Xəbərlər
4.07.2026, 22:57
Əzizə Ağahüseynqızı : ÜRƏYİMİN QARA QUTUSU - FOTO
Dünən dostlar günüydü,
Açdım ürəyimin süfrəsini.
Çırpdım ürəyimin
dostlar qonan budağını.
Saydım dostlarımın cəmini.
Əl vurmamış kal tut təkin töküləni də oldu,
qalanı da.
Ürəyimə girib ürəyimin oduyla bişəni də oldu,
Yananı da.
Çırpdım dönə - dönə ürəyimin budağını.
Ömürlük qalanları, gedəni də oldu.
Beş günlük qalıb, mənzil başına yetməyən yolçular kimi itəni, batanı da oldu.
Əhdinə xilaf çıxıb, üzü dönənlər də,
Qaranlıqda əriyib şam kimi sönənlər də oldu...
Ruhumu əzib talayanlar,
Cismimi oda qalayanlar da vardı bunların içində.
Bezdim, doydum mənə əzab verən “dostlar”ın əlindən.
Adının üstündən birdəfəlik xətt çəkib əl üzdüklərim,
Qəlbimə əbədi hörduklərim də oldu bunların arasında.
İşdi, bir gün ömrum qəzaya uğrasa,
Açıb baxarsınız ürəyimin qara qutusuna.
Orada, qara qutuda nədən
qəzaya uğradıqlarının səbəbini biləcəksiniz.
O siyahıda kimlərin olduğunu
bilmək üçün qara qutunu nəbadə itirəsiniz!
31.08.2024

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay