Rusiyada Türkiyə qorxusu: Ərdoğan "Tək millət, beş dövlət" planına keçibRusiyada Türkiyə qorxusu getdikcə artır. Mətbuatda "Birləşmiş Türk Ordusu" barədə versiyalar müzakirə edilməyə başlayıb.



Azerforum.com Bizimyol.info-ya istinadən xəbər verir ki, Rusiyanın müxtəlif xəbər saytlarında Türkiyənin Qazaxıstan, Türkmənistan və Özbəkistanı da özünə Azərbaycan qədər yaxınlaşdırmağa çalışdığı yazılır. Ankaranın bütün türkdilli dövlətləri Turan Birliyi şəklində bir dam altında birləşdimək istiqamətində irəlilədiyi vurğulanır.

Ötən həftə istefada olan general Leonid İvaşov Rusiya mətbuatına açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan, Qazaxıstan, Türkmənistan və Özbəkistan da daxil olmaqla "Turan Ordusu" yaratmaq planlarından danışıb. Bu açıqlamanın ardından Rusiya mətbuatında və düşüncə mərkəzlərində təşviş müşahidə olunur.
Türkiyənin dəstəyi ilə Azərbaycanın Rusiyanın himayə etdiyi Ermənistana qarşı qələbə qazanması türkdilli dövlətlərdə canlanma yaradıb. Orta Asiyanın türkdilli dövlətləri də artıq Rusiyanın təsirindən qurtulmaq üçün Türkiyəyə ümid yeri kimi baxırlar.
Rusiya mətbuatının yazdığına görə Qazaxıstan, Türkmənistan və Özbəkistanda cəmiyyətə "Tək millət, beş dövlət" şüarı təqdim edilir. Bu ölkələrin cəmiyyətləri də Türkiyə ilə hərbi ittifaqa isti yanaşırlar.
"Moskovskiy Komsomolets" qəzetinə açıqlama verən analitiklər də "Bir millət, beş dövlət" formulunun nağıl deyil, reallıq olduğunu düşünürlər. Onların fikrincə, bu ölkələrin xalqları arasında Türkiyənin və xüsusi olaraq Ərdoğanın nüfuzu böyükdür.
Son vaxtlar Rusiya və Qazaxıstan arasında yaşanan diplomatik qarşıdurmadan sonra Türkiyənin fəallaşdığı bildirilir. Xatırladaq ki, bir sıra Rusiya deputatları Qazaxıstanın şimalının Rusiya əraziləri olduğunu bildirmişdilər və Astana da buna sərt reaksiya vermişdi. Qazaxıstan cəmiyyəti isə bir daha əmin olub ki, Rusiya güvəniləcək bir "dost" deyil. Bu qalmaqal təkcə Qazaxıstanda deyil, həmçinin Özbəkistan və Türkmənistanda da "dostumuz kim, düşmənimiz kim" sualını gündəmə gətirib.
Rusiya analitikləri isə hesab edirlər ki, Ərdoğan Moskva-Astana gərginliyindən məharətlə istifadə edir. Onların fikrincə, Azərbaycanın qələbəsi bir daha göstərdi ki, Türkiyə real gücdür və Orta Asiyaya göz dikəcəyi şübhəsizdir. Bu məsələdə ABŞ və NATO da Türkiyənin tərəfində olacaq. Qərb hesab edir ki, Qafqaz və Orta Asiya Rusiyanın nəzarətində olmaqdansa, Türkiyənin nəzarətində olsun.
Qazaxıstanın Türkiyədən "Bayraktar" dronları almaq üçün danışıqlara başlaması isə prosesin başladığını göstərir. Rusiya mediasının yanaşmasına görə, Ankara öz dronları ilə birlikdə ozünün "Tək millət, beş dövlət" ideyasını və birləşmiş "Turan Ordusu" perspektivini də Orta Asiyaya gətirəcək.

Son xəbərlər

Bakıda 20 istiqamətdə tıxac müşahidə olunur

Avropa çempionatı: Azərbaycanın minifutbol millisi Qazaxıstanı məğlub edib

SEPAH ABŞ və İsrailə məxsus gəmini vurduğunu açıqlayıb

Tanınmış cərrah 44 yaşda vəfat etdi — FOTO

5 yaşlı uşaq su anbarına düşüb öldü

Millimiz AÇ-nin 1/4 finalında

101 yaşı var, hələ də maşın sürüb sevgi romanları oxuyur

Tramp İranla danışıqların uzanmasından narazıdır

Astara kəndlərində işığın verilməsində fasilə olacaq

Tramp Ankaraya gedəcək

Yunanıstan millisinin keçmiş müdafiəçisi vəfat etdi

40 yaşlı Luka Modriç Xorvatiyanın dünya çempionatı heyətinə daxil edilib

Rusiya Ermənistandan meyvə və üzüm idxalına məhdudiyyət qoyur

“Hizbullah” İsraillə atəşkəsi təsdiqlədi

Media: Aİ üçüncü ölkələrdə deportasiya mərkəzlərinin yaradılmasına razılıq verib

Türkiyə millisi Şimali Makedoniyanı darmadağın etdi

Bu həftə ehtiyatlı olun! - Xəbərdarlıq

"Kuruluş Osman"ın aktyoru yeni serialda

"Kızılcık şerbeti"ndə yeni aktrisa - FOTO

Mövqesiz insanlar , izsiz yaşayanlardır.

Gələn mövsüm onu “Kızılcık Şerbeti”ndə görməyəcəyik

Şumaxerin qardaşı həmcinsi ilə evləndi - Fotolar

Cəlilabadda milli-ədəbi layihə

AYNUR ZEYNALLI İNSANLARIN QƏLBİNDƏ TAXT QURUB - FOTOLAR

Enerji Əməkdaşlığı üzrə Bakı Bəyannaməsi qəbul ediləcək

Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsinə qəbul başlayıb

Azərbaycanda sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Sabah BTQ dəmir yolu xətti modernləşdirilmədən sonra istifadəyə veriləcək

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930