Xəbərlər
30.06.2026, 00:09
Xoş günümün memarları - FOTO
Təranə Cəbiyeva
Yazıçı-publisist
İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində keçirilən ömrümün 60 illik yubileyi və "Babadağa baxan ellər–2" kitabımın təqdimat mərasimi həyatımın ən yaddaqalan günlərindən biri kimi yaddaşıma həkk olundu. Bu tədbir mənim üçün sadəcə yubiley gecəsi deyildi. Bu, uzun illər ərzində gördüyüm araşdırma işlərinə, yaradıcılığıma, doğma yurda və milli-mənəvi dəyərlərimizə bağlılığıma göstərilən ehtiramın ifadəsi idi.

Bu əlamətdar günün ərsəyə gəlməsində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Prezidenti, Milli Məclisin deputatı Novruz Aslanovun xüsusi xidmətləri oldu. Onun ziyalı əməyinə, kitaba və müəllifə göstərdiyi diqqət, mənəvi dəstəyi və səmimi münasibəti bu tədbirə xüsusi məna qazandırdı. Tədbir zamanı mənə təqdim etdiyi diplom və qiymətli hədiyyəni ömrümün ən dəyərli mənəvi təltiflərindən biri hesab edirəm. Mən bunu təkcə bir mükafat deyil, həm də uzun illər ərzində apardığım araşdırmalara, publisistik fəaliyyətimə və doğma yurdumuzun tarixinin, etnoqrafiyasının və folklorunun öyrənilməsi istiqamətində gördüyüm işlərə verilən yüksək qiymət kimi qəbul etdim. Novruz müəllimin ziyalı əməyinə verdiyi dəyər və göstərdiyi qayğı qəlbimdə həmişə minnətdarlıq hissi ilə yaşayacaq.
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın Əməkdar İncəsənət xadimi, "Şöhrət" ordenli şair Baba Vəziroğlu da tədbirdə çıxış edərək öz ürək sözlərini və səmimi təbrikini söylədi. Çağdaş ədəbiyyatımızın bu cür görkəmli nümayəndəsinin biz yazarlara mənəvi dəstəyi gənc yazarlar üçün bir stimuldur. Baba Vəziroğlunun təbriki də mənim qəlbimdə hər zaman minnətdarlıq hissi ilə qalacaq.

Sonra isə səmimi minnətdarlığımı İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Nəsimi Teymurova bildirmək istəyirəm. Tədbirə göstərdiyi diqqət və qayğı, yaradıcılığıma, doğma yurdumuzun tarixi, etnoqrafiyası və mədəni irsi ilə bağlı apardığım araşdırmalara verdiyi yüksək qiymət mənim üçün olduqca dəyərli idi.
Nəsimi müəllim tədbirdə çıxış edərək fəaliyyətim, yaradıcılıq yolum və rayonumuzun tarixi-mədəni irsinin araşdırılması istiqamətində gördüyüm işlər barədə xoş fikirlər səsləndirdi. Tədbirin ən yaddaqalan anlarından biri də İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanının və qiymətli hədiyyəsinin mənə təqdim olunması oldu. Bu diqqəti yaradıcılığıma, araşdırmalarıma və uzun illər ərzində gördüyüm işlərə verilən yüksək qiymət kimi qəbul edirəm. Bu yüksək ehtirama görə Nəsimi müəllimə səmimi təşəkkürümü bildirirəm.

Bu gözəl günün ərsəyə gəlməsində yaradıcı əməyi ilə seçilən insanlardan biri də "Babadağa baxan ellər–2" kitabımın redaktoru, "Azərbaycan" qəzetinin əməkdaşı Daşdəmir Əjdəroğlu oldu. Onun peşəkar redaktəsi, sözə sonsuz ehtiramı, dəyərli məsləhətləri və yaradıcı baxışı kitabın daha sanballı şəkildə oxuculara təqdim olunmasına mühüm töhfə verdi. Əsl redaktor müəllifin fikrini qoruyaraq onu daha da cilalayır. Daşdəmir müəllim də bu məsuliyyətli missiyanı yüksək peşəkarlıqla yerinə yetirdi.
