İyulun 4-də Milli Kitabxanada Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevin 70 illik yubileyinə həsr olunmuş “Əliqismət Lalayev - 70” adlı virtual və “Əməkdar incəsənət xadimi Əliqismət Lalayev” adlı ənənəvi kitab sərgiləri istifadəçilərə təqdim olunub.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgilərdə Əməkdar incəsənət xadimi, teatrşünas Əliqismət Lalayevin həyat və yaradıcılığından, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrındakı fəaliyyətindən, səhnədə canlandırdığı obrazlardan, quruluş verdiyi tamaşalardan, teatr mühitinə gətirdiyi yeniliklərdən, qazandığı uğurlardan bəhs edilən ədəbiyyatlar, dövri mətbuatda və məcmuələrdə çıxan məqalələr nümayiş olunur.

Əliqismət Hümmət oğlu Lalayev 1956-cı il iyulun 4-də Salyan rayonunda anadan olub. Əmək fəaliyyətinə 1972-ci ildə başlayan Əliqismət Lalayev ilk müstəqil addımlarını mədəniyyət sahəsində atıb, əvvəl klub müdiri işləyib, daha sonra isə Salyan rayon "Qələbə" qəzetində korrektor vəzifəsində çalışıb.

O, 1975-1980-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsinə daxil olub. İnstitutu fərqlənmə diplomu ilə bitirərək, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin xüsusi təyinatı ilə Naxçıvan Muxtar Respublikasına göndərilib, 1988-ci ilədək Naxçıvan Dövlət Musiqili Dram Teatrında rejissor kimi fəaliyyətini davam etdirib.

1993-cü ilin sentyabrından M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktor müavini vəzifəsinə dəvət olunan Əliqismət Lalayev sonralar Mədəniyyət Nazirliyində daha məsul vəzifələrdə çalışıb. Əliqismət Lalayev 2008-2025-ci illər ərzində Dövlət Musiqili Komediya Teatrının direktoru vəzifəsini icra edib. O, Azərbaycan Jurnalistlər Birliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvüdür. Əliqismət Lalayev Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin Mədəniyyət və İncəsənət departamentinin direktoru, Türk Dünyası Ağsaqalları Birliyi İdarə Heyətinin üzvüdür. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosentdir.

Milli mədəniyyətimizin inkişafında xidmətlərinə görə Naxçıvan MR-in Əməkdar İncəsənət xadimi (1986), Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi (2016), Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri mədəniyyət işçisi" (2016) fəxri adlarına layiq görülüb.

Teatr ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanan N.Qoqolun "Evlənmə" (2011) tamaşası və Ü.Hacıbəylinin "O olmasın, bu olsun" komediyasına görə “Zirvə” mükafatına layiq görülüb.

Milli teatr sənəti sahəsindəki uğurlarına görə 2012-ci ilin may ayında "Yaxşıların yaxşısı" Milli Mükafatına layiq görülmüş Əliqismət Lalayev, teatrın Vətənimizin hüdudlarından kənarda tanınması üçün də böyük layihələr həyata keçirib.

Son xəbərlər

Yeni tədris ili üzrə 44 mindən çox uşaq bağçalara qəbul olub

Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar - YENİLƏNİB

Direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayıb

Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə "ABB Davr" Bank layihəsinin açılışı olub

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar

Arvadı intihar deyirdi, polis qətl olduğunu müəyyən etdi

Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir

ƏZİZƏ AĞAHÜSEYNQIZI : Sürəti gözümdə bitən qardaşım - FOTO

Şəki sakinləri Bakıda dənizdə batdılar

KİMİ ALDADIRSAN, AY ZALIM OĞLU?

Prezidentlə xanımı İsmayıl Samani türbəsi ilə tanış oldu

Tarixin ən böyük maliyyə hücumu - “Dan yeri söküləndə...”

Qaraciyəri fibroz və sirrozdan qoruyan möcüzəvi içki

İmişlidə toyda faciə - 25 yaşlı oğlan qəfil öldü

UKMTO: Səudiyyə Ərəbistanı sahillərində tanker vurulub

Hikmət Hacıyev Buxaradan paylaşım edib

İlham Əliyev Volodimir Zelenskini Ukraynanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib

Bu il 111 minə yaxın pensiya, müavinət və təqaüd təyinatı proaktiv qaydada verilib

AVRO-2026: Azərbaycanın qadın voleybolçuları bu gün Rumıniya ilə qarşılaşacaq

Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb

"Mossad" rəhbəri nazirlə gizli şəkildə görüşdü - SƏBƏB

Bu məhsulları dondurucuda saxlamayın

Super Liqa: “Beşiktaş” məğlub olub, “Trabzonspor” evində 3 xal qazanıb

Şəmkir və Qəbələ şəhid ailələri bir arada - FOTOLAR

40 dərəcə isti olacaq - Həftənin ilk iş gününün HAVASI

“Sən Allahınla ol, Allah özü sənin işini düzəldəcək...”

"Odisseya" rekord qırdı

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31