Mart ayında məktəblər yenidən bağlanacaq? - AÇIQLAMANazirlər Kabineti xüsusi karantin dövründə təhsil, təlim və tərbiyə prosesinin müvəqqəti qaydalarını açıqlayıb. Nəticədə Azərbaycanda orta məktəblər qismən də olsa fəaliyyətini bərpa edib. Buna baxmayaraq narahatlıq yenə də mövcuddur. Məktəblərdə yoluxma halları müşahidə olunmaqdadır. Bəzi lokal xarakterli qərarlar qəbul edilib. Yoluxma aşkarlanan məktəblərdə tədris, təlim-tərbiyə prosesi dayandırılıb. Biz bunu gözləyirdik.

Metbuat.az teleqraf.com-a istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru İlqar Orucov deyib.
Onun sözlərinə görə, pandemiya davam etdiyi müddətdə təhsil müəssisələrində yoluxma halları istisna deyil: “Hansı məktəblərdə yoluxma varsa, ona uyğun qərar qəbul ediləcək. Bağlanan məktəblərin sayı arta bilər, bu, istisna deyil. Biz hər zaman vətəndaşlara, valideynlərə çağırış edirik ki, pandemiya dövrü üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə əməl etsinlər. Belə olsa, əlbəttə, yoluxma artmaz”.

İlqar Orucov bildirib ki, mart ayında məktəblərin bağlanması vəziyyətdən asılı olacaq: “Hazırda buna birmənalı cavab vermək mümkün deyil. Bu, mövcud vəziyyət və situasiyadan asılıdır. Mart ayında yoluxma sayı artmasa, proses kəskinləməsə, məktəblər fəaliyyətini davam etdirəcək. Əksinə, vəziyyət idarə olunmaz situasiyaya keçərsə, adekvat qərarlar qəbul ediləcək və məktəblər yenidən fəaliyyətini dayandıra bilər. Bunlarla bağlı hər hansı təxminləri indidən söyləmək mümkün deyil.

Hazırda yoluxma sayında kəskin artım yoxdur. Lakin vətəndaşlar məsuliyyət nümayiş etdirməsələr, mart ayında məktəblər yenidən bağlana bilər. Ona görə də burada vətəndaş məsuliyyəti məsələsi yenə də öz sözünü deyir”.

Təhsil eksperti bildirib ki, gələn ay məktəblərin bağlanması ilə bağlı indi deyilənlər şayiədir: “Hazırda məktəblərdə hər gün monitorinq aparılır. Bütövlükdə rəhbərləri, təhsil şöbələri, şəhərlərdə təhsil idarələri bu işə səfərbər olunublar. Proseslə bağlı məlumatlar hər gün nazirliyə daxil olur, sistemləşdirilib Operativ Qərargaha məlumat verilir. Məktəblərdə pandemiya ilə bağlı bütün qərarlara, tövsiyələrə birmənalı şəkildə əməl olunur”.

Son xəbərlər

40 yaşlı Noyer dünya çempionatlarında ən çox oyun keçirən qapıçı titutuluna yiyələnib

Güclü zəlzələ bu ölkənin yerini xəritədə dəyişdirib

Vens İranla danışıqlar aparmaq üçün İsveçrəyə yola düşüb

"Hudutsuz sevda"nın "bacı-qardaşı" nişanlandı - FOTOLAR

Türkiyədə tur avtobusu aşdı - Ölən və xəsarət alanlar var

HƏSƏNXAN ƏSƏDOV : Xatırlasan özün gəl - FOTO

Tramp: Atəşkəs dövründəki60 gün ərzində Hörmüz boğazında ödəniş olmayacaq

CÜMŞÜD AYDƏMİR : Dünyanı qoruyaq - FOTO

Melonidən Trampa yeni mesaj: Sizə öz populyarlığınıza diqqət yetirməyi məsləhət görürəm

Tramp İtaliyanın Baş naziri Meloni ilə dostluq etməyəcəyini bildirib

ADPU-nun müəllimi vəfat etdi

ABŞ-da naməlum şəxslər avtomobildən bir qrup insana atəş açıb, yaralananlar var

ChatGPT istifadəçiləri üçün vacib XƏBƏRDARLIQ

Məlahət Behbudqızı : Sənli xəyallarla yaşayır qəlbim - FOTO

Ağstafaya dolu düşdü

"Azəriqaz"da yeni struktur yaradıldı

İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 4057 nəfərə çatıb

İordaniya Haşimilər Krallığı Xalq Məclisinin Nümayəndələr Palatasının sədri Azərbaycana səfərə gəlib

Bazar gününün - Havası

İldırım Əlişoğlu : İçimin sənsizlik alovu sönmür - FOTO

Bu aktrisa "Taşacak bu deniz"dən gedir - FOTO

Dua Lipa toyundan fotolar paylaşdı

Neslihanın yeni layihəsi bəlli oldu

Keçmiş deputat Paşinyanı məhkəməyə verdi

Ceyhun Bayramovla Bəxtiyor Səidov Bakı və Daşkəndin strateji tərəfdaşlığını müzakirə ediblər

UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib

Bazar günü Bakıda 32 dərəcə isti olacaq

"Bizim Maqsud müəllim" tamaşası nümayiş etdirilib

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930