Diplomatik nümayəndəliklərin mətbuat məsələləri üzrə cavabdeh şəxsləri və xarici jurnalistlər Şuşaya səfər ediblər8 oktyabr, Tahir Ağaməmmədov, Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin mətbuat məsələləri üzrə cavabdeh şəxslərin və xarici jurnalistlərin Şuşa şəhərinə səfəri təşkil edilib. Məqsəd həm işğal dövründə Şuşada həyata keçirilmiş qanunsuz fəaliyyətlə bağlı, həm də hazırda aparılan bərpa-quruculuq işləri ilə əlaqədar onları ətraflı məlumatlandırmaqdır.

Turaztv.az xəbər verir: AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qonaqlar əvvəlcə qala divarlarını ziyarət ediblər. Onlara Şuşa şəhərinin tarixi, qala divarlarının tikilməsi barədə məlumat verilib. Bildirilib ki, Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən qala uzun müddət şəhəri xarici müdaxilələrdən qoruyub, alınmazlıq simvolu olub. İşğal dövründə qala divarları erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra qalada təmir-bərpa işləri aparılıb.

Səfər zamanı Şuşa şəhər mərkəzi meydanında Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəlləri ziyarət edilib, işğal zamanı ermənilərin həmin heykəlləri Ermənistana apararaq əritmək istədikləri qonaqların diqqətinə çatdırılıb. Bildirilib ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin heykəllər Ermənistandan alınaraq Azərbaycana gətirilib və Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra həmin heykəllər öz əvvəlki yerlərinə qaytarılıb.

Xarici qonaqlar Şuşa şəhərində Xurşidbanu Natəvanın evi, Xan qızı bağı və Xan qızı bulağı olan ərazi ilə də tanış olublar. Məlumat verilib ki, 1832-ci ildə Şuşada anadan оlan Xurşidbanu Natəvan Qarabağ xanı İbrahimxəlil xanın nəvəsi, Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızıdır. Xalq arasında Xan qızı adı ilə tanınan Xurşidbanu Azərbaycan mədəniyyəti tarixində lirik şair və rəssam kimi şöhrət tapmışdı. O, təkcə yazdığı şeirlərlə deyil, xeyirxahlığı ilə də ad çıxarmışdı. Natəvan kasıblara, kimsəsizlərə əl tutmaqla bərabər, Şuşaya su çəkdirmişdi. Onun çəkdirdiyi bulaq “Xan qızı bulağı” adı ilə məşhur idi.

Bildirilib ki, Xurşidbanu Natəvana məxsus ikimərtəbəli saray kərpic və çaydaşlarından inşa edilib. 1930-cu illərin əvvəllərində Azərbaycanda yaradılan ilk uşaq musiqi məktəbi olan Şuşa Musiqi Məktəbi, 1987-ci ildən isə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xurşidbanu Natəvan adına Qarabağ filialı bu tarixi binada fəaliyyət göstərib. Şuşa şəhəri 1992-ci ildə Ermənistan silahlı bölmələri tərəfindən işğal edildikdən sonra azərbaycanlılara məxsus bir çox tarixi-memarlıq nümunəsi olan tikililər kimi Xurşidbanu Natəvana məxsus olan XIX əsrə aid ikimərtəbəli ev də erməni vandalizminə məruz qalıb. Muzeydə toplanmış yüzlərlə nadir sənət incisi, rəsm əsərləri, xalçalar, miniatürlər, xatirə əşyaları, arxeologiya nümunələri işğalçılar tərəfindən dağıdılaraq qəsb edilib. Natəvanın vaxtilə şəhərə çəkdirdiyi su xətti “Xan qızı” bulağı adı ilə məşhur idi. Ermənistanın işğalı altında olduğu müddətdə suyu quruyan bulaq Şuşa işğaldan azad olunandan qısa müddət sonra bərpa edilib.

Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin mətbuat məsələləri üzrə cavabdeh şəxsləri və xarici jurnalistlər Xan qızı bağını, Üzeyir Hacıbəylinin buradakı heykəlini də ziyarət ediblər. Qeyd olunub ki, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin 100 illik yubileyi münasibətilə 1985-ci ildə Xurşidbanu Natəvanın adını daşıyan bağda heykəli ucaldılıb. Heykəl 1992-ci ildə Şuşa şəhərinin işğalı zamanı erməni vandalizminə məruz qalaraq məhv edilib. 2021-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən yeni heykəl yaradılıb. Bürüncdən hazırlanmış yeni heykəl öz əvvəlki yerində quraşdırılıb. Şuşada dini abidələrin, o cümlədən məscidlərin erməni vandallığına məruz qalmasının şahidi olublar. Saatlı, Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa məscidlərinə gələn qonaqlara məlumat verilib ki, 30 illik işğal dövründə dini abidələr, o cümlədən məscidlər erməni vandallığına məruz qalıb. Ermənilər Şuşada 11 məscid, 1 ziyarətgah və 2 türbəni tamamilə məhv edib, 6 məscid və 2 mədrəsəni isə dağıdaraq yararsız hala salıblar. Şuşa işğaldan azad olunandan dərhal sonra bu məscidlərdə təmir-bərpa işlərinə başlanılıb.

Şuşa şəhərində dahi Azərbaycan şairi və ictimai-xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi ilə tanış olan qonaqlara məlumat verilib ki, kompleksin tikintisinə 1977-ci ildə başlanılıb və dörd il davam edib. 1982-ci ildə ümummilli lider Heydər Əliyevin iştirakı ilə Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin açılışı olub. Burada Vaqifin Şuşa həyatını əks etdirən dövrə aid səksənə yaxın eksponat da sərgilənirdi. 1992-ci ilin may ayında Ermənistan silahlı qüvvələri tərəfindən Şuşa şəhərinin işğal edilməsi nəticəsində kompleksin binası və burada sərgilənən onlarla eksponat məhv edilib, daşınması mümkün olan eksponatlar isə Ermənistana aparılıb.

Müzəffər Azərbaycan Ordusunun şanlı Zəfərindən sonra yanvarın 14-də Şuşa şəhərinə səfəri zamanı məqbərəni ziyarət edən Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, burada təmir-bərpa və yenidənqurma işlərinə start verildi. Məqbərədə təmir-bərpa və yenidənqurma işləri Heydər Əliyev Fondu tərəfindən aparılıb. Avqustun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə muzey-məqbərə kompleksinin açılışı olub.

Qonaqlar səfər zamanı Merdinli məhəlləsini, Molla Pənah Vaqifin büstünü və Cıdır düzünü ziyarət edib, Qazançı kilsəsində aparılan bərpa işləri ilə tanış olub, XVIII əsrə aid Ağa Qəhrəman Mirsiyab oğlunun karvansarayında “Yaddaş. Fotoqrafik Tarix Foto Sərgi”yə baxıb, muğam üçlüyünün ifasındaŞuşaya, Qarabağa həsr olunmuş mahnıları dinləyiblər.
Diplomatik nümayəndəliklərin mətbuat məsələləri üzrə cavabdeh şəxsləri və xarici jurnalistlər Şuşaya səfər ediblər
Diplomatik nümayəndəliklərin mətbuat məsələləri üzrə cavabdeh şəxsləri və xarici jurnalistlər Şuşaya səfər ediblər
Diplomatik nümayəndəliklərin mətbuat məsələləri üzrə cavabdeh şəxsləri və xarici jurnalistlər Şuşaya səfər ediblər
Diplomatik nümayəndəliklərin mətbuat məsələləri üzrə cavabdeh şəxsləri və xarici jurnalistlər Şuşaya səfər ediblər
Diplomatik nümayəndəliklərin mətbuat məsələləri üzrə cavabdeh şəxsləri və xarici jurnalistlər Şuşaya səfər ediblər
Diplomatik nümayəndəliklərin mətbuat məsələləri üzrə cavabdeh şəxsləri və xarici jurnalistlər Şuşaya səfər ediblər
Diplomatik nümayəndəliklərin mətbuat məsələləri üzrə cavabdeh şəxsləri və xarici jurnalistlər Şuşaya səfər ediblər
Diplomatik nümayəndəliklərin mətbuat məsələləri üzrə cavabdeh şəxsləri və xarici jurnalistlər Şuşaya səfər ediblər
Diplomatik nümayəndəliklərin mətbuat məsələləri üzrə cavabdeh şəxsləri və xarici jurnalistlər Şuşaya səfər ediblər
Diplomatik nümayəndəliklərin mətbuat məsələləri üzrə cavabdeh şəxsləri və xarici jurnalistlər Şuşaya səfər ediblər
Diplomatik nümayəndəliklərin mətbuat məsələləri üzrə cavabdeh şəxsləri və xarici jurnalistlər Şuşaya səfər ediblər
Diplomatik nümayəndəliklərin mətbuat məsələləri üzrə cavabdeh şəxsləri və xarici jurnalistlər Şuşaya səfər ediblər

