Pirşağı tullantı sutəmizləyici qurğusu istiqamətində daşıyıcı kanalizasiya kollektorlarının tikintisinə başlanılıb
Abşeron yarımadasının bəzi yaşayış məntəqələrində formalaşan tullantı suların Pirşağı tullantı sutəmizləyici qurğusuna ötürülməsini təmin etmək məqsədilə daşıyıcı kanalizasiya kollektorlarının tikintisinə başlanılıb.
“Azərsu” ASC-dən AZƏRTAC-a bildirilib ki, ASC tərəfindən hazırda 2 istiqamətdə kollektorun tikintisi intensiv qaydada davam etdirilir.


Layihəyə əsasən, hazırda Zabrat-Kürdəxanı-Pirşağı, həmçinin dənizin sahili boyu 2 istiqamətdə kollektorlar inşa olunur. Zabrat, Kürdəxanı və Pirşağı qəsəbələrində formalaşan tullantı sularının toplanaraq təmizləyici qurğuya nəqli məqsədilə 1400 millimetr diametrli dəmir-beton borularla 4 kilometr uzunluğunda kollektorun tikintisi üzrə işlərin 40 faizi icra olunub. Hazırda kollektorun Pirşağı vağzalı yaxınlığında dəmiryolu, eləcə də magistral avtomobil yolu ilə kəsişməsində ümumi uzunluğu 2 kilometr olan tunel inşa edilir. Tunellərin tikintisi xüsusi tunelqazan maşınlar vasitəsilə həyata keçirilir. Bu məqsədlə kollektorun trassası boyu 16 nöqtədə müxtəlif dərinliklərdə qazılmış şaxtalardan istifadə edilir. İndiyədək 400 metr uzunluğunda tunel inşa olunub və bu sahədə işlər cari ilin sonunadək başa çatdırılacaq.

Uzunluğu 1,8 kilometr olan digər kollektor isə Pirşağı çimərliyi ərazisində dənizin sahili boyu tikilir. Bu kollektor çimərlik ərazisində olan obyektlərin və fərdi evlərin tullantı sularını təmizləyici qurğuya ötürəcək. Gələcəkdə kanalizasiya şəbəkələrinin kollektorlara çıxışını təmin etmək üçün 68 nöqtədə baxış quyusunun inşası layihələndirilib.

Qeyd edək ki, Azərbaycan hökuməti və Koreya İxrac-İdxal Bankının birgə həyata keçirdiyi layihə çərçivəsində inşa edilən Pirşağı tullantı sutəmizləyici qurğusu Abşeron yarımadasının şimal-şərq hissəsində böyük bir ərazidə yaranan tullantı sularının birbaşa Xəzər dənizinə axıdılmasının qarşısını almağa imkan yaradacaq. Məhsuldarlığı sutkada 40 min kubmetr olan bioloji tipli qurğuda Novxanı, Mehdiabad, Goradil, Fatmayi, Kürdəxanı, Pirşağı, Məhəmmədi, Digah, Zabrat, Maştağa və Nardaran qəsəbələrinin bəzi ərazilərində yaranan tullantı suları təmizlənərək kənarlaşdırılacaq. Bu qəsəbələrdə formalaşan tullantı sularının təmizləyici qurğuya nəqli məqsədilə gələcəkdə əlavə daşıyıcı kollektorların inşası davam etdiriləcək.

Xəzər dənizinin ekoloji sabitliyinin qorunması məqsədilə Pirşağı tullantı sutəmizləyici qurğusunda təmizlənmiş suların dənizin nisbətən dərin hissəsinə axıdılmasını təmin etmək üçün 1700 metr uzunluğunda daşıyıcı xətt inşa edilib.

Pirşağı tullantı sutəmizləyici qurğusu istiqamətində daşıyıcı kanalizasiya kollektorlarının tikintisinə başlanılıb
Pirşağı tullantı sutəmizləyici qurğusu istiqamətində daşıyıcı kanalizasiya kollektorlarının tikintisinə başlanılıb
Pirşağı tullantı sutəmizləyici qurğusu istiqamətində daşıyıcı kanalizasiya kollektorlarının tikintisinə başlanılıb
Pirşağı tullantı sutəmizləyici qurğusu istiqamətində daşıyıcı kanalizasiya kollektorlarının tikintisinə başlanılıb

Son xəbərlər

Nəsrinin serialı ilə bağlı dəyişiklik

Yenidən eyni layihədə rol alacaqlar

"Vətənpərvərlik epopeyası" qələmin gücündə

“Blok3”ə sui-qəsd hazırlayanlar həbs edildi

Şair Lalə İsmayılın "Bəyaz Durnalar" adlı ilk kitabı işıq üzü görüb

Bibixanım İSAYEVA : "Qan yaddaşının qəhrəmanı" İnsanlığa sevgi ünvanı - FOTO

Mətbuat dedikdə , ilk növbədə həmişə qəzetlər göz önünə gəlir

Berlindəki terror aktı - miqrantlara qarşı yeni təbliğat - ŞƏRH

Ombudsman əcnəbi vətəndaşın müraciətini təmin edib

MEDİA: İranın "Səhər" telekanalı və "Mehr" agentliyinin Azərbaycanda fəaliyyəti qanunsuz hesab edilir

Corcia Meloni: İtaliyada "No TAV" hərəkatının aksiyasında 120 polis əməkdaşı xəsarət alıb

"Neftçi"nin "Dinamo" ilə oyun üçün Bolqarıstana səfər proqramı müəyyənləşib

Çində daşqın nəticəsində 10 nəfər ölüb, 23 nəfər yaralanıb

Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə minib

Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə mindi

Sabah külək əsəcək, 41 dərəcə isti olacaq

“Bizi oradan çıxardılar...” - Narazı rəssamlara rəsmi cavab

Bakıda ağac bir nəfərin üzərinə aşdı - Nazirlikdən açıqlama

Azərbaycanda bu şəxslər 7 min manatadək cərimələnəcək

Zelenski: Rusiyanın neft bazalarına yeni zərbələr endirilib

Qızılın qiyməti yenidən yüksəldi

Cəlilabadda Ustad Niftalı Göyçəlinin kitab təqdimatı...

Anar Quliyev Xaçmazda vətəndaşları qəbul edəcək

VƏTƏN AŞİQLİYİ - FOTOLAR

Ağdamın Kəngərli və Papravənd kəndlərində baş verən yanğınlar söndürülüb

MÜTDA: MİQ ballarının şəxsi səhifələrdə əks olunması vakansiya seçimi başlanılmadan əvvəl təmin ediləcək

Xidmət: Bakıda və Abşeronda tozun miqdarı normadan artıqdır

33 yaşlı kişi Qarabağ kanalında batıb

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031