Prezident: Son 18 il ərzində həm Türkiyə, həm Azərbaycan tərəfindən vahid siyasət formalaşdırılıbBiz bütün bu illər ərzində Türkiyə-Azərbaycan birliyini möhkəmləndirmək üçün çox böyük səylər göstərdik. Bilirsiniz, dünyada oxşar tarixə, mədəniyyətə, etnik köklərə malik olan ölkələr çoxdur. Bizim ətrafımızda elə ölkələr var ki, onların dili də bir-birinə bənzəyir, etnik kökləri də bir-birinə yaxındır. Amma baxın, görün, bu ölkələr arasında əlaqələr necədir? Bəziləri bir-birinə düşməndir. Yəni, ortaq tarix və ortaq etnik köklər hələ o demək deyil ki, ölkələr də qardaş ölkələr olsunlar, xalqlar da qardaş xalqlar olsunlar. Yəni, bu, böyük bir siyasətin təzahürüdür.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “CNN Türk” televiziya kanalına müsahibəsində bildirib.

Dövlətimizin başçısı deyib: “Son 18 il ərzində həm Türkiyə, həm Azərbaycan tərəfindən vahid siyasət formalaşdırılıb. Ondan daha əvvəl atamın dönəmində onun məşhur kəlamı var: “Bir millət, iki dövlət”. Bunu indi bilməyən yoxdur. Amma bəziləri bəlkə də bilmir ki, bunun müəllifi Heydər Əliyev olmuşdur. Bu sözləri o demişdi. Bu sözlər bizim üçün işıqlı bir yoldur. Bu vəsiyyətə, bu sözlərə sadiq olaraq biz hər istiqamət üzrə əlaqələrimizi gücləndirdik, yüksək səviyyəyə qaldırdıq. Siz burada insanlarla təmaslar əsnasında görürsünüz ki, Türkiyəyə nə qədər böyük sevgi və məhəbbət var. Bu, hər zaman belə idi. Amma İkinci Qarabağ müharibəsində bu, daha da artdı. Çünki Azərbaycan xalqı çox gözəl gördü ki, onun əsl dostu, qardaşı kimdir. Bizim yanımızda olan ölkə Türkiyə və Pakistan idi. Biz bəzi ölkələrdən heç dəstək ifadələri də duymadıq. Halbuki biz haqlı idik. Yenə də deyirəm biz öz ərazi bütövlüyümüzü bərpa edirdik. Ona görə Türkiyə və Azərbaycan bayraqlarının birgə dalğalanması təbiidir. Birliyimiz də əbədidir. Yeni nəsil, gənc nəsil, bax, sizin nəsliniz gərək bizim yolumuzu davam etsin. Çünki biz bu təməli qoyduq, yoluna oturtduq, çox güclü müttəfiqlik yaratdıq, sarsılmaz birlik yaratdıq. Ancaq siyasət elə bir sahədir ki, bunun üzərində hər gün çalışmalısan. Boşluq olmamalıdır, ara olmamalıdır ki, kimsə bu araya girə bilsin. Çünki elələri də var. Türkiyə-Azərbaycan birliyi artıq bölgəsəl amildir. Bəlkə də nə vaxtsa qlobal amilə çevriləcək, ola bilər. Çünki indi bizim artıq başqa ölkələrlə də müttəfiqlik əlaqələrimiz formalaşmaqdadır. Bu, bəzilərini narahat edir. Çalışacaqlar ki, aramıza girsinlər, çalışacaqlar ki, provokasiyalar, təxribatlar, uydurmalar ortaya atılsın. Ona görə bizdən sonra gələn nəsil bu yolla getməlidir. Bu yol əbədi olmalıdır”.

Son xəbərlər

Bakıda Milli Qurtuluş Gününə həsr olunan bayram konserti - FOTOLAR

Natella Nur müasir Azərbaycan ədəbiyyatında özünəməxsus yaradıcılıq dəsti-xətti ilə seçilən qələm sahiblərindən biridir - FOTO

ABŞ Prezidenti: “Hizbullah”la kiçik bir söhbət etməliyik

"Kıskanmak"dan sonra bu seriala çəkiləcək - FOTO

Suriyada beynəlxalq narkotik şəbəkəsi zərərsizləşdirildi

Alıcan İsgəndərli : Mənsə arpa yeyirəm - FOTO

Belçika - Misir oyununda ikinci hissə başlayıb - YENİLƏNİR

Bela Zəngibasarlının şeirlər xəzinəsindən - FOTO

Hidayət Orucovun cənazəsi Bakıya gətirildi - Vəsiyyəti yerinə yetirildi

VOLODYA DAYININ QURD YAĞI - FOTO

“Turan Tovuz”un avrokuboklara getməyəcəyi dəqiqləşdi

Misir Belçikanı məğlub edir - Yenilənir

Tanınmış xanəndə dünyasını dəyişdi

Asena "bacı" dediyi qadının keçmiş əri ilə sevgilidir - FOTO

Azərbaycan namizədi BMT-nin bu Komitəsinə üzv seçildi

Ailəsinə görə müvəqqəti səhnədən getdi

Azərbaycanda bu məşhurlar işini itirə bilər - Qadağa gözlənilir

Sabah Məhərrəm ayı başlayır

Qalibə Dünya Kubokunu o təqdim edəcək

Anna Hakobyan Paşinyanın həyat yoldaşı kimi Amerikaya göndəriləcək

Kamran Əliyev Qarsdakı Baş Konsulluqda - Fotolar

ABBA-nın üzvü vəfat etdi

“Kızılcık Şerbeti”nin “Işıl”ı vəfat etdi - FOTOLAR

Vahid Çəmənli : Boylanır - FOTO

GÖZƏLLİK CƏM OLUB ÖZÜNDƏ SƏNİN - FOTO

Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib

SEVİNC YUNUSLU : Bu dünyada nədir ki, bizi bizdə tutası.. - FOTO

Bakıda 31, rayonlarda 32 dərəcə isti olacaq

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930