Yaxın günlərdə bu məhsullar kəskin ucuzlaşacaq – SİYAHI


“Bəzi məhsullar istixanalarda yetişdirilir. İstixanada isə zəruri temperatur yaradılır. Məsələn, istixanada xiyar yetişdirmək üçün 23-24, pomidor üçün 25-26, çiyələk üçünsə təxminən 24-25 dərəcə istilik tələb olunur.

Nəzərə alaq ki, son günlər havanın temperaturu müsbət 30 dərəcəyə yaxınlaşıb. Ona görə də istixanalar artıq yanacaqdan istifadə etmir, təbii günəş enerjisindən faydalanır. Bu da həm məhsulun maya dəyərini aşağı salır, həm də məhsul bolluğu yaradır. Ona görə də yaxın günlərdə xiyar, pomidor və çiyələyin qiyməti xeyli aşağı düşəcək”.

Bunu Bizim.Media-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib. O bildirib ki, açıq sahədə yetişdirilən xiyar, pomidor və çiyələk də yaxın günlərdə bar verməyə başlayacaq:

“Bu da bazarda təklifin artmasına şərait yardacaq. Amma bu mərhələyə çatmağımız üçün ən azı 15-20 gün zaman tələb olunur. Yəqin ki, mayın ikinci yarısında növbəti qiymət enişinə şahidlik edəcəyik. O zaman biz bazarlarda kiloqramı 1 manata qədər olan xiyar, 1-1,5 manata olan pomidor və çiyələk görəcəyik”.

Akif Nəsirli bazara faraş kartofun da çıxdığını qeyd edib:

“Yaxın günlərdə Cəlilabad və digər rayonların fermerləri cari ilin kartofunu kütləvi şəkildə bazara çıxaracaqlar. Bundan əlavə, yeni soğan da artıq piştaxtalara yol tapır. Təsadüfi deyil ki, bəzi bazarlarda soğanın kiloqramı 30 qəpiyədək ucuzlaşıb. Kartof da yaxın günlərdə daha ucuz qiymətə təklif olunacaq.

Bundan əlavə göyərtinin qiymətində eniş olacaq. Dəsti 20-25 qəpiyə satılan göyərti ən azı 2 dəfə ucuzlaşacaq. Bu ucuzlaşma əsasən yay aylarına qədər davam edəcək. Çünki isti havalarda göyərti becərmək kifayət qədər çətin olur”.

Həmsöhbətimiz bu ilin fevral-mart aylarında havaların əlverişli keçməsini meyvə bolluğuna gözəl zəmin kimi dəyərləndirib:

“Ona görə də bu il biz daha ucuz qiymətə meyvə görəcəyik. Ola bilsin ki, ərik bir qədər baha olsun. Ancaq digər mövsümi meyvələr bol və ötən illə müqayisədə xeyli ucuz olacaq”.

Bizim.Media

Son xəbərlər

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr ərazi partiya təşkilatlarında müzakirə olunub.

İncə fikirlər layihəsinin növbəti qonağı uşaq şeirləri və təmsilləri müəllifi, Turan Yazarlar Birliyinin üzvü, şair Seylan Abbas xanımdır.

Şirvan sazının ustad nəfəsi Aşıq Şakir Hacıyev

BİR GÜLMİRƏM, BİR GÜLNARƏM, BİR TURQUT... - FOTO

Süni intellektin maliyyə məsləhətlərinə inanmaq olarmı - nə qədər tez-tez səhv edir?

Hamının içdiyi bu məhsulun zərərləri də var imiş - Həkimdən xəbərdarlıq

Nəriman Axundzadə yenə ehtiyatda qaldı

Üç ildən sonra bu seriala çəkilir

ŞAİR HƏNİFƏ ALIŞANOĞLUNUN POEZİYA DÜNYASINDA VƏTƏN SEVGİSİ VƏ KÖNÜL DUYĞULARI...

BİZ NİYƏ YALAN DANIŞIRIQ, BİZİ YALANLARA KİM SÖVQ EDİR?

BİR VAXT VAR İDİ...

Əli Vahid Çaylı : EŞİTSİN ŞİRVANLILAR - FOTO

Noyerin səhvi tarixi qolla nəticələndi

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Mərmərə dənizində zəlzələ oldu

Zelenski Trampın sərt bəyanatlarından dərhal sonra Britaniyanın baş naziri ilə danışıb

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

"Olduqca həssas və məsuliyyətli bir dövrdən keçirik" - Deputat

Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

“Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm” - Sabir Rüstəmxanlı

Adil Cəfakeş : Nənəmin Cəhrəsi - FOTO

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Rihanna övladları ilə - Fotolar

“Düşünürəm ki, Ukraynanın yeni prezidenti seçməsinin vaxtı çatıb”

Azərbaycanlı gənc Polşada vəfat edib

“Sumqayıt” ilk qələbəsini qazandı

"Arsenal" "Lids Yunayted"ə qalib gəldi

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031