(Poema)

​Bir qərib gəzirmiş,
Dərdinə dərman.
Düşübmüş çöllərə,
Halı pərişan.
Gəlib çıxmışdı o, bizim dağlara,
Bir mehman olmuşdu bizim bağlara.
​Həyatdan əlini üzmüşdü qərib,
Mer - meyvə yeyərmiş dağlardan dərib.
Susuzluq çəkərkən onu lap dara,
Bir bulaq tapmaqçün çıxmış dağlara.
​Gəzib - dolanaraq yorulanda o,
Susuzluq içində qovrulanda o,
Bir bulaq görmüşdü, suyu dumduru.
Sönük gözlərinin artmışdı nuru.
Ehtiyat yığarmağçün o qərib suyu,
Orada qazmışdı kiçik bir quyu.
Doyunca içərmiş o şirin sudan,
Rahatlıq gələrmiş qəlbinə ondan.
Sonrada kötüyə başın dayarmış,
Yatıb, oradaca o yuxlayarmış.
***
​Halsızdı, xəstəydi, o bihuş idi,
Qanadı qırılmış qərib quş idi.
Özünə otlardan yemək seçərdi,
Sonra bulaqdakı sudan içərdi.
Ötərdi qəribin günləri belə,
Bilirdi ömrünü o verir yelə.
​Elləri düşəndə hərdən yadına,
Bayatı çatardı onun dadına.
Gözləri dolarmış, hey boşalarmış,
Qərib ürəyinə həsrət dolarmış.
Durub yana-yana oxuyardı o,
Qəmli bir hekayə toxuyardı o.
***
​Amansız dərdinə tapmayıb dəva,
Çıxmışdı dərdinə dərman tapmağa.
Beləcə gəzmişdi hər yanı qərib,
Eldən-obasından o, üz döndərib.
Təbiblər, loğmanlar aramışdı o,
Saçını yollarda daramışdı o.
​Fəqət tapmayınca dərdinə çara,
Dönmüşdü ümidsiz, yazıq, naçara.
Küsmüşdü hamıdan, bütün dünyadan,
Bir xəbər yox idi tərki-dünyadan.
Götürüb başını qaçmışdı qərib,
Başına min bəla açmışdı qərib.
​Ölüm gözləməyə səbri çatmamış,
Çıxmışdı yurdundan günəş batmamış;
Gecələr yatmamış, gündüz yatmamış.
Yollar qalmamışdı addım atmamış.
Meşələr keçmişdi, dağlar aşmışdı,
Çox yerlər gəzmişdi, çox dolaşmışdı.
​Gəlib yetişmişdi bizim dağlara,
Özbək oğlu hara, bu dağlar hara?
Kimsəsiz qəribdi, yoxdu kimsəsi,
Düşərmiş dağlara qəmli nəğməsi.
***
​Beləcə ay ötüb, il dolanarmış,
Qəribin halına ellər yanarmış.
O bulaq başını edərkən məskən,
Hər günü qəmli bir nağıl olarkən.
Ölümün yolunu o gözləyərkən,
Bir gözəl yaz günü, bir səhər erkən,
Görmüş ki, əhvalı xeyli düzəlmiş,
Ağrıyan canına təzə can gəlmiş.
​Ağrımır nə başı, nə də kürəyi,
Nə də əvvəlki tək əsmir ürəyi.
Dağlara çıxanda dizi ağrımır,
Nə əli - ayağı, gözü ağrımır.
​Oğlanın qəlbinə həyəcan gəlir,
Özünü necə də sağlam hiss edir!
Bir sehrli qüvvə onu hifz edib,
Azarı-bezarı canından gedib,
İnana bilmeyir qərib özünə.
Ağrılı keçmişi gəlir gözünə,
Kövrəlib uşaqtək ağlayır qərib,
Hamının qəlbini dağlayır qərib.
​Birbaşa həkimə yollanır ordan,
Bilsin ki, bəlkə də aldanıb oğlan.
Həkim dərin-dərin onu yoxlayıb,
Deyir: “Xəstəlikdən əsər qalmayıb”.
​İnana bilmeyir o yazıq oğlan,
Yəni doğrudurmu bu gün bu olan?
***
Qərq olub, bataraq o göz yaşına,
Qayıdır yenə də bulaq başına,
Çıxıb qarşısında burda hər kəsin,
Danışır hamıya öz hekayəsin.
​Deyir: “Nə möcüzə var sizin dağlarda,
Sizin bağçalarda, sizin bağlarda ?
Ümidsiz xəstəydim gələndə bura,
Tənha ölmək üçün çıxdım dağlara.
Hər gün dərib yedim təzə meyvələr,
Bulaqdan su içdim tezdən hər səhər.
Üzdü ürəyimi hey üzüntülər,
Bu işin sirrini deyin kim bilər?”
​Bu gün həkim dedi: “Sağalmışam mən,
Bərkiyib bir möhkəm dağ olmuşam mən”.
Nurani bir qoca gəldi qabağa,
Başladı aramla o danışmağa.
​Dedi: “Qulaq as sən mənə, ay oğlan,
Dərdindən yurdundan didərgin olan.
Əzəldən dərmandır dağın havası,
Səfalı çiçəyi, həm dağ lalası.
Sən axı içmisən bulaq suyundan,
Sənə şəfa gəlib bəlkə də ondan.
Bu bulaq, bax, sənin dərmanın olub,
Həyata bir dönüş fərmanın olub”.
​Bu sözlər yuxudan oyatdı onu,
Ağlatdı o qərib özbək oğlunu.
Dedi: “Bura olub özbək oylağı,
Mən adın qoyuram Özbək bulağı”.
***
​Keçibdi o vaxtdan gör neçə illər,
Hələ də adını yaşadır ellər.
Min dərdə dərmandır "Özbək bulağı".
De, kimlər olmayıb onun qonağı?


Son xəbərlər

Ən çox gəlir gətirən aktyor oldu

Tramp onların Ağ Evə girişini qadağan etdi

“Gəlin, sülh içində yaşayaq, yoxsa...” - Putin

"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı

Ukraynaya 3,3 milyard avro verəcəklər

SÖZÜN İŞIĞI, İNSANIN ÜRƏYİ

Qarabağdakı antiterror əməliyyatından 3 il ötür

Kubanın elektrik şəbəkəsi yenidən sıradan çıxıb

Nüsrət Kəsəmənli : “Yalançı dostlarım”

Süni intellekt kinonu əvəz edəcək? – Gələcəyin ssenarisi açıqlandı

Rusiya və Çin peyklərinə qarşı ABŞ-ın yeni silahı

Kosmosda saçlarını necə yuyurlar: Astronavt AÇIQLAYIR 10 0

Təbiət və müasir istirahət bir arada - Şamaxıda “Pirqulu Park” hoteli

Adilə Aslanova : ÜZEYİR — XALQIN RUHUNDAN GƏLƏN SƏS

Həbsinə heç kim inanmırdı... - 1 ildir içəridədir

Novruzəli Aslanov: “Mövcud reallıqlar regional təhlükəsizlik məsələlərinin Azərbaycan üçün nə qədər mühüm olduğunu aydın göstərir”

Bədən bu yaşdan sonra daha sürətlə qocalır?

Fərhad Əsgərov (Ramizoğlu) : QAYDALARA RİAYƏT EDİLMƏLİDİR

Sevda Məmmədzadə dünyasını dəyişdi

Putinə "müharibəni dayandır" deyən rejissoru "xarici agent" elan etdilər

Nobel mükafatının məbləği artırıldı

“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar”

‘’Ümumdunya İlk Yardım Günü’’ - FOTOLAR

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto

Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb

Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb

18 sentyabr – Milli Musiqi Günü: Üzeyir bəyin qoyduğu yol və milli musiqinin yeni mərhələsi

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930