Uzun illərdir bütün kitablarımın bədii tərtibatını böyük zövq və peşəkarlıqla hazırlayan "Azərbaycan" qəzetinin əməkdaşı Dönməz Abbasovun da adını xüsusi ehtiramla qeyd edirəm. Kitab oxucu ilə ilk dəfə üz qabığı vasitəsilə görüşür. Dönməz müəllimin yaratdığı bədii tərtibatlar kitablarımın ruhunu, mövzusunu və estetik gözəlliyini oxucuya ilk baxışdan hiss etdirən sənət nümunələridir. Bu yaradıcı əməkdaşlığımıza görə ona səmimi təşəkkürümü bildirirəm.

Tədbirin təşkil olunmasında və yüksək səviyyədə həyata keçirilməsində mənəvi qardaşım, xüsusilə, "Neft Daşları" qəzetinin baş redaktoru Bəhruz Məmmədovun xidmətləri isə xüsusi vurğulanmalıdır. O, bu tədbirin gerçəkləşməsi üçün böyük zəhmət çəkdi, təşkilati işlərin hər mərhələsində fəal iştirak etdi, hər an mənə mənəvi dayaq oldu. Belə dostluq və sədaqət illərlə qazanılır. Mən Bəhruz müəllimin əməyini, qayğısını və səmimi münasibətini yüksək qiymətləndirir, ona sonsuz minnətdarlığımı bildirirəm. Təşkilatçılıq işlərində dostum, qardaşım Xeyrulla Ağayevin də danılmaz zəhməti olmuşdur. Xeyrulla qardaşıma da təşəkkürümü bildirirəm.
İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Teymur Əziz İsmayıllıya da xüsusi minnətdarlığımı bildirirəm. Onun rəhbərliyi, diqqəti və qayğısı tədbirin hər anında hiss olunurdu. Teymur müəllim təkcə bacarıqlı rəhbər deyil, həm də gözəl xanəndədir. Onun ecazkar və həzin səsi ilə ifa etdiyi muğamlar və xalq mahnıları yubiley gecəsinə xüsusi ovqat, milli ruh və mənəvi zənginlik bəxş etdi. Fürsətdən istifadə edərək Teymur müəllimi doğum günü münasibətilə bir daha ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, ailə səadəti və yeni yaradıcılıq uğurları arzulayıram.
Səmimi təşəkkürlərimi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin İsmayıllı rayon üzrə nümayəndəsi Nilufər Mürsəliyevaya da ünvanlayıram. Onun diqqəti, təşkilatçılığı və mədəniyyətə olan sevgisi tədbirin yüksək səviyyədə keçirilməsində mühüm rol oynadı.
Tədbirin bədii quruluşunda İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin rejissoru Tofiq Babazadənin əməyi xüsusi qeyd olunmalıdır. Tədbirin peşəkar şəkildə hazırlanması və idarə olunması onun zəhmətinin nəticəsi idi.
Hazırlıq işlərində böyük zəhmət çəkən insanlardan biri də rejissor köməkçisi Esmira Əlişova idi. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, yaradıcılıq gecəmin keçirilməsi ideyası hələ beş il əvvəl məhz Esmira xanım tərəfindən irəli sürülmüşdü. Lakin ailəmizdə baş verən ardıcıl yas mərasimləri bu arzunun həyata keçirilməsinə imkan verməmişdi. İllər sonra həmin gözəl niyyətin gerçəkləşməsi mənim üçün taleyin bəxş etdiyi ən qiymətli hədiyyələrdən birinə çevrildi. Bu diqqətinə, sədaqətinə və zəhmətinə görə Esmira xanıma ürəkdən təşəkkür edirəm.
