Daşdəmir Əjdəroğlu: KEÇMİŞLƏ SABAH ARASINDA - FOTO
Dağın dağ dili var, torpağın torpaq dili. Çiçəyin, suyun, quşun, küləyin, yağışın öz dili var, amma həm də bunların hamısının öz dillərindən savayı bildiyi bir dil var. Onlarla qol-boyun olan insanların dili. Bəlkə də dağ, daş, çöl, çəmən, bulaq... var olduğu müddətcə öz dilindən savayı yalnız ilk tanı-dığı insanların dilini mənimsəyə bilir. Ona görə də qərib gəldiyi yurdda həmişə qərib olur, ona görə də hansısa yad bir yurdu qəsb edən həmişə orada yad olaraq qalır. Təbiət yadın, qəribin yad dilini, qərib lisanını öyrənə bilmir.
Bu fotoşəkildə bir yerə yığışmış insanlar - əməkdar jurnalist Şəmsiyyə xanım da, istedadlı jurnalist Təranə xanım da, incəqəlbli şair Elmira xanım da qələm, söz adamıdırlar. Ürəklərini qələmə boşaldan söz sahibidirlər. Və onlar dünyaya göz açandan dilini öyrəndikləri yerin-yurdun, dünyadan köçərək həmin yer-yurda qovuşmuş əziz, munis insanların taleyini yazırlar. O dili gələn nəsillər gərək unutmasınlar. Yazdıqlarımız keçmişlə sabah arasında körpü olsun. Bu yerlər qışda lal, dinməz olur, yazda, yayda, bir az da payızda bu yerlərin dağı, daşı, otu, çiçəyi, bulağı, çayı dilə gəlir, öz gözəllikəri ilə bura gələnləri ovsunlayır, cəlb edir. Bu yerlərin anlaşdıqları təkcə bizim dildir: kimlə dərdləşsin, zavallılar. Bəlkə tək o yerlərin quşlarıdır ki, dərdləriylə birgə yurdun azad səmtlərinə uçurlar, danışıb ürəklərini boşaldırlar. Bu yurdda bir neçə il əvvələdək özünün qələmi və sözü ilə təbiətin dilini bilən, çiçəyinin, çayının nazını çəkən dədə Musa Yaqub yaşayırdı. O yerlərdəki gülün, bulağın, qayanın, mamırın dilindən yazırdı, o ruh unudulmasın deyə yazırdı... İndi bu yerlər, bu çaylar, bu dağlar, bu çəmənliklər, bu ağaclar, bu çiçəklər, bir sözlə, vaxtilə qoynunda gəzib dolaşdığı təbiət dədəsiz qəribsəyib, darıxır, özlərini yalqız hesab edirlər... Çünki Dədədən çox onların dilini bilən yox idi və yoxdur!..
Daşdəmir Əjdəroğlu: KEÇMİŞLƏ SABAH ARASINDA - FOTO

Son xəbərlər

Rafinya “Barselona”nın mövsümün ilk 8 oyununda qol sayına görə rekordunu yeniləyib

Admiral Draqone: NATO-nun şərq cinahında mümkün münaqişəyə hazırıq

"Putinlə görüşəcəm və bunları həll edəcəm" - Paşinyan

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

YAXŞI Kİ VARSAN...

“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir

Prezident İlham Əliyevin sosial media hesablarında 20 Sentyabr – Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

BİR ÖMRÜN GÖZƏL BAŞLANĞICI - FOTOLAR

Mahaçqala hava limanında məhdudiyyətlər

Afiq Göyçəli : Danışanda çox danışma, çox dinlə ki, öyrənəsən! - FOTO

“Trabzonspor” “Qalatasaray”ı darmadağın etdi

Həsənxan Əsədov : Gəlin xalqımızın belə övladlarının dəyərin bilək və qiymətləndirək... - FOTO

Sentyabrın 19-u ürəklərdə əbədi yaşayan görkəmli alim, professor və nəcib insan Aida xanım İmanquliyevanın anım günüdür.

61 yaşlı Monika Belluççi görənləri şoka saldı - Foto

Ərdoğan ABŞ-yə səfər edəcək

Rauf İLYASOĞLU : 10 manatın da əvvəlki 10 manat olmadığı bir zamanda pensiyaçı necə yaşasın?

Saatı bir ev qiymətinədir

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Ağdam, Çəmənli : Quruyan çöllərim çəmən oldumu? - FOTO

Ürək üçün ən faydalı üç qida

Azərbaycan boksçuları Qazaxıstanda 3 medal qazanıblar

Diploma gedən yol qısalır: Azərbaycanda ali təhsilin müddəti 3 il olacaq?

Ağdabanın saz-söz ocağından dövlətçilik yoluna: Cavid Qurbanovun doğum gününə - FOTO

23 saat 43 dəqiqə: Suverenlik, separatizmin sonu və Cənubi Qafqazda yeni reallıqlar - ŞƏRH

Prezident bir qrup neft sənayesi işçisini təltif edib - SƏRƏNCAM

Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb - Fotolar

İran və Pakistan xarici işlər nazirləri telefonla danışıb

Lilpar Cəmşidqızı : Sənin səmadə, cənnətdədir ünvanın, Asim - FOTO

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930