Hər iki xüsusiyyəti ilə sosial şəbəkə
Bəhreynli gənclər sosial şəbəkədən istifadə edərkən onun təhlükələrindən də qorunmalıdırlar. Feysbukun təsisçisi, həmçinin Napsterin həmtəsisçisi Şon Parker (Sean Parker) son vaxtlar sosial şəbəkə ilə bağlı sərt ifadələri ilə dünyanı təəccübləndirdi. Feysbukun cəmiyyətə verdiyi zərərli təsirlərdən gileylənərək uşaqların sağlam inkişafına potensial təhlükəsi ilə bağlı xəbərdarlıq etdi. Bu fikri ilk dəfə ortaya atdıqda insanları mümkün qədər ondan asılı hala salmaq istədiklərini etiraf etdi və bildirdi ki, "bəyən" işarəsi bu arzunun nəticəsi olaraq ortaya çıxıb.

Parker "bəyən" işarəsini və ümumilikdə sosial şəbəkənin funksiyalarını "... insan psixologiyasının zəifliyini istismar etmək" kimi xarakterizə edir. Bu, acı həqiqətdir. Bir çox insan beynində öz səviyyəsində olduğunu düşündüyü insanlarla şüuraltı yarışa başlayır və bir müddət sonra həmyaşıdlarının razılığını qazanmağı və ya onlarda qısqanclıq hissi oyatmağı həyatının məqsədi halına gətirir. Bu, təhlükəli düşüncə tərzidir və heç kimə faydası yoxdur. Bunun əldə edilmədiyini düşündükdə insanların psixologiyası pozulur. Sosial şəbəkə bu zəiflikdən istifadə etməyə başladıqda nəticələri narahatlıqverici ola bilər. Lakin faydalı şəkildə istifadə edərək bu tendensiyanı asanlıqla dəyişdirə bilərik.

Bir çox sorğu bu təhlükənin mövcud olduğunu təsdiq edir və sosial şəbəkənin xeyrindən çox zərəri olduğunu göstərir. Bir sorğuya görə, 1500 sosial şəbəkə istifadəçisindən 62%-i özünü qeyri-kafi hiss etdiyini, 60%-i özlərini başqaları ilə müqayisə etdikdə qısqandıqlarını deyirlər. Missuri Universitetinin professoru Marqaret Dafi (Margaret Duffy) bu zərərli fakt haqqında belə deyir: "Əgər sosial şəbəkə insanın öz nailiyyətlərini başqaları ilə müqayisə etmək üçün istifadə edilirsə, mənfi təsiri ola bilər".

Daim bəyənilmək axtarışında və müqayisə aparmaq istəyində olmaq duyğusal gənclərə təsir edir. Bu cür hisslər nəzarət altına alınmadıqda sağlam, güclü xarakterin formalaşmasının qarşısı alınır. Keçmişdə heç bir sosial şəbəkə olmadığı vaxtlarda bəyənilmək ehtiyacı az sayda dost-tanışla məhdudlaşırdı. Nəticədə gözləntilər və məyusluq səviyyəsi aşağı olurdu. Ancaq bu gün virtual simaların sayı real olmayan gözləntilər yaradır və bunun nəticəsində yaranan məyusluq mənfi nəticələrə səbəb olur. Yəni sosial şəbəkə bir çox cəhətdən faydalı olsa da, bu cür zərərli təsirlərə də malik ola bilir.

Parkerin qeyd etdiyi kimi, bu cür yanaşma müdafiəsiz gənclərin inkişafına mənfi təsir edir. Gənclər "bəyən" işarəsinə, sosial statusa çox önəm verərək böyüyürlər. Bəs gerçək dünya ilə necə baş edəcəklər? Virtual dünyada axtardıqları bəyənilmək duyğusu gerçək həyatda qarşılığını tapmasa, necə olacaq? Gələcək nəsillər ruhlarındakı bu lazımsız yüklə böyümədən öncə bu məsələlərin müzakirə olunması çox mühümdür.

Sosial medianın gücünü də istifadə edərək bu düşüncə formasını konstruktiv və faydalı fikirlərlə dəyişdirmək mümkündür. Bu şəbəkə vasitəsilə daim müsbət mesajlar yaymaq mənfi təsirləri tarazlaşdıra bilər. Sosial şəbəkə qərəzli fikirlərin öhdəsindən gəlmək, nifrət mədəniyyətinə qarşı olmaq, sevgi, anlayış və sülh mesajlarını yaymaq üçün çox təsirli vasitə ola bilər. Yuxarıda bəhs edilən bəyənilmək arzusu isə aşağıdakı vasitələrlə zərərsizləşdirilə bilər:

Başqasının bəyənib-bəyənməməsinin sizin üzərinizdə real təsiri olmadığını unutmayın.

Sizin bir başqasının həyatını bəyənməyiniz necə o insanın həyatına təsir etmirsə, başqasının da sizin həyatınızı bəyənməsinin həyatınıza hər hansı bir təsiri olmayacağını unutmayın.

İstər tanışlarınız, istər anonim internet istifadəçiləri olsun, öz etibarınızı başqalarının düşüncələrinə görə təyin etməyin.

Unutmayın, önəmli olan sizin xarakterinizdir, başqalarının sizin haqqınızda nə düşündüyü deyil.

Ümid edirik ki, bu düşüncə tərzi ilə gənclər bəyənilmək xəstəliyindən xilas olacaq və ətraf mühitə daha həssas, güclü və müstəqil fərdlər kimi formalaşmağa başlayacaqlar.

CƏMİL ZƏBHULLAOĞLU

Son xəbərlər

Nümunəvi ailə başçısı və yüksək mənəvi keyfiyyətlərə malik insan - FOTO

Baş nazirin açıqlaması vətəndaşları şoka saldı

Elm, fantastika, şəxsi həyat...

Yeni qaydalar qüvvəyə minir: Tamamilə qadağan edildi

Vaşinqtonda bir araya gələcəklər

Abşeronda yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi+Fotolar-Yenilənib

VƏTƏN AŞİQLİYİ - FOTOLAR

Şair Lalə İsmayılın "Bəyaz Durnalar" adlı ilk kitabı işıq üzü görüb

Bibixanım İSAYEVA : "Qan yaddaşının qəhrəmanı" İnsanlığa sevgi ünvanı - FOTO

“Alnım açıq, başım dik” - Sıladan açıqlama

Ələt–20-ci Sahə istiqamətində 195E nömrəli yeni ekspres marşrut istifadəyə verilir

Nəsrinin serialı ilə bağlı dəyişiklik

Yenidən eyni layihədə rol alacaqlar

"Vətənpərvərlik epopeyası" qələmin gücündə

“Blok3”ə sui-qəsd hazırlayanlar həbs edildi

Mətbuat dedikdə , ilk növbədə həmişə qəzetlər göz önünə gəlir

Berlindəki terror aktı - miqrantlara qarşı yeni təbliğat - ŞƏRH

Ombudsman əcnəbi vətəndaşın müraciətini təmin edib

MEDİA: İranın "Səhər" telekanalı və "Mehr" agentliyinin Azərbaycanda fəaliyyəti qanunsuz hesab edilir

Corcia Meloni: İtaliyada "No TAV" hərəkatının aksiyasında 120 polis əməkdaşı xəsarət alıb

"Neftçi"nin "Dinamo" ilə oyun üçün Bolqarıstana səfər proqramı müəyyənləşib

Çində daşqın nəticəsində 10 nəfər ölüb, 23 nəfər yaralanıb

Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə minib

Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə mindi

Sabah külək əsəcək, 41 dərəcə isti olacaq

“Bizi oradan çıxardılar...” - Narazı rəssamlara rəsmi cavab

Bakıda ağac bir nəfərin üzərinə aşdı - Nazirlikdən açıqlama

Azərbaycanda bu şəxslər 7 min manatadək cərimələnəcək

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031