
Xəbərlər
11.11.2021, 01:34
Müdafiə Naziri Zakir Həsənov Moskvada - Fotolar
Rusiyada işgüzar səfərdə olan müdafiə naziri general-polkovnik Zakir Həsənov bu gün Moskvada keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib.
Müdafiə Nazirliyindən Anews.az-a verilən məlumata görə, əvvəlcə MDB iştirakçı-dövlətlərinin müdafiə nazirləri Moskva şəhərindəki Aleksandr bağında Naməlum əsgər abidəsini ziyarət edərək önünə çələng və gül dəstələri qoyublar.
Sonra gündəmdə duran məsələlər iclasda müzakirə olunub.


Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











