Sənsiz keçən illəri, ömürdən saymaram mən...ELEGİYA
Sənsiz keçən illəri, ömürdən saymaram mən...

Bir dərya göz yaşı ilə yazılan son sevgi etirafı


Bu dunyada biz də var idik...Biri, bu gün ömrün 61-ində taleyi çiliklənən, dünyası dağılan, həm cismani, həm də mənən ölü mən idim, biri isə omrünün 55-ci baharında ömrü yarımçıq qalan, dünyadan nakam köçən, mənim tale qismətim, ömür həmdəmim Xəysə idi, artıq ikimizdə yoxuq. Xəysəm haqq dünyasında, mən isə onun görüşünə çataçatda...
...Yox, bizi tanıyanlar, əzizlərimiz üçün varıq, həmisə olacagıq.
***
Nə qədər nəfəsim üstümdədi, özümüzdən və sevgimizdən yazmaq istəyirəm,bağlanmış ömür kitabımız barədə danışmaq istəyirəm, yaxınlarımıza xatirə üçün...

***
2021-ci ilin iyul ayının 20-si tarixində

ailə həyatımızın 35-ci ilini bayram eləmək istəyirdik,


bu barədə aramızda söhbətimiz də olmuşdu, qohumları, dostları, ailəmiz üçün əziz olan insanları bir araya gətirib xoşanlar yaşamaq istəyirdik,qismət olmadı.
...Martın 15-də Xəysənin doğum gününü – 55 illik yubileyini ailəliklə qeyd etdik, qohumları dəvət eləmək istədim, Xəysə istəmədi, dedi ki, 35 illiyimizdə yığarıq hamısını bir süfrə başına. O daha maraqlı və yadda qalan olar. Ancaq o 35 illik yubiley də olmyacaq və yadda da qalmayacaq, yadda qalan ancaq nisgilli xatirələr olacaq...
Çünki, fələk bizim saydığımıza baxmadı, öz bildiyi, istədiyi kimi saydı. Sənin, mənim saydığımıza baxan var ki? Əsla!
Hələ martın 15-dən də bir iki gün əvvəl artıq mən yoluxmuşammış və ömür dostumu da bu bəlaya düçar etmişəmmiş, bunu sonrakı günlərdə bildik və artıq bizim yoluxduğumuz öz təsdiqini tapdı və acı sonluğumuz da bütün dostlara məlum, mən sağaldım, Xəysəmi isə xilas edə bilmədik, o, haqqın dərgahına qovuşdu. Deyirlər, Allah yaxşıları daha tez aparır. Burda nəsə bir həqiqət var, yəqin. Cənnət özü də cənnətə qovuşmaq, cənnət görmək üçün Xəysəmi məndən tez-tələsik alıb apardı – düşünürəm. Bunu başqa cür izah edə bilmirəm. Mən xəstəliyi evə gətirdim və evdəkilərə acı yaşatdım, taleyim alt-üst oldu. Bütün olmuşların baiskarı mən olsam da yaşayıram. Dünyanın niyə belə işləri var axı? Niyə belə olmalıdı ki? Bu,yaşamaqmı? Yox, bu, əzabdı, insanın bu dünyada yaşadığı cəhənnəmdi ki, uca Yaradan hansısa səhvimə görə məni cəzalandırdı, çox pis cəzalandırdı. Kaş mən yoluxmasaydım, Xəysə də bu gün bizimlə idi. Niyə belə oldu, axı? Suallar o qədər çoxdu ki, heç birinin tutarlı cavabı da yox. İndi ha başına, gözünə döy, nə xeyri?...
Hansısa dahinin sözləridir, məzmunu belədi ki, sevimli həyat yoldaşını itirmək (Allah heç kəsə övlad dağı yaşatmasın) övlad itksi kimi ağırdır, faciəlidir. Bu sözdə böyük həqiqət var imiş, dostlar. Hansı yaşda olurolsun bir kişinin sevimli həyat yoldaşını vaxtsız itirməsi, bu, həyatın, yaşamağın sonudur. Bunun başqa bir adı yoxdu.
Kəndimizdə çox hörmətli riyaziyyat müəllimiz var idi. Məhəmməd müəllim, bu gün haqq dünyasındadı, yeri behişt olsun. O, deyirdi ki, kiminləsə düşmənçiliyin varsa, ona qarğış elə ki,“Allah həyat yoldaşını öldürsün”. Ozü həyat yoldaşını tez itirmişdi deyə, yaşadığıfaciənin böyüklüyünü bu sözlərlə çatdırırdı. Doğurdan da çəkilməz dərddi. Heç kəsə qismət olmasın.

