Xəbərlər
19.03.2026, 23:12
Zöhrə Qaraqqızı : NOVRUZ BAYRAMINIZ MÜBARƏK , ƏZİZ DOSTLAR! - FOTO
QOY SEVİNSİN ANA YURDUM
Müjdə gətir, bahar, yazım,
Dil açsın sədəfli sazım.
Elə çatsın xoş avazım,
Qoy sevinsin ana yurdum!
Zəfər yollarına çıxaq,
Şimşək olub orda çaxaq.
Zirvələrə bayraq taxaq,
Qoy sevinsin ana yurdum!
Ulu dağlarından keçək,
Sərin sularından içək.
Özümüzə məskən seçək ,
Qoy sevinsin ana yurdum !
Nərgiz, bənövşədən dərək,
Sinəmiz üstünə sərək.
Bu dünyada cənnət görək,
Qoy sevinsin ana yurdum!
Ərisin həsrətin yağı,
Getsin ürəklərin dağı.
Zöhrə, çataq bahar çağı,
Qoy sevinsin ana yurdum!
18.03.2026.
Dil açsın sədəfli sazım.
Elə çatsın xoş avazım,
Qoy sevinsin ana yurdum!
Zəfər yollarına çıxaq,
Şimşək olub orda çaxaq.
Zirvələrə bayraq taxaq,
Qoy sevinsin ana yurdum!
Ulu dağlarından keçək,
Sərin sularından içək.
Özümüzə məskən seçək ,
Qoy sevinsin ana yurdum !
Nərgiz, bənövşədən dərək,
Sinəmiz üstünə sərək.
Bu dünyada cənnət görək,
Qoy sevinsin ana yurdum!
Ərisin həsrətin yağı,
Getsin ürəklərin dağı.
Zöhrə, çataq bahar çağı,
Qoy sevinsin ana yurdum!
18.03.2026.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay















