınması ilə bağlı tələbləri hələ yerinə yetirməyib

UEFA FIFA turnirlərini boykot etməklə hədələyir

Əməyi yüksək ada layiq - FOTO

Hacıməmməd Məmmədov : Zamanın yaddaşında yaşayan müəllim - FOTO

"Avropa tənəzzüldədir" - Netanyahu

Tanınmış jurnalist saxlanıldı

Tiktoker Müjgan həbs edildi

Ev almaq adı ilə gəldi, oğurluq etdi

FSB-nin qərarına özünəməxsus cavab verdi - Foto

Bu gün bu ərazilərdə işıq olmayacaq

Bakı Qızlar Universitetində təhsil alan tələbələrin taleyi necə olacaq?

Kiyevə səfərləri gözlənilir

VAHİD ÇƏMƏNLİ : Hacı Əkbər müəllimin inamı və arzuları - FOTO

PÜSTƏ RƏVAN : MƏRHUM QARDAŞIM İSLAMIN KEÇDİYİ HƏYAT YOLU - FOTO

CƏLİLABAD ƏDƏBİ MÜHİTİNİN FİDANLARI... - FOTO

Alıcan İsgəndərli : Bir şəhid anası köçdü dünyadan - FOTO

Gürcüstanın elektrik sistemində baş vermiş qəzanın ilkin nəticələri açıqlanıb

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031