Görünməz olub, ömür dostumun ruhu ilə danışıram

İçimdə dərdim, beynimdə sözlərim o qədər çoxdu ki, bilimrəm hansını deyim, necə deyim. Yaşadığımız xoşbəxt 35 ilimizin yığcam panoramasını necə çatdırım ki, dolğun olsun, yaşadığımız ömrə yaraşsın. Ancaq həyatımızı olduğu qədərində çatdıra bilməkdə mənim qələmim çox aciz.
Bu gün elə bir durumdayam ki, sanki ürəyimin yağı axıb, halsızam, ürəyim yarımçıq vurur, içimdə nəsə qırılıb, həyatım sönüb, sanki bir boşluqda, çəkisizlilkdəyəm.
Tələbəlik illərində ən çox sevdiyim əsərlərdən biri İngilis yazıçısı Herbert Uellsin “Görünməz adam” fantastik romanı idi, sonra onun filminə də baxdım. Hər zaman özümü o görünməz adama bənzətmişəm, yuxularımda gözə görünməz olub arzularımı həyata keçirmişəm. Bu gün də özümü gözə görünməz edib, ömür dostumun ruhu ilə danışıram, dərdələşirəm. Ancaq yuxuda yox, real həyatda. O, bizi tərk etdiyi 40 günün hamısında onunla söhbət etmişəm və edirəm. Evdə də, hər gün ziyarətə getdiyim məzarının üstündə də... Hara gedirəm bir gedirik, qoşa addımlayırıq. O, mənim üçün sağdır, yaşayır və mən onu görürəm.Yəqin bunu çoxlarınız təsəvvür edə bilmərsiniz. Bunu bu acını yaşayan sevənlər bilər.

Bircə biləydikbizi, kimin qarğışı tutdu?

Mənimi qarğmışdılar? Bəs niyə məni sevdiyiminitkisi ilə məhv etdi, Allahım?Olmazmıydı ki, mənə öz canım üstdə cəza verəydi? Xəysənimi qarğımışdılar? Axı niyə? Xeyirxah, nəcib, gözəl qəlbli, Allah adamı olan böyük ürəkli,əməlisaleh xanım olduğuna görəmi qarğamışdılar? Bu suallara kim cavab verə bilər, axı?

Nə xoşbəxt imişik hər zaman, Allah...

Nə xoşbəxt imişik hər zaman Allah... Bəs niyə bilməmişik xoşbəxt olduğumuzu? Hər anımız xoşbəxtlik imiş, ömrümüz başdan başa gözəllik imiş, tamaşa imiş, səadət imiş – bilməmişik.Görəsən bir daha olarmı o günlər? Çətin! Xoşbəxtliyimiz əlimizdən çıxandan sonra o günlər üçün darıxırıq, yalvarırıq ki, kaş o gözəl günlərimizə qayıda bilək.
Bəs niyə qurban olduğum bu xoşbəxtliyi bizə çox gördü?!
Heyf deyirəm, taleyimin bu sonluğuna, yaşamaq eşqi coşub çağlayan, lakin dünyadan vaxtsız, arzuları yarımçıq köçən Xəysəmin yarımçıq qalan ömrünə, cavanlığına min heyif deyirəm.Heyf deyirəm bizim birgə yaşanmayacaq illərimzə. Və yazıq mənə.
Mən hər zaman söhbətlərimizdə deyirdim ki,

məni 70 yaşa çatdır,

(çünki olmayan xəstəliyim yoxdu, məni xüsusi pəhrizlə bu 35 ildə yaşadan Xəysəm olubdu) sonrası Allah bilən məsləhətdir, sən isə inşallah 85 il yaşayacaqsan. Soruşurdu ki, niyə məhz 85 il? Arzumu belə əsaslandırırdım ki, mən səndən 6 yaş böyüyəm, üstəgəl 9-10 il də Allahdan sənə ömür istəyirəm ki, övladlarımızın, nəvələrimizin pasibanı olasan. Onlara ana lazımdı, nənə lazımdı, uşaqlar atadan yox, anadan yetim qalır. Həm də sən güclüsən, iradəlisən, tədbirlisən, uşaqlara daha çox arxa kömək ola bilərsən. Allahım İllərlə arzuladığım, dualar etdiyim bu arzumu eşitmədi, yerə vurdu. Ömür dostumu 85-də yox,55-də apardı.Bizə cəmi 35 –cə il birgə yaşamaq xoşbəxtliyini nəsib elədi. Bilsəydik, bu 35 ilə çox arzularımızı sığdırardıq, daha vacib işləri tez-tələsikrealaşdrmaga çalışardıq, cəhd edərdik, çox şeyləri tezləşdirmək olardı. Hardan biləydik axı taleyin bizə yazdığını, vaxtın belə azlığını, dünyanın bunca namərd olduğunu? Yoxsa hər şeyi zamanın axarına buraxmazdıq.
Mən hər zaman, hər an uca yaradanla söhbətləşirəm, dərdələşirəm, ta cavanlıqdan beləyəm. Bəzən olur ki, saatlarla söhbətləşirik. Xəysəm xəstəxanada olduğu günlərdə Allahımdan həyatımın ən böyük diləyini istədim: “Allahım, bizi bir-birimizdən ayırma!”, min dəfələrlə bu sözü təkrarladım, yalvardım, dualar etdim, qurban olduğum eşitmədi...

Yanında üzüm qara...

Ailə ocağımızın zəhmətini, yukünü ən çox sən çəkdin hər zaman, bütün cətinliklərə fədai, cəfakeş kimi sinə gərdin, özünu bizim üçün şam kimi əritdin və sonda bizə od vurub bu dünyadan nakam köçdün, çəkdiyin zəhmətin bəhrəsini görmədin.İndi udduğum havanı da, içdiyim suyu da, hər şeyi, hər nə var ... hamısını özümə haram bilirəm. Çünki 35 il məni yaşadan, mənə həyat verən, hər əzabıma qatlaşan əziz bir insanı – dostumu, SƏNİ qoruya bilmədim. Ancaq bilirəm ki, sən məni mütləq xilas edərdin, səndə o qüdrət vardı, mən çox fərsizəmmiş. Sizcə yaşamaq haram deyilmi mənə? Bu təskinlikdi ki, çalışdım, əlimdən gələni etdim. Yox, bu olmamalıydı, onu qorumalıydım – kişi olan kəs sevdiyini qoruyardı. Bacarmadım.. indi yaşa görüm, necə yaşayırsan? Heç haqqım da yoxdu yaşamağa.
İndi gündə yüz dəfə deyirəm, ölənəcən deyəcəyəm: Heyif səndən, əzizim, min heyif!

Udduğum hava da, içdiyim su da, ruhumun qidası da, hamısı o imiş

Onu hər zaman qısqanmışam, həyatını zəhirmara döndərdiyim vaxtlar da olub. Ancaq o, mənim hisslərimi dogru-düzgün dəyərləndirib, bilib ki, hamısı sevgidəndi, sevgimin böyüklüyündəndi. Hər yerə qoşa getmişik. Tək heç hara buraxmazdım. Gediriksə ikimiz bir yerdə gedirdik. Ancaq bu dəfə son səfərə onu tək buraxdım, kişiliyim çatmadı ki, birgedək bu yolu axıracan. Bu günlər qəzetlərdə oxudum ki, ər arvad COVİD-ə yoluxub, 1 saat fərqlə hər ikisi dünyasını dəyişib. İnanmarsınız, necə qibtə etdim onlara...
İndi də qısqanıram, ancaq tamam başqa şeyə. Özümüz yaşda, bizdən bir az yaşlı və xeyli yaşlı ər-arvad görəndə özümü bağışlaya bilmirəm, niyə bu, bizə qismət olmadı, axı? Günahı özümdə görürəm. Özümü söyürəm, döyürəm və... gündə yüz dəfə ölürəm.
Hər ötən gün daha pis oluram. Hər dəfə maşını qarajdan çıxarıb oturanda görürəm ki, yanımdadı, öz yerində oturub, söhbət edə-edə gedirik marketə, həmişəki kimi aldıqlarımızı alırıq, qayıdırıq evə, o nə istəyirdi onları almasam olmaz. Hər şeyin yaxşısını almışam hər zaman. Xəysə balıq bürcündəndi, balıqlar milyonçu olmağı arzulamasalar da, milyonçu kimi yaşamağı sevərlər, çalışırdım ki, ona bu komfort həyatı yaşada bilim, tanıyanlar bilir ki, son on, on beş ildə elə o cür yaşayırdıq da.
Şəhərin harasına gedirəm, onunla bağlı xatirələr, həmişə qoşa gəzdiyimiz yerlər, olduğumuz məkanlar ağladır məni. Udduğum hava da, içdiyim su da, ruhumun qidası da, hamısı o imiş.
Heyif gözəl illərimizdən, günlərimizdən, hamısı xatirələrə döndü. İlğım oldu.
Eh, həyat doğurdan da sirli bir aləm imiş. Heç kim baş açmır onun işdəklərindən.

