Oktyabrın 3-ü Dünya Alkoqolizmlə Mübarizə Günüdür3 oktyabr Alkoqol asılılığı müasir cəmiyyətin ən böyük problemlərindən biridir. İndi hətta gənclər və yeniyetmələr arasında da alkoqola olan meyil ciddi narahatlıq doğurur.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, hər il oktyabrın 3-də müxtəlif ölkələrdə Dünya Alkoqolizmlə Mübarizə Günü çərçivəsində tədbirlərin keçirilməsi də həmin narahatlıq hissindən doğur. Həmin gün heç bir beynəlxalq təşkilat tərəfindən təsis edilməsə və rəsmi status daşımasa da, həkimlər və sosial işçilər ictimaiyyətin diqqətini alkoqol qəbul etməyin və onun doğurduğu problemlərin nəticəsinə cəlb etməyə çağırırlar. Dünya Alkoqolizmlə Mübarizə Günü XIX əsrdə ABŞ-da həyatını sərxoşluqla mübarizəyə həsr edən ictimai xadim Con Finçin xatirəsinə həsr edilib.

Həmin gün dövlət qurumları və ictimai təşkilatlar alkoqolizm problemlərinə, onun doğurduğu xəstəliklərə həsr edilmiş mühazirə, seminar və sərgilər təşkil edir, tədbirlərdə çıxış edən həkim-narkoloq, psixoloq və psixiatrlar alkoqolun sağlamlığa vurduğu zərər və ondan yaranan asılılıq barədə məlumat verirlər.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünya əhalisinin 3 milyona yaxını alkoqol asılılığından əziyyət çəkir. Alkoqoldan istifadəyə vadar edən müxtəlif səbəblər - yorğunluğu çıxarmaq, depressiyadan xilas olmaq, özündə xoş əhvali-ruhiyyə yaratmaq, ovqatı yüksəltmək və sair göstərilir. Lakin alkoqolun mütəmadi istifadəsi orqanizmin ondan asılılığına səbəb olur. İstifadəçilər arasında keyfiyyətsiz spirt və alkoqolun yüksək miqdarda qəbulu nəticəsində baş verən ölüm hadisələri də az deyil.

Alkoqol asılılığı bir sıra xəstəliklərə də səbəb olur. Məsələn, alkoqollu içkilərin qəbulu mədə-bağırsaq, ürək-damar, əsəb sistemi xəstəlikləri, beyin və başağrıları yaradır. Ürək-damar xəstəliklərindən əziyyət çəkənlərin 25 faizinin səbəbi alkoqoldan istifadə etməkdir. Uzun müddət və müntəzəm olaraq çoxlu spirtli içki qəbul edəndə arterial təzyiqin yüksəlməsi, stenokardiya və miokard infarktının baş verməsi və həmin xəstəliklərin ağır keçməsinə daha çox rast gəlinir. Mədə-bağırsaq, xüsusilə qaraciyər, tənəffüs, mərkəzi sinir və endokrin sistemi xəstəlikləri zamanı spirtli içki qəbul etmək müalicənin səmərəsini heçə endirir. Ona görə də həmin xəstələrin spirtli içki qəbul etməsinə ciddi qadağa qoyulmalıdır, çünki hətta 30-50 qram şərab içilməsi onlar üçün son hədd ola bilər. Alkoqollu içkilər təkcə sağlamlığa zərər vermir, həm də əxlaqı, mənəviyyatı və şəxsiyyəti məhv edir. Bütün bunlara görə də alkoqolizmlə mübarizə zərurətə çevrilib.

Son xəbərlər

Aİ, yoxsa Aİİ? - Putin Paşinyanı seçim qarşısında qoydu - ŞƏRH

Katz: İsrail İranın enerji infrastrukturuna zərbə endirmək istəyir, ABŞ isə buna qarşıdır

İnsanlara ən çox hücum edən it cinsləri

İldırım Əlişoğlu : Bakı küləyi - FOTO

Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib

Novruzəli Aslanov: “Bu gün bütün dünya bizim doğma ana dilimizi işğaldan azad edilmiş torpaqlarımızdan gələn sədalarda eşidir”

BMU-ya qəbul olmaq istəyən abituriyentlərin nəzərinə!

Vaqif Vüqar : EY SÖZ - FOTO

Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib

Meyiti öz həyətində tapıldı - Foto

İyulun 29-da Bakıda 36, bəzi bölgələrdə isə 40 dərəcə isti olacaq

Quba, Qusar və Xaçmazda təsərrüfatlara mediatur təşkil edilib - FOTOLAR

40 illik mənəvi qızını övladlığa götürdü

Ronaldo aktyorluğa keçir - Serialda çəkiləcək

Hollivud ulduzlarının telefon nömrələrini paylaşdılar

Hikmət Məlikzadə : “Heç kimə qədərindən artıq dəyər vermə...” - FOTO

Bizə öyrətdiyiniz hər bir söz, hər bir cümlə bu gün də xatirimizdədir. - FOTO

Mer: Türkiyə Akyaka-Gümrü dəmir yolu sahəsinin yenidən qurulmasına başlayıb

Küləkli hava günortadan sonra tədricən mülayimləşəcək

Sabah Bakıdakı 5 məktəbə tədrisi digər dildə aparılan bölmələr üzrə sərbəst qəbul başlayır

Azərbaycanın daha 5 yunan-Roma güləşçisi mundialda mübarizəyə başlayır

Azərbaycan neftinin qiyməti 95 dollara düşüb

Britaniyada milyonçuların sayı 2008-ci il böhranından bəri ən aşağı səviyyəyə enib

Bakının bir çox ərazisində işıq olmayacaq

Nümunəvi ailə başçısı və yüksək mənəvi keyfiyyətlərə malik insan - FOTO

Baş nazirin açıqlaması vətəndaşları şoka saldı

Elm, fantastika, şəxsi həyat...

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031