Ərdoğan Putinə yerini göstərdi: Müharibə olarsa Türkiyə Rusiyanı darmadağın edəcək - ŞOK AÇIQLAMARusiya II Qarabağ müharibəsindən sonra Türkiyənin Cənubi Qafqazda təsirinin artmasından narahatdır. SSRİ dönəmində hərbi xidmət zamanı mən elektron kəşfiyyatla məşğul olan qrupda olmuşam və bizim hərbi hissəmiz Odessada yerləşirdi. Biz NATO-nun cənub-şərq flanqını və burada əsas gücü olan Türkiyəni izləyirdik. Üstəlik, sovet dövründə ən böyük canlı qüvvə məhz Odessadakı hərbi dairədə idi. Bu qüvvələr də əsas olaraq Türkiyəyə yönəlmişdi. Ona görə ki, Türkiyə çox güclü rəqib sayılırdı. İndi Rusiya üçün daha pis olub.

Turaztv.az Kanal.az-a istinadən xəbər verir ki, bunu SSRİ DTK-sının keçmiş xəfiyyəsi Yuri Şvets Ermənistanın Sasna Çrer Partiyasının nümayəndələrinə verdiyi müsahibədə deyib.

“Rusiya zəifdir, o cümlədən hərbi baxımdan da zəifdir. Bunu Gürcüstan müharibəsi, 2014-cü il Ukrayna hadisələri göstərdi. İndi Avropanı, Gürcüstanı qorxutduqları Cənub Hərbi Dairəsinin zirehli tank texnikalarının döyüş hazırlığı 30-40%-dir. Bu o deməkdir ki, hər üç tankdan, hər üç zirehli transportyordan biri döyüşə hazırdır. Şəxsi heyətin komplektasiyası 40-50%-dir. Təsəvvür edin ki, bu, əsas hərbi dairələrdən biridir.

Türkiyə Rusiyanın Suriyadakı Su-24 təyyarəsini vuranda mən tam əmin idim ki, Moskva heç nə ilə cavab verə bilməyəcək. Rusiya yalnız döyüş qabiliyyəti olmayan kiçik ölkələrə qarşı vuruşa bilər. Türkiyəyə qarşı Rusiya döyüşə bilməz. Ona görə ki, nüvə silahını tətbiq edə bilməz, adi silahlara gəlincə isə Türkiyə ona çox ağır zərbə vura bilər. Ərdoğan Qərbə Putinlə necə danışmaq lazım olduğunu göstərdi. Çünki Putin yalnız güc mövqeyini başa düşür. Yəni Rusiya Türkiyənin təsirinin genişlənməsini başa düşür, amma heç nə edə bilmir. Bu, Rusiyanın II Qarabağ müharibəsində tutduğu mövqeyi izah etməyə imkan verir”, – deyə o bildirib.

Onun sözlərinə görə, Rusiyadakı hakim rejim daha çox pulu olan dövlətlərə üstünlük verir ki, nə zamansa onlarla pul qarşılığında hansısa oyunlar oynasın:

“Ermənistanın pulu və ya sürətli şəkildə pula çevriləcək resursları yoxdur. Bu baxımdan İrəvan Rusiya üçün məhdud maraq kimi görünür. Məncə, Rusiya üçün indi Ermənistan hər şeydən öncə yükdür. Putin rejiminin nəsə götürüb cibinə qoyacağı heç nə qalmayıb, ona görə də bilmirlər ki, onunla nə etsinlər”. / Axar.az

Son xəbərlər

Bakıda Milli Qurtuluş Gününə həsr olunan bayram konserti - FOTOLAR

Natella Nur müasir Azərbaycan ədəbiyyatında özünəməxsus yaradıcılıq dəsti-xətti ilə seçilən qələm sahiblərindən biridir - FOTO

ABŞ Prezidenti: “Hizbullah”la kiçik bir söhbət etməliyik

"Kıskanmak"dan sonra bu seriala çəkiləcək - FOTO

Suriyada beynəlxalq narkotik şəbəkəsi zərərsizləşdirildi

Alıcan İsgəndərli : Mənsə arpa yeyirəm - FOTO

Belçika - Misir oyununda ikinci hissə başlayıb - YENİLƏNİR

Bela Zəngibasarlının şeirlər xəzinəsindən - FOTO

Hidayət Orucovun cənazəsi Bakıya gətirildi - Vəsiyyəti yerinə yetirildi

VOLODYA DAYININ QURD YAĞI - FOTO

“Turan Tovuz”un avrokuboklara getməyəcəyi dəqiqləşdi

Misir Belçikanı məğlub edir - Yenilənir

Tanınmış xanəndə dünyasını dəyişdi

Asena "bacı" dediyi qadının keçmiş əri ilə sevgilidir - FOTO

Azərbaycan namizədi BMT-nin bu Komitəsinə üzv seçildi

Ailəsinə görə müvəqqəti səhnədən getdi

Azərbaycanda bu məşhurlar işini itirə bilər - Qadağa gözlənilir

Sabah Məhərrəm ayı başlayır

Qalibə Dünya Kubokunu o təqdim edəcək

Anna Hakobyan Paşinyanın həyat yoldaşı kimi Amerikaya göndəriləcək

Kamran Əliyev Qarsdakı Baş Konsulluqda - Fotolar

ABBA-nın üzvü vəfat etdi

“Kızılcık Şerbeti”nin “Işıl”ı vəfat etdi - FOTOLAR

Vahid Çəmənli : Boylanır - FOTO

GÖZƏLLİK CƏM OLUB ÖZÜNDƏ SƏNİN - FOTO

Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib

SEVİNC YUNUSLU : Bu dünyada nədir ki, bizi bizdə tutası.. - FOTO

Bakıda 31, rayonlarda 32 dərəcə isti olacaq

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930