Son xəbərlər

Bakıda və bölgələrdə külək güclənəcək - Sarı və narıncı XƏBƏRDARLIQ

"The Holland Times": Azərbaycanın şəhərləri - tarixi irs və davamlı inkişaf sintezi nümunəsidir

ARDNF I rübdə 22 ton qızıl satıb

Qərbi Azərbaycan: tarixi həqiqətlər və geri dönüş perspektivləri - FOTOLAR

"Qalatasaray" Türkiyə Futbol Federasiya ilə bütün əlaqələri kəsdiyini bəyan edib

Çin şirkəti 2027-ci ilədək uçan avtomobillərin kütləvi istehsalına başlamağı planlaşdırır

Milyonlarla ukraynalı səfərbərlikdən yayınır - Budanov

Paşinyan Anna Akopyana qovuşacağına ümid edir: Səy göstərirəm

Prezident Kitabxanası Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr edilən virtual sərgi hazırlayıb

Vergi cinayətləri faktları üzrə 89 cinayət işi başlanılıb

“Rabitəbank”dan bank, sığorta və mobil operator əməkdaşlarına özəl nağd pul krediti kampaniyası

Premyer Liqanı tərk edəcək daha bir komanda məlum oldu

Rəqsanə barəsində qətimkan tədbiri dəyişdirildi

Sabah Azərbaycanda 25 dərəcə isti gözlənilir - PROQNOZ

İlham Əliyev: İnanıram ki, IX Qurultay Ağsaqqallar Şurasının fəaliyyətini təkmilləşdirəcək

Torpaq sürüşməsi 6 kəndlə gediş-gəlişi çətinləşdirdi - Fotolar

Vilayət Eyvazov Göyçayda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

Üzeyir Hacıbəylinin “Koroğlu" operasında Bülbül yaradıcılığının təcəssümü

Ağcabədidə Kür çayı bəndi yarıb

Şərafəddin Ilkin : DÜŞÜNÜRSƏNMİ... - FOTO

Bəzi ərazilərdə dumanla bağlı görünüş məsafəsi 1000 metrədək məhdudlaşır

Xəzər dənizində zəlzələ olub

Azərbaycan neftinin qiyməti 113 dolları keçib

Əlvida, 24 saat: Yer kürəsində 25 saatlıq günün görünəcəyi tarix açıqlandı

Rusiyanın Ukraynanın Dnepr şəhərinə hücumu nəticəsində iki nəfər ölüb, yaralılar var

Bakının bir sıra yollarında tıxac yaranıb

“Çempionlar Liqssında suyumuzu çıxardılar”

Aygül Bağırova : İçimdə böyüməyən uşaq

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930