Kamran Əliyev Ərdoğanla görüşündən danışdı

“Hesab edirəm ki, səfərimiz kifayət qədər uğurlu oldu. Azərbaycanın hüquq-mühafizə orqanları ilə Türkiyənin, xüsusilə Türkiyə Ali Məhkəməsinin Baş Prokurorluğu ilə əməkdaşlığın dərinləşdirilməsinə dair müzakirələrimiz oldu, fikir və təkliflərimizi bir-birimizə bildirdik. Bildiyiniz kimi, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edildik”.

Bu sözləri Türkiyəyədə rəsmi səfərdə olan Azərbaycanın Baş prokuroru Kamran Əliyev AZƏRTAC-a müsahibəsində deyib. Görüşlərdə mühüm məsələlərin müzakirə olunduğunu və əhəmiyyətli qərarların qəbul edildiyini vurğulayan Baş prokuror bildirib:

“Müzakirə etdiyimiz təklifləri Türkiyə Prezidenti ilə görüşümüzdə də səsləndirdik. Bunlar nədən ibarətdir? Hesab edirik ki, yeni mərhələdə Azərbaycan və Türkiyə prokurorluqları arasında münasibətlərin daha da intensivləşməsi, daha faydalı olması üçün kifayət qədər əsaslar var. Təbii ki, bu, ilk növbədə ikinci Qarabağ müharibəsinin nəticələri və sonrakı fəaliyyətlərimizlə bağlıdır. Qərara aldıq ki, gələcəkdə münasibətlərimizi həm ikitərəfli formatda, həmçinin beynəlxalq qurumlar çərçivəsində inkişaf etdirək.

Ən mühüm məsələlərdən biri odur ki, həmkarım, Türkiyənin Baş prokuroru Bəkir Şahinlə qarşıdakı illərdə türkdilli ölkələrin Baş Prokurorları Şurasının yaradılması üzərində işləmək və türkdilli ölkələrin baş prokurorlarının illik ümumi konfransının keçirilməsini təşkil etmək barədə razılığa gəldik. Hesab edirik ki, bu, çox mühüm əhəmiyyət kəsb edən məsələdir. Təbii ki, digər məsələlər də müzakirə olundu. Konkret cinayət işləri üzrə əməkdaşlıq, ekstradisiya məsələləri müzakirə edildi. Hesab edirəm ki, bizim faydalı əməkdaşlığımız həm dövlətlərimizin, həm xalqlarımızın və həm də hər iki dövlətin prokurorluqlarının mənafeyinə xidmət edir”.

Son xəbərlər

Nikolas Keycin çəkildiyi casus filmi yoxa çıxdı - “Netflix”də sirli oğurluq

Sabah 39 dərəcə isti olacaq

BELA ZƏGİBASARLI : SƏHƏRİN DANI - FOTO

Çolpon-Ata şəhərində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilir

Mumbayda binanın çökməsi nəticəsində ölənlərin sayı 9-a çatıb

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Azərbaycan və Qırğızıstanın 6 şəhəri qardaşlaşıb

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Prezident: Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir

“Fox”: Türkiyə F-35 qırıcılarının alınması ilə bağlı tələbləri hələ yerinə yetirməyib

UEFA FIFA turnirlərini boykot etməklə hədələyir

Əməyi yüksək ada layiq - FOTO

Hacıməmməd Məmmədov : Zamanın yaddaşında yaşayan müəllim - FOTO

"Avropa tənəzzüldədir" - Netanyahu

Tanınmış jurnalist saxlanıldı

Tiktoker Müjgan həbs edildi

Ev almaq adı ilə gəldi, oğurluq etdi

FSB-nin qərarına özünəməxsus cavab verdi - Foto

Bu gün bu ərazilərdə işıq olmayacaq

Bakı Qızlar Universitetində təhsil alan tələbələrin taleyi necə olacaq?

Kiyevə səfərləri gözlənilir

VAHİD ÇƏMƏNLİ : Hacı Əkbər müəllimin inamı və arzuları - FOTO

PÜSTƏ RƏVAN : MƏRHUM QARDAŞIM İSLAMIN KEÇDİYİ HƏYAT YOLU - FOTO

CƏLİLABAD ƏDƏBİ MÜHİTİNİN FİDANLARI... - FOTO

Alıcan İsgəndərli : Bir şəhid anası köçdü dünyadan - FOTO

Gürcüstanın elektrik sistemində baş vermiş qəzanın ilkin nəticələri açıqlanıb

Türkiyə Livanı dəstəkləməyə hazırdır - Ərdoğan

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031