Ömrümün nur səhifəsi


Sənsiz keçən illəri, ömürdən saymaram mən...Səninlə yaşadığım 35 il həyatımın işiq, nur, xoşbəxtlik, səadət səhifəsidir ki, sənin gedişinlə əbədilik qapandı və artıq o ilahi xatirələrə dönmüş ömrümüzün sehrindən aldığım güclə övladlarimizla bağlı arzularımıza həyat vermək amalım dayanır. Və bu, artıq mənim əvvəlki ömrüm deyil. Bu gun sənsiz yasamağım da elə ilğım kimi bir şeydi. Allahım belə məsləhət bilibmiş yəqin.
Və bir də mənə qalan və hec kəsin əlmidən ala bilməyəcəyi gözəl, məlaikə ruhunla söhbətləsməyimdir. Çünki bu fani dunyada sənin ruhunla danışa bilirəmsə, haqq dunyasında daha yaxsı dərdləsərik.

Dünya niyə belə namərddi?!

İndi mənim iki evim var. Biri 35 il yasadıgımız sevgimizə, xoşbəxt illərimizə şahid ev, o biri isə evimizdən çox da uzaq olmayan sənin uyudugun və mənim uyuyacağım məzarıstan, mənim üçün cənnətməkan və doğma ünvan. Sən buranı da mənim üçun artıq dogmalaşdırmısan, gözəlləsdirmisən, əzizim. Oldugun hər yer bu gün mənim üçün ilahi bir ünvandı.
İnanmıram ki, bu dünyada bir kimsə öz sevgisinə mənim kimi yas tutsun, həyat dostu üçün bu qədər aglasın, goz yaşları axıtsın. (Bu göz yaşları mən ölənə kimi axacaq) Sən də bilirsən ki, mən öz acı sonluğuma yox, sənin cavan yaşında əbədi gedişinə yanıram, ağlayıram. Hec nə mənə təsəlli ola bilmir, olmayacaq da heç zaman. Sənsizlik mənim uçün vaxtın, zamanın durduğu, dayandığı, öldüyum andı, ölü nöqtədi. Səndən sonrakı sənsiz həyat mənim üçün gozdağı, cəhənnəm əzabıdı. Heyif bizim arzularımızdan. Kaş, dunya belə namərd olmayaydı.

***
Elə adamlar var ki, onların qəfil ölümünə inanmaq olmur, barışmaq olmur. Sənin ölümünə inanmadım, əzizim, nə mən, nə də səni tanıyan hec kim.Bizdə, qohum əqrəbada sənin belə tez vaxtsiz gedişinə hec kəs inanmır, inanmaq istəmır.
***
Toyda, məclisdə biz çox ciddi adamlar təsiri bağışlayırdıq. Bu, daha çox mənim utancaq, qaraqabaq olmağımdan qaynaqlanırdı. Ancaq çoxları bilmirdi ki, ürəyimiz bir döyünür, bir vurur, bizi hansı sevgi birləşdirir. İndi bu da mənə bir dərddi ki, niyə mən sevgimizi aləmə car etməmişəm, olduğumuz kimi görünməmişəm?
Bu gün elə şeylərin peşimançılığını çəkirəm ki, onlar olmalıydı, ancaq olmadı və heç zaman da olmayacaq. Çox heyif. Min heyif!
Heyif deyiləsi çox şeylər var.
Ancaq heyif Xəysəmdən, mənim sadiq ömür dostumdan, mənim cənnət mələyimdən.

Sənin arzuların üçün...

Özümüzçün yaşamağı gələcəyə saxlamışdıq. O da olsun, bu da olsun. Ancaq bizim nəzərdə tutdugumuz o gələcək olmayacaqmış. Bilsəydik, bir azca da özümüzçün yaşayardıq. Bundan sonra azda olsa yaşaya bilsəm özüm üçun yasamayacam, uşaqlarımız üçün, sənin arzuların üçün yasayacağam. Heyif.

