LİLPAR CƏMŞİDQIZI.

44 günlük Vətən müharibəsində qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalan Quliyev Şəhriyar Nəsib oğlunun, may ayının 25- də cənnətdəki mövlud günüdü. Ruhu şad olsun. Amin!
Anası Xalidə xanımın dilindən

QƏZƏL
Doğulandan nə qədər arzuların kəm qaldı,
Verdiyin dərdü kədər yarına həmdəm qaldı.

Şəhriyar, keçdi, balam, körpəliyin Ağdamda,
Yığılıb qəlbimə çox xatirələr cəm qaldı.

Təndirim söndü, dəyirmanda unum tozlandı,
Mənzilim bağlı,o gündən dolu nehrəm qaldı.

Qoydu köçkünlük o dəm yolda ömür karvanın,
Köksü sakinsiz olan el-oba sərsəm qaldı.

Can verən torpaq üçün yatdı Vətən köksündə,
Şuşa ismində olan bir qala möhkəm qaldı.

Neçə pərvanələrin ömrü solub küllərdə,
Ağlayan çox Ana qəlbində yanan şəm qaldı.

Qara daşdan,ay oğul,heç oğul olmaz,billəm,
Çəkdiyim zillətin üstündədi şəbnəm,qaldı.

Qəhrəmanlar yaşayır,ölmədi heç aləmdə,
Şəhidin ismi könüllərdədi,hər dəm,qaldı.

Şəhriyar,doğmaların köksünə bir dağ çəkdin,
Sənin övladın,oğul,yarəmə məlhəm qaldı.

Ağrıyan qəlbimi dərdin dağı hey incitdi,
Gözümün yaşı töküldükcə üzüm nəm qaldı.

Anatək layla desin ruhuna şair Lilpar,
Ağlayan Xalidəyəm,bəslədiyim qəm qaldı.

Son xəbərlər

İNSAN GÜNDÜZ DÜNYANI, GECƏ İSƏ ÖZÜNÜ TANIYIR - FOTO

Mehin Hümbətovanın ölkədən çıxışına qadağa qoyuldu

Gələn həftə Vaqif Poeziya Günləri keçiriləcək

Futbol akademiyalarında təhsil məsələlərinə məsul şəxslərlə görüş keçirilib

Azərbaycan XİN Cənubi Sudanı təbrik edib

Əsl yay havası başlayır: Sabah 37 dərəcə isti olacaq - PROQNOZ

Hər 5 nəfərdən biri xərçəngə tutulacaq - ÜST-dən xəbərdarlıq

Xameneinin cənazəsi Məşhədə aparıldı

Bonni Tayler vəfat etdi

Qəzəlsayağı şeir - FOTO

TUBU İMANOVA : ANANIN YAŞI OLMUR - FOTO

“Işıl”ın ölüm səbəbi açıqlandı

Şahzadədən boşanıb tiktokerlə evləndi - Fotolar

Yeni layihəsi bəlli oldu

Ərdoğanın hədiyyə etdiyi bahalı tapançaları - Özləri ilə apara bilmədilər

Sabah 37 dərəcə isti olacaq

HƏSƏNXAN ƏSƏD : Sənətin məğrur qadını - FOTO

Paşinyan iyulun sonuna qədər məzuniyyətə çıxır

Azərbaycanda turizm haqqında yeni qanun layihəsi hazırlanıb

Zəngəzur dəhlizi ilə bağlı sənədlər hazırlanır - Nazir

Rusiyanın zərbələri nəticəsində Zaporojye vilayətində 8 nəfər yaralanıb

Azərbaycan neftinin qiyməti 82 dolları keçib

Bu gün Azərbaycanda Diplomatiya Günüdür

Kadırov prezident postuna namizədliyini rəsmiləşdirdi

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Avropa çempionatını 5 medalla başa vurub

Hacıməmməd Məmmədov : Özü və ətrafı safdır - FOTO

Estoniya Rusiyaya nota verdi

Həyatımda ilk kəs Lerikdə oldum-gözəl Lerikdə!

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031