
Xəbərlər
7.07.2022, 01:05
ATA EVİM, ATA YURDUM - Əli Vahid Çaylı
ATA EVİM, ATA
YURDUM
Səni ucuz tuta bilmərəm,
Əməyin böyükdü qarşımda.
Heç zaman unuda bilmərəm,
Bəlalar olsada başımda.
*****
Boğazım yad tikə ötürməz,
Bağlarım gül, çiçək bitirməz.
Uşaqlıq çağlarım itirməz,
Dadın, tamın qalıb aşımda.
*****
Körpəli dünyamın izisən,
Quşların nəğməli səsisən.
Cana can verən nəfəsisən,
İzi, tozu yatır daşımda.
*****
Soyuq qış ayımsan, qarım tək,
Kamanım, yayımsan, tarım tək.
Qamətim boyumsan, varım tək,
Cavanlıq duyulur yaşımda.
*****
Əli Vahidəm, adım, sanım var,
Damarımda axan qanım var.
Həsrətinə dözən canım var,
Həmişə yaşar yaddaşımda.
*****
PS:- Bir baharam
çağlaram,
Çəmən üstə
ağlaram.
Mənə yetim
deməyin,
Sinələri
dağlaram...
Ə.V.Çaylı
YURDUM
Səni ucuz tuta bilmərəm,
Əməyin böyükdü qarşımda.
Heç zaman unuda bilmərəm,
Bəlalar olsada başımda.
*****
Boğazım yad tikə ötürməz,
Bağlarım gül, çiçək bitirməz.
Uşaqlıq çağlarım itirməz,
Dadın, tamın qalıb aşımda.
*****
Körpəli dünyamın izisən,
Quşların nəğməli səsisən.
Cana can verən nəfəsisən,
İzi, tozu yatır daşımda.
*****
Soyuq qış ayımsan, qarım tək,
Kamanım, yayımsan, tarım tək.
Qamətim boyumsan, varım tək,
Cavanlıq duyulur yaşımda.
*****
Əli Vahidəm, adım, sanım var,
Damarımda axan qanım var.
Həsrətinə dözən canım var,
Həmişə yaşar yaddaşımda.
*****
PS:- Bir baharam
çağlaram,
Çəmən üstə
ağlaram.
Mənə yetim
deməyin,
Sinələri
dağlaram...
Ə.V.Çaylı
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













