
Xəbərlər
13.05.2026, 01:51
Bir qəmli nəğməyə dönərəm gülüm - FOTO
Vaqif Vüqar
Bənövşə qəlbinə həvəs olaram,
Cığırlar eşqini hara aparsa.
Başının üstündə Günəş olaram,
Buludlar hönkürüb nalə qoparsa
Deyərsən Vüqardır,
Vüqardır bu səs.
Baharı yaşatdın, qışı yaşatdın
Üstümüzə kədər seli axırsa.
İnsan adım,torpaq adım,quş adım
Hop- hop kimi bu dünyanı çağırsa,
Deyərsən Vüqardır,
Vüqardır bu səs.
Keçər oldum bu təpədən,bu dağdan
Yarım,mənə qara bağla,aği de.
Təbəssümün silinibsə dodaqdan,
Bir səs kimi göyəribsə gözdə şeh
Deyərsən Vuqardır,
Vüqardır bu səs.
Üfüqdən -üfüqə uçan quşam mən,
Sənin xəyalına qonaram gülüm.
Boylanıb illərin xatirəsindən,
Bir qəmli nəğməyə dönərəm gülüm
Deyərsən Vüqardır,
Vüqardır bu səs...
Bənövşə qəlbinə həvəs olaram,
Cığırlar eşqini hara aparsa.
Başının üstündə Günəş olaram,
Buludlar hönkürüb nalə qoparsa
Deyərsən Vüqardır,
Vüqardır bu səs.
Baharı yaşatdın, qışı yaşatdın
Üstümüzə kədər seli axırsa.
İnsan adım,torpaq adım,quş adım
Hop- hop kimi bu dünyanı çağırsa,
Deyərsən Vüqardır,
Vüqardır bu səs.
Keçər oldum bu təpədən,bu dağdan
Yarım,mənə qara bağla,aği de.
Təbəssümün silinibsə dodaqdan,
Bir səs kimi göyəribsə gözdə şeh
Deyərsən Vuqardır,
Vüqardır bu səs.
Üfüqdən -üfüqə uçan quşam mən,
Sənin xəyalına qonaram gülüm.
Boylanıb illərin xatirəsindən,
Bir qəmli nəğməyə dönərəm gülüm
Deyərsən Vüqardır,
Vüqardır bu səs...
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













