Xəbərlər
9.07.2026, 00:51
Hacıməmməd Məmmədov : Özü və ətrafı safdır - FOTO
İsmayıllının fəxr etməli övladları çoxdur. İsmayıllıda həmişə qarşılıqlı anlaşma mövcud olub.
İsmayıllı torpağının yetirdiyi istedadlı şəxsiyyətlər Azərbaycanın sərvətidir. Hər zaman olduğu kimi bu gün də İsmayıllıda yeni, istedadlı, müasir təfəkkürə malik gənc nəsil yetişir. Həyat məktəbinə gənc yaşlarından atılan Namiq Hafiz oğlu Kərimov yaradıcı,zövqlü, dövlətə sədaqətli, işini sevəndir.
Dünyaya 9 iyul 1986-cı ildə ziyalı ailəsində göz açan Namiq Kərimovun atası Hafiz müəllim rayonun ictimai-siyasi həyatında həmişə öndə gedən dövlət adamı olmuşdur. Hafiz müəllim təhsil işçiləri, ümumiyyətlə bütün rayon camaatı arasında xüsusi hörmət qazanan ziyalılarımızdandır. El-oba qədrini bilən, çoxlarına kömək edən insandır. Onu hamı sevir, qəlbən istəyir. Bu ad çoxlarına inam yeri olub. Bu nəsil şəcərəsndə üç övlad böyüdüb. Üçü də ali təhsillidir. Pərviz universitetin xarici dil fakultəsini bitirib. Bakı şəhərində kurs rəhbəridir. Namiq Prezident Yanında İdarəçilik Akademiyasını bitirərək İsmayıllı rayon İcra Hakimiyyətində müxtəlif vəzifələrdə çalışmış, hazırda 89 saylı İsmayıllı Dairə Seçki Komissiyasının sədri vəzifəsini icra edir. Pərvin ali təhsilli müəllimdir.
Bu kiçik yazıda isə Namiq Hafiz oğlu Kərimov haqqında bildiklərimizi oxuculrla bölüşəcəyik.
Kərimovlar ailəsi ata-babadan torpağına, vətəninə qırılmaz tellərlə bağlı insan olublar. Namiq də zəhmətsevərliyi ilə fərqlənən eloğludur. Universitetdə oxuduğu müddətdə o, tələbə yoldaşlarından həm yüksək savadı, həm də zəhmətkeşliyi ilə seçilib. O zamanlar böyük hörmət sahibi olub. Elə bu hörmət onu gənc yaşlarından müxtəlif vəzifələrdə çalışmasına səbəb olub.
Namiq Kərimov xoş sözlü, xeyir əməlli, dili şirin, mehriban rəhbərdir. Etibarli, istiqanldır. Hətayı sevən, insana yüksək dəyər verən vətəndaşdır. Onun çalışdığı sahə çox böyük dövlət əhəmiyyətli, siyasi və hüquqi cəhətdən məsul bir işdir. Seçki ölkədə ən mühüm fəaliyyət sahəsidir. Bu işdə sınanmış, təcrübəli, dövlətə sadiq, xalqı sevən, demokratik prinsipləri bilən ziylılar çalışır. Namiq Hafiz oğlu Kərimov da məhz belə xarakterli ziyalıdır. Özü , ətrafı safdır. İdarəçiliyi bilir, hörmətli, ləyaqətlidir. Hər sahədə gənclərə nümunədir. Biz də ona möhkəm can sağlığı, uğurlar arzulayırıq.
Elin hörmətini qazanan oğul,
El üçün alışan, yanan sağ olsun.
Eldə seviləsən, eldən seçilən,
Hörmətə layiqsən, üzün ağ olsun.
Çoxuna çox işdə olmusan kömək,
Başını ucaldıb çəkdiyin əmək.
Pisi kökü üstə qurutsun fələk,
Yaxşılar kök salıb, min budaq olsun.
Hacıyam, söz qoşdum adına, Namiq,
Halal çörəyinin dadına, Namiq.
Sinəndə ocaq var, oduna, Namiq,
Əkdiyin ağaclar barlı bağ olsun.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













