Azərbaycanda minlərlə vətəndaş pensiya yaşına çatmasına baxmayaraq, az sığorta stajı səbəbindən yaşa görə əmək pensiyası deyil, sosial müavinət alır. Bəzi hallarda vətəndaşların 25 illik sığorta stajının tamamlanmasına cəmi bir neçə ay qalır.

Pensiya yaşına çatdıqdan sonra sosial müavinət alan şəxs sonradan işləyərək tələb olunan 25 illik stajı tamamlayarsa, ona yaşa görə əmək pensiyası təyin edilə bilərmi? Bu proses necə tənzimlənir?

"Unikal" xəbər veri ki, Globalinfo.az-a danışan iqtisadçı, deputat Vüqar Bayramov vətəndaşın hansı halda əmək pensiyası ala biləcəyini açıqlayıb:

“Mövcud qanunvericiliyə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün vətəndaşın ya azı 25 il sığorta stajına, ya da qanunvericiliklə müəyyən edilmiş minimum pensiya kapitalına malik olması tələb olunur. Minimum pensiya kapitalı minimum aylıq əmək pensiyasının məbləğinin 144-ə vurulması ilə hesablanır.

Bu göstərici pensiya təyin edilərkən tətbiq olunan qanunvericilik normalarına əsaslanır. Beləliklə, vətəndaşın 25 il sığorta stajı və ya tələb olunan minimum pensiya kapitalı olduqda, onun yaşa görə əmək pensiyası almaq hüququ yaranır”.

V.Bayramovun sözlərinə görə, praktikada elə hallar olur ki, vətəndaşın əmək pensiyası almaq üçün tələb olunan sığorta stajına cəmi bir neçə ay və ya bir il çatmır:

“Bu səbəbdən o, yaşa görə əmək pensiyası hüququndan məhrum olur və yalnız digər sosial təminat mexanizmlərindən yararlana bilir. Bu isə bir çox hallarda vətəndaşların sosial müdafiəsi baxımından arzuolunan nəticə vermir. Bu baxımdan təklifimiz ondan ibarətdir ki, belə hallar qanunvericilikdə xüsusi istisna kimi nəzərə alınsın. Tələb olunan minimum staja çox az müddəti çatmayan vətəndaşlar üçün pensiyanın hesablanması və təyin olunması üzrə ayrıca mexanizm müəyyən edilsin. Bu yanaşma həmin şəxslərin yaşa görə məhz əmək pensiyası almaq hüququ əldə etməsinə imkan yaradar”.

Vüqar Bayramov hesab edir ki, bu istiqamətdə qanunvericiliyə dəyişiklik edilməsi və təkliflərin qiymətləndirilməsi məqsədəuyğun olardı:

“Belə bir yanaşma, xüsusilə də minimum tələb olunan sığorta stajına çox yaxın müddətdə stajı olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə və sosial ədalətin daha dolğun təmin edilməsinə xidmət edər”.

Son xəbərlər

Prezident İlham Əliyev "Sabah"ı təbrik edib

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ötən ili mənfəətlə başa vurub

Bu gün Laçın Şəhəri Günüdür

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Laçın şəhərinin Azərbaycanın nəzarətinə keçməsinin ildönümüdür

Məşhur amerikalı müğənni Dolli Parton dünyasını dəyişib

Bu gün Laçın Şəhəri Günü təntənə ilə qeyd ediləcək

Prezidentin Təhlükəsizlik Xidmətinə işə düzəldəcəyini deyib, dələduzluq edirmiş

610 bal topladı, universitetə qəbul olmadı

“Dünyanın ən xoşbəxt baş məşqçisiyəm” - Dambrauskas

"Sabah"a məğlub olan İsrail klubunun baş məşqçisindən AÇIQLAMA

Bakıya təcili eniş üçün icazə istədilər

İNSANIN YAXŞILIĞA ÇEVRİLƏN İZİ

XEYİRXAHLIĞIN İŞIĞI

“Gönül Dağı” serialında böyük dəyişiklik

Birinci vitse-prezidenti təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

Bütün paylaşımlarını silib 5 il öncəki bu fotosunu saxladı

QAZİLİK – VƏTƏNƏ XİDMƏTİN ŞƏRƏFLİ ADI

FHN-in əməkdaşları dənizdə batma təhlükəsi ilə üzləşən 1 nəfəri xilas edib

Sənubər Səhər : Həyat bizi yaşadır, yoxsa biz həyatı qururuq?

Abbas Əli oğlu Bağırovun 55 illik yubileyidir

Təxəyyülün rənglərində yaşayan sənət - FOTO

"Tasnim": Asim Munir danışıqlar üçün imkanların genişləndirilməsinə çalışıb

İran Hörmüz boğazı ilə bağlı şərtlərini açıqlayıb

Özbək şirkətləri Bakı sərgilərində fəallığını artırır

Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31