
Xəbərlər
25.10.2019, 10:22
Türkiyə hərbi əməliyyatları davam etdirmək niyyətindədir

Türkiyə hərbi əməliyyata qaldığı yerdən dəvam edib sülh xəttini keçən terrorçuları güllələyə bilər.
"Bizimyol.info"nun Türkiyə mətbuatına istinadən məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dilə gətirib.
Həmçinin, Ərdoğan, Türkiyənin kürdlərlə heç bir probleminin olmadığını vurğulayıb: "Kürdlər bizim qardaşlarımızdır. Bizim onlarla bir işimiz yoxdur. Biz yalnız terrorçulara qarşı mübarizə aparırıq".
Qeyd edək ki, oktyabrın 9-u Türkiyə prezidenti Suriyada PKK/YPD terrorçularına qarşı "Sülh Çeşməsi" əməliyyatını başladıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













