
Xəbərlər
4.07.2026, 01:19
ŞƏHLA XƏLİLQIZI : KİMİ - FOTO
Qəlb evim haçalanmış,
Yarılıb dağlar kimi,
Ümüdlərim talanıb.
Viranə bağlar kimi.
Fələk qəmdən don biçdi,
Ömür əzabla keçdi,
Acılar məni seçdi,
Dolaşmış bağlar kimi.
İçimdə qürbət oldum,
Xiffət çəkərək soldum,
Sirli qəlbdə daş oldum,
Nişangah oxlar kimi.
Od qalandı gözümdə,
İradəsiz dözüm də,
Biixtiyar özüm də,
İtirəm yoxlar kimi.
Şəhla nalə çəkərək,
Qəm üstə qəm əkərək,
Dərd çəkdikcə bitərək,
Yarıldı dağlar kimi.

Yarılıb dağlar kimi,
Ümüdlərim talanıb.
Viranə bağlar kimi.
Fələk qəmdən don biçdi,
Ömür əzabla keçdi,
Acılar məni seçdi,
Dolaşmış bağlar kimi.
İçimdə qürbət oldum,
Xiffət çəkərək soldum,
Sirli qəlbdə daş oldum,
Nişangah oxlar kimi.
Od qalandı gözümdə,
İradəsiz dözüm də,
Biixtiyar özüm də,
İtirəm yoxlar kimi.
Şəhla nalə çəkərək,
Qəm üstə qəm əkərək,
Dərd çəkdikcə bitərək,
Yarıldı dağlar kimi.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