Tədbirin səhnə tərtibatında isə Gülşən Adilovanın zövqü və yaradıcılığı xüsusi hiss olunurdu. Onun hazırladığı səhnə tərtibatı gecənin ruhunu tamamlayır, tədbirə xüsusi gözəllik və estetik görünüş bəxş edirdi.
Yubiley gecəmin yüksək səviyyədə keçməsində aparıcılar Məhəbbət Etibarlı və Azər Babayevin də xüsusi əməyi oldu. Onların yüksək nitq mədəniyyəti, peşəkar təqdimatı, səmimi ünsiyyəti və tədbiri böyük ustalıqla aparmaları gecəyə xüsusi ahəng və rəvanlıq bəxş etdi. Hər iki aparıcının tədbirin ruhuna uyğun çıxışları yubiley gecəsinin yaddaqalan anlarından oldu. Onlara göstərdikləri diqqətə və peşəkarlıqlarına görə ürəkdən təşəkkür edir, fəaliyyətlərində yeni uğurlar arzulayıram.
Yubiley gecəmin bədii hissəsini unudulmaz edən dəyərli sənət adamlarına da səmimi minnətdarlığımı bildirirəm. Azərbaycanın tanınmış müğənnisi, Əməkdar mədəniyyət işçisi, "Tərəqqi" medallı Sahibə Abdullayeva milli geyimdə səhnəyə çıxaraq ecazkar ifası ilə tədbirə xüsusi milli ruh və mənəvi zənginlik gətirdi. Onun məlahətli səsi, ifa etdiyi muğamlar və xalq mahnıları qonaqların qəlbində dərin təəssürat yaratdı.
Dəyərli sənətkarlar İsmayıl Abbasov, Aşıq Elman, Sevil İsmayıllı, İsmət İsmayıllı və Elxan Osmanlı da biri-birindən gözəl ifaları ilə yubiley gecəmə xüsusi rəng qatdılar. Onların ifaları tədbirin bədii dəyərini daha da yüksəltdi, qonaqlara xoş anlar yaşatdı və gecənin yaddaşlarda silinməz iz qoymasına öz töhfəsini verdi.
Bu dəyərli sənət adamlarının hər birinə yubiley tədbirimə bəxş etdikləri sənət bayramına, səmimi münasibətlərinə və yaşatdıqları unudulmaz duyğulara görə ürəkdən təşəkkür edir, onlara möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları və bol alqışlar arzulayıram.
Bu yubiley gecəsi mənim üçün sadəcə bir tədbir deyildi. Bu gün ömür yoluma, yaradıcılığıma, doğma yurduma, araşdırmalarıma və qələmə aldığım əsərlərə verilən dəyərin təcəssümü idi. Həmin gün səslənən xoş sözlər, təqdim olunan mükafatlar, ifa olunan musiqilər və göstərilən diqqət qəlbimdə silinməz izlər buraxdı.
Bu gün həmin gecəni xatırlayarkən bir daha anlayıram ki, insan ömrünün ən böyük sərvəti qazandığı hörmət, etimad və ətrafında olan xeyirxah insanların sevgisidir. Mənə bu sevinci yaşadan, bu xoş günü ərsəyə gətirən hər kəsə sonsuz minnətdarlığımı bildirirəm.
Xoş günümün memarlarını hər zaman ehtiram, hörmət və minnətdarlıq hissi ilə xatırlayacağam.
Yazıçı-publisist
Həyat bəzən bir günün içərisinə illərin sevincini, həsrətini, zəhmətini və duyğularını sığışdıra bilir. Elə günlər olur ki, onlar təqvimdə bir tarix kimi deyil, insanın yaddaşında bir ömür boyu yaşayan işıqlı xatirə kimi qalır. Mənim üçün yubiley və yaradıcılıq gecəm də belə günlərdən biri oldu. O günün işığını yaradan, ona mənəvi gözəllik bəxş edən insanları minnətdarlıqla xatırlamaq mənim üçün həm mənəvi borc, həm də qəlbimin ən səmimi istəyidir.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay