QARAÇI QIZI
QARAÇI QIZI
Gəl açma falımı qaraçı qızı,
Yoxdur ki, mənimlə qərəzin, kinin?
Ovcumun içinə yazılan yazı,
Qaynar gözlərində əks edir sənin.

Bəxtim ürəyimtək gözə görünməz,
Bükmə taleyimi ağ yalanlara.
Dediyin səadət bizə görünməz,
Gülmə taleyinə ağlayanlara.

Çoxdan bu inamım gücündən düşüb,
Mənə nəğmə oxu, - bir təsəlli pay.
Köçəri quşların köçündən düşüb,
Qaraçı nəğməsi, bu qərib haray.

Oxu həzin-həzin, oxu kövrəlim,
Duyum həsrətini vətənsizlərin.
Oxu, qaraçı qız, inama gəlim,
Min sirr açarıdır nəmli gözlərin.

Ovcumun qəribə xəritəsindən,
Özünə yurd yeri soraqlayırsan?
Baxıb müəmmalı cizgilərə sən,
O qan yaddaşını varaqlayırsan.

Beləcə sovuşub neçə qış-bahar,
Kimdir öz ovcunda sənə yer verən?
Çoxları sözündən həqiqət umar,
Aldada-aldada aldanan da sən...

Kainat boydadır vətənin – qəlbin,
Ömürlük təsəllin nəğmələrindir.
Yalançı falların yeganə eybin,
Bəlkə də yeganə ümid yerindir.

Bu boyda dünyada qərib xalqının,
Oxu ən kədərli nəğmələrini.
Köçəri quşlara qaynayan qanın,
Sənə nişan verər əzəl yerini.

Demirəm oxşardır talelərimiz,
Doğmadır həsrətin, amma nə danım.
Tonqal başındakı görüş yerimiz,
Mənim Vətənimdir, odlar məkanım.

Bəxtim, taleyimdir gördüyün bu yurd,
Əyil bu torpaqdan bir ovuc götür.
Ulu babaların səsini eşir: -
Yurdu itənlərin taleyi itir!


Müzəffər Məzahim

QARAÇI QIZI

Son xəbərlər

Qurban bayramı və Müstəqillik günü ilə əlaqədar 5 gün ardıcıl qeyri-iş günü olacaq

Azərbaycan nefti 6 dollardan çox bahalaşıb

BİZİM TƏQVİM:30 apreldə baş vermiş tarixi hadisələr

Neft Akademiyasında törədilmiş terror aktından 17 il ötür

XTQ-nin yaradılmasından 27 il ötür

Enrike Çempionlar Liqası tarixində rekorda imza atdı

Türkiyədə 2 min il