Cəmilə ÇİÇƏK: Bir yuvasız qərib quşam - FOTO
Bir yuvasız qərib quşam
Bir yuvasız qərib quşam,
Köçüb dağlar arasından.
O zamandan ayrılmışam,
Durnaların sırasından.
Yaradan var bizi görür,
Uçan sarayları hörür.
Qismətləri Allah verir,
Bütünündən, parasından.
Şeh içində nəmli Çiçək
Dərdlərimdi ləçək, ləçək.
Zülm eylədi bizə fələk,
Sağalmarıq yarasından.