Yerin ürəyimin başındadı...

Mayın 24-ü tarixi bizim birgə yasadığımız ailə həyatımızın son günü oldu. Həyat mənim üçün də dayandı, sıfırlandı. Səndən sonra yaşamaq heç kişilikdən deyildi. Ancaq...Bundan sonrakılar mənim yasamağım deyil, əsla. Bundan sonra olan mən sənin xəyallarına, yarımçıq arzularına işıq yandırmağa calışacaq. Sənsiz olan bir anı, bir günü də ömürdən saymıram, saymaram. Sən 55-də, məndə 61-də yasadığımız gözəl, xosbəxt ömrümüzə“əlvida” - dedik. İnşallah, cənnətdə görüşüb sonsuzacan xoşbəxt yaşayarıq. Əminəm.
Hayif sənin tez solan çiçək ömründən...Mənə güc, qüvvət, qüdrət verən qadın… Yerin ürəyimin başındadı.

Gəl, güc alaq...

Hər səhər yuxudan duranda mütləq qucaqlaşıb bir-birindən güc alan ər-arvad necə, tanıyırsınızmı? Bir dəqiqəlik qucaqlasma növbəti günüçün stimul idi, yasayıb çalışmaq enerjisi idi ki, bu energi 35 il məni, bizi uğura apardı… Bu da sonu.
Daha nə mən “gəl, guç alaq” - deyə bilirəm, nə o. Çünki biz yoxuq artıq...

Sənin göyərçinlərin...

Sən gedəli göyərçinlərin də əvvəlki şuxlugunu itirib sanki, çox bədbin görünürlər. Çünki səni axtarırlar, balkondan evin içinə boylansalar da tapa bilmirlər, görmürlər səni. Amma sənin kimi baxıram onlara, sevə-sevə qulluq edirəm göyərçinlərinə ki, ruhunu sevindirə bilim (Təsəlliyə bax e?). Ümumən bütün sənsiz həyatım sənin haqq dünyanda, cənnətində daha rahat, nur icində yatmağın üçün köklənib. Basqa bir amalım yox.

Belin qırılsın, ay ölüm…

Sən mənim yarım yox, hər şeyim idin, özüm idin, mövcudluğum idin. Sən yoxsansa, mən də yoxam. Hər ötən gün daxili səksəkəm daha da artır. Necə yəni, SƏN qayıtmayacaqsan?! Ötən həftə yuxuma gəldin, səhərüzü, qucaqlaşdıq. Gəldin? - dedim. Güldün. Uşaqları səslədim. Ülvi, Həmid, Rüfət, Nailə, mama qayıtdı, sağdı. Sükür sənə ilahi, Allahım bizim dualarımızı eşitdi, Xəysəmi sağ-salamat qaytardı bizə... İkimiz də aglayırdıq. …Və yuxudan durdum. Demə, bu xosbəxtlik röyada imis, sirin bir yuxu imiş.
Elə bilirəm Xəysəm yaxın günlərin birində qayıdacaq, dönəcək evimizə. Çünki bu həyat dolu, yaşamaq eşqli, şaqraq səsli, sevgi gülüşlü bir insana, həyatımın mənasına ölməyi yaraşdıra bilmirəm. Hec bilmirəm mənfur ölum özünu necə yarasdırdı ona. Belin qırılsın, ay ölüm, səni Allah öldürsün, cavancanlara qıydığına görə. Sənə qarşı ölənəcən varam. Özüm ölməklə də olsa, səni mutləq cəzalandıracam, öldürəcəm.

Həyat məni pis ağlatdı...
Mən uşaqlara təsəlli olmalıykən indi onlar mənə təsəlli olmağa çalışır, ancaq tək nəvəmiz bir yaşlı Burla məni hər gün ağladır, gündə neçə dəfə nənəsinin divardan asılan foto şəklinə baxıb “Nənə”, “Nənə”- deyir, sanki nənəsinə layla çalır, özü də ağlayır. Bu səhnəni görsəniz siz də dözməzsiniz.
Bundan sonra necə olacaq? Bilmirəm. Zaman göstərəcək hər şeyi. Yaşaya biləcəyəmmi?Yaşamaq istəyirəmmi? Yox! Ölməsəm, bu yaşamaq yox, nəfəs almaq olacaq, başqa heç nə. Sadəcə nəfəs almaq yaşamaqmı, sizcə?
O, mənəm...
Siz heç həyatdan vaxtsız köçmüş həyat yoldaşını hər gün, hər an ağlamaqdan gözləri kor olan kişi görmüsünüzmü?
Həyatdan nakam köçən, böyük arzuları çiliklənən sevimli həyat yoldaşına gündə 100 kərə layla çalan kişi necə, tanıyırsınızmı? Yəqin, aranızdan kimsə deyə bilər ki, belə də kişi olar? Olar, dostlar! Bunu duymaq üçün gərək sinəndə sevən ürəyin ola.
Bəs həyat yoldaşının sağalıb normal həyata qayıtması üçün Allahından öz ömür payını sevdiyinə ərməğan edən, bunun üçün gecə və gündüz dualar edən adam necə? Tanıyırsınızmı?
Həyat yoldaşının ətrini onun paltarlarindan alan, bu doğma qoxunu göz yaşlarıyla suvaran kişı necə, tanıyırsınızmı? Varmı bu həyatda?
Tanıyın, o, mənəm!
Qarşında baş əyirəm...

Qarşında baş əyirəm, həyatının ən gözəl 35 ilini mənə həsr edən, özünü mənim üçün, övladlarımız üçün şam kimi əridən, bizim üçün yaşayan, böyük qadın, mənim ömür dayağım Xəysəm, haqqını mənə, bizə halal eylə!
Yüzə-yüz əmin olsam da ki, Sən cənnətdə, behiştdəsən, yenə də deyirəm: Əzizim, özümdən, hamıdan dəfələrlə çox sevdiyim ömür dostum, məkanın cənnət, yerin behişt olsun! Biləsən ki, necə darıxıram sənin səsinə, gülüşünə, nəfəsinə, burnumun ucu göynəyir sənin üçün. Bizdə “filankəs filankəsindən ötrü şişib öldü” deyimi var. Səndən çox şişirəm. Səninlə cənnətdə görüşməyə çox tələsirəm, ancaq sənin övladlarımızla bağlı yarımçıq qalmış böyük arzuların var, tək onları qısa zaman içində reallaşdırıb sənin cənnətinə qovuşacağam.
Bu dünyada qoşa qarıyammasaq da, orda qoşa qarıyarıq, sonsuzacan yaşayarıq, inşallah!
İnanıram ki, Allahım bunu bizə çox görməz.
Zərbalı MİRZƏ

Son xəbərlər

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Bu "Samsung" smartfonlarında süni intellekt olacaq - Bu gündən

Sabah bu rayonda qaz olmayacaq

İcra başçısının qardaşı oğluna HÖKM OXUNDU

Taksilər yalnız bu rənglərdə olacaq - Qərar

Azad Rəhimovun oğlu dindirilib

Seçkilərin ən gənc və ən yaşlı NAMİZƏDLƏRİ - 18 yaş, 90 yaş...

AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq

Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ

“Bununla bağlı qərarda Putinin rəyi rəhbər tutulacaq”

Bağça müdiri olmaq istəyənlər imtahan verəcək

Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI

Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir

Bu il Qədr gecələri nə vaxta düşür? - TƏQVİM

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

Türkiyə Qəzzaya humanitar yardım daşıyan yeni gəmi göndərəcək

Oruc tutmaq xərçəng hüceyrələrinin yayılmasını ləngidir

Türkiyə ABŞ-nin sursat ehtiyacını ödəyəcək

Rusiyadakı terrorda ölənlərin sayı artdı

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

“Terrorla bağlı heç bir rəsmi versiya irəli sürülməyib” - Peskov

Dünyanın ən xoşbəxt ölkəsi: bu 3 şeyi etmirlər, dərdləri yoxdur

Hikmət Hacıyev NATO-nun sabiq rəhbəri Anders Foq Rasmussenlə bağlı paylaşım edib

Namiq Abbasov vəfat etdi

Xarkov atəşə tutuldu - Ölən və yaralananlar var

Baltimorda körpünün uçması nəticəsində 6 nəfər ölüb, 7 nəfər ağır yaralanıb

Ərdoğan dünya ictimaiyyətini İsrailə təzyiqi artırmağa çağırıb

Ərdoğan “Crocus City Hall”dakı hadisəni qəddarlıqla törədilmiş terror aktı adlandırıb

Bütün xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031