“TÜRKSOY Media Mükafatı” ilə təltif olunan yerli və xarici media təmsilçiləri Şuşa şəhərinin görkəmli yerləri ilə tanış olublarSentyabrın 26-da Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə “TÜRKSOY Media Mükafatı” ilə təltif olunan yerli və xarici media təmsilçilərinin Şuşa şəhərinə səfəri təşkil edilib.

Turaztv.az AZƏRTAC -a istinadən xəbər verir ki, Mədəniyyət Nazirliyi aparatının rəhbəri Vasif Eyvazzadə, Trabzon Ortahisar Bələdiyyə sədri Ahmet Metin Genç, nazirliyin və TÜRKSOY-un məsul nümayəndələrinin iştirakı ilə yerli və xarici media təmsilçiləri Azərbaycanın mədəniyyət beşiyi olan Şuşada tarixi-mədəni abidələrlə, erməni vandalizminə məruz qalmış məscidlərlə, eləcə də qədim şəhərin görkəmli yerləri ilə tanış olublar.

Səfər çərçivəsində yerli və xarici media təmsilçiləri Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin baş meydanı “Bazarbaşı”nı, erməni vandalizminə məruz qalmış “Güllələnmiş heykəllər”i, Şuşa Bəyannaməsinin imzalandığı məkanı, Xurşidbanu Natəvanın evini, “Xan qızı bulağı”nı, Gəncə Qapısını, Aşağı və Yuxarı Gövhərağa məscidlərini, Cıdır düzünü, Vaqifin məqbərəsini, Bülbülün ev-muzeyini və digər mühüm yerləri ziyarət ediblər.

Qarabağın incisi olan qədim Şuşanın tarixi, mədəniyyəti, dahi şəxsiyyətləri və bu gün ölkə rəhbərliyinin tapşırığı ilə burada aparılan quruculuq işləri barədə media nümayəndələrinə geniş məlumat verilib.

Qeyd edək ki, sentyabrın 25-də Beynəlxalq Muğam Mərkəzində 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanda yaşanan tarixi hadisələri, Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə obyektiv çatdıran və yayımlayan yerli və xarici media təmsilçilərinə “TÜRKSOY Media Mükafatı-2020”i təqdim edilib. Mükafat şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun ailə üzvlərinə verilib. Həmçinin Türkiyə, Qazaxıstan, Xorvatiya, Azərbaycan, Özbəkistan və Qırğızıstandan olan jurnalistlər də bu mükafata layiq görülüblər.
“TÜRKSOY Media Mükafatı” ilə təltif olunan yerli və xarici media təmsilçiləri Şuşa şəhərinin görkəmli yerləri ilə tanış olublar

Son xəbərlər

Korsikanın siyasi qələbəsi: Fransa yeni reallığı qəbul edir - ŞƏRH

Azərbaycandan Ermənistana növbəti dəfə neft məhsulları ixrac olunacaq

Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlanıb - FƏTVA

Sabah Bakıda 30 dərəcə isti olacaq, rayonlara yağış yağacaq

Bakıda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

Azərbaycanın rayonlarında iyunun 12-dən 17-dək hava şəraiti bəzi yerlərdə fasilələrlə yağıntılı olacaq - XƏBƏRDARLIQ

Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

"İşləmək üçün dəfələrlə efirdən qurumlara müraciət etmişəm" - Eldəniz Məmmədov

Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək

Beren Saat, Kenan Doğulu və bəzi məşhurlar saxlanıldı

ADNSU-da Respublika Fənn Olimpiadalarının qalibləri mükafatlandırılıb - FOTOLAR

NEYROTEXNOLOGİYADA YENİ ERA: Çin Maskın Monopoliyasına Son Qoyur

Rusiya Ukraynanın üç vilayətinə zərbələr endirib, 2 nəfər ölüb, 36 nəfər yaralanıb

Doktoranturaya qəbul olmaq istəyənlər üçün qeydiyyat elan edilib

Azərbaycan nefti 1 dollardan çox bahalaşıb

Zakir Həsənov Pakistana başsağlığı verib

Bakı və Salyanın bəzi ərazilərində işıq olmayacaq

ABŞ Çin və İrandan olan 10 şirkət və şəxsə sanksiya tətbiq edib

“Ən qısa müddətdə bu ölkəni tərk edin”

20 min nəfəri susuz qoyan bombanın qalıqları - Foto

Peskovun qızı üçüncü dəfə hamilədir

İranda partlayış səsləri eşidildi - HHM sistemləri işə salındı

Netanyahu livanlılara müraciət etdi

Azərbaycan 19 dövlətin adından mina təhlükəsi ilə bağlı çağırış etdi

Makron G7 sammitində kimlərin iştirak edəcəyini açıqlayıb

Rusiya bu ölkələrlə sərhəddə hərbi bazalarını artırır

Prezidentlikdən istefa verəcəyini bildirdi

Cəlilabadda müəllim dünyasını dəyişdi

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930