Xəbərlər
13.05.2026, 00:02
Yeniyetmə güləşçilərimiz Avropa çempionatına üç medalla başlayıblar
Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-17 Avropa çempionatı davam edir.
"Turaztv.az" "Unikal" -a istinadən xəbər verir ki, ikinci yarış günündə yunan-Roma güləşi üzrə ilk medalçılar müəyyənləşib.
Ömər Salmanov (48 kq) finalda rusiyalı Artyom Tkaçenkoyla qarşılaşıb. Rəqibinə 1:5 hesabıyla məğlub olan güləşçi gümüş medalı boynundan asıb.
Qurban Məcnunov (55 kq) da həlledici görüşdə Rusiya təmsilçisi ilə üz-üzə gəlib. Edem Payziyevlə gərgin mübarizə şəraitində keçən qarşılaşmada minimal fərqlə (1:2) uduzan Qurban Avropa ikincisi olub.
Orxan Həbibli (65 kq) təsəlliverici görüşdə yunanıstanlı Dionisios Bulutidisə, bürünc medal uğrunda qarşılaşmada isə ukraynalı Oleksandr Venetsə 9:0 hesabıyla qalib gələrək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Beləliklə, millimiz ikinci yarış günündə 2 gümüş və 1 bürünc medal qazanıb.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay