Məktəblər yenidən BAĞLANACAQMI? - ekspert danışır
Aylardır davam edən pandemiyanın ən çox zərər verdiyi sahələrdən biri də təhsil sektorudur. Tədris ili başlayandan valideynlər günü “WhatsApp” qruplarındakı “Müəllim, mən qoşula bilmirəm”, “Kod-parolu yazın”, “Məni qəbul edin”, “Mən virtuala girə bilmirəm” tipli mesajlarla açırlar. “Ellə gələn toy-bayramdır” deyimini əsas götürüb övladın üçün birtəhər dözürsən, amma nəticələr göstərir ki, şagirdlər onlayn təhsildən faydalana bilmirlər. Bu təhsil forması həm müəllimlər, həm şagirdlər, həm də qruplardakı yazışmaları oxumaq məcburiyyətində qalan valideynlər üçün vaxt itkisindən başqa bir şey deyil. Təhsil Nazirliyi isə artıq iki gündür məktəblərdə işçilər və şagirdlər arasında yoluxma statistikası gərgin ortamı daha da gərginləşdirir, yersiz ajiotaj yaradır.

Bu barədə Modern.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, 2020-2021-ci tədris ilinin onlayn dəsrlərlə başlaması o qədər də uğurlu alınmayacaq.

K.Əsədov qeyd edib ki, pandemiya dövründə tədris prosesinin dayandırılması və təhsilalanların həmin dövr üçün ən alternativ olan onlayn distant təhsilə keçməsi vacib idi:

“Amma etiraf edək ki, şagirdlər 2019-cu ildə şagirdlər məktəbə ənənəvi qaydada gəldiklərindən onlayn tədrisə keçid o qədər də ciddi problem yaratmadı. Həm də nəzərə alaq ki, artıq tədris ilinin sonuna 3 ay vaxt qalmışdı.

Hazırda onlayn tədrislə müqayisədə dərslərin həftədə 2-3 dəfə keçirilməsi ümidverici haldır. Amma bu, iki problemi həll etməyəcək. Birincisi yoluxma sayını azalmır, əksinə getdikcə bizi çox ciddi təhlükə gözləyir. İkincisi, bu gün məktəblərin qarşısında apardığımız monitorinqlər göstərir ki, valideynlər məktəblərin daxilinə buraxılmasa da, təhsil müəssisələrinin qarşısında böyük sıxlıq yaradırlar. Bir sözlə məktəblərin qarşısında sosial məsafənin gözlənilməsilə bağlı iş aparılmır. Bunun üçün ən azından nişan və işarələrdən istifadə etmək olar”.

“Müəllimlərin çoxu ZOOM, Microsoft Teams-in nə olduğunu bilmir”

Ekspert bildirib ki, istənilən halda onlayn təhsil effekt vermir:

“Ona görə ki, ölkədəki 1,6 milyon şagirdin heç də hamısının planşeti, telefonu, kompüteri, internetə çıxış imkanı yoxdur. Ən azından ehtiyaclılar dövlət tərəfindən təmin edilməlidir. Şagirdlərə sürətli internet verilməlidir. Bundan sonra şagirdlər üçün onlayn təhsil əlçatan olacaq. Təbii ki, söhbət təkcə şagirdlərdən getmir, müəllimlərimiz də eyni problemlərlə üz-üzədirlər. Müəllimlərimizin 37 faizinin yaşı 60-dan yuxarıdır və onlar risk qrupundadırlar.

Böyük əksəriyyət Microsoft Teams, ZOOM, Skipe proqramlarının adını məhz pandemiya vaxtı öyrəniblər, hələ də çoxu bunlardan istifadə edə bilmirlər. Təəssüf ki, Təhsil Nazirliyi müəllimlər üçün təlim keçmədən onları onlayn dərslərə qoşur. Bu düzgün yanaşma deyil. Yaxud bir çox məktəblərdə müəllimlərin əksəriyyətinin yaşı 60-dan yuxarı olduğu üçün ənənəvi dərs keçə bilmirlər. Hazırda bizim təhsilimiz gərgin bir dövrdədir. Ümid edirik ki, qısa müddətdə şagirdlər planşetlərlə təmin edilərlərsə, onlar üçün təhsilin əlçatanlığı mümkün ola bilər”.

“Belə getsə məktəblər yenidən bağlanacaq”

Məktəblərdə şagird və müəllimlər arasında yoluxanların olmasına gəlincə, K.Əsədov deyib ki, bu, gözlənilən idi:

“Təhsil Nazirliyi nə pandemiya başlayanda, nə də indiki məqamda ciddi addım atmayıb. Məktəblərdə qabaqlayıcı tədbirlər görülməli idi. Məktəblərdə müəllimlər, şagirdlər, teniki işçilər üçün giriş fərqli istiqamətlərdən olmalıdır. Əks təqdirdə məktəblər yenidən bağlanacaq və biz hələ uzun müddət onlayn təhsillə davam etmək məcburiyyətində qalacağıq”.

Son xəbərlər

Kerem Bürsin əməliyyat olundu - Fotolar

UNİVERSİTETƏ GEDƏN YOL

Daşdəmir ƏJDƏROĞLU : SULUTUN AĞRISI, RAFİQ KƏRİMOVUN SƏSİ - FOTOLAR

15 ildən sonra yenidən “Ron Uizli”ni canlandıracaq

YADA DÜŞƏN İŞIQLI XATİRƏLƏR

Hacıməmməd Məmmədov : ZÜMRÜD VƏLİYEVA — ÖMRÜNÜN ŞEİRƏ ÇEVRİLƏN SƏTİRLƏRİ

KƏNDDƏN BAŞLAYAN YOLUN İŞIĞI - FOTOLAR

Qənirə Paşayevanın qardaşı yeni vəzifəyə təyin edildi

Avropa Liqasında da püşk atıldı - Fotolar

Rəngli Nepaldan geri qalanlar - Fotolar

Pəncərənin ağzına duzlu su qoyun - Pis enerjilərdən qoruyan İNANC

Özbəkistan Prezidenti: Yeni Daşkənd əsl inkişaf mərkəzinə çevriləcək

Azərbaycan və Belarus XİN-lərin xətti ilə qarşılıqlı fəaliyyətin aktivləşdirilməsini müzakirə edib

DTX-nin "Bilgəh" İstirahət mərkəzində Vətən müharibəsi iştirakçıları ilə görüş təşkil edilib

Bakının Mirmahmud Kazımovski küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Kəlbəcərə dolu yağıb

" *İncə fikirlər"* layihəsinin növbəti qonağı

AKİ-nin sədrliyinə seçki konfransının keçiriləcəyi tarix məlum olub

Şəkidə körpüdən yıxılan müəllim öldü - Foto

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Tramp Hörmüzlə bağlı: Bu lənətə gəlmiş boğaz açıqdır

Ukrayna ordusunun Baş Qərargahı Yaroslavlda neftayırma zavoduna hücumu təsdiqləyib

Sabah 36 dərəcə isti gözlənilir, güclü külək əsəcək

Kamran Əliyev Yasamal rayonunda vətəndaşları qəbul edib

"Payızda ulduzlar görünmür" Şirin Mirzəyev və HaciEkber Rustamov

Ali məktəblərə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilib

DİN: Vətəndaşlar "uduş", "hədiyyə", "kampaniya" və digər cəlbedici təkliflərə qarşı diqqətli olmalıdırlar

UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişməyib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31