
Xəbərlər
1.07.2019, 12:24
Sabah Günəş tutulması baş verəcək

Sabah Günəş tutulması (tam tutulma) hadisəsi baş verəcək.
AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının İctimai əlaqələr şöbəsinin rəhbəri Orxan Salehli “Report”a bildirib ki, Günəşin tam tutulması iyulun 2-3-nə təsadüf edəcək.
Bu təbiət hadisəsi iyulun 2-si yerli vaxtla saat 20:55-də başlayacaq və iyulun 3-ü saat 01:50-də başa çatacaq.
Günəş tutulması Cənubi Amerika, Çili, Argentina və Sakit okeanın cənubundan aydın görünəcək. Təbiət hadisəsini Azərbaycanda müşahidə etmək mümkün olmayacaq.
Növbəti tutulma dekabrın 26-na təsadüf edəcək.
Qeyd edək ki, ilk Günəş tutulması bu ilin yanvarın 6-da qeydə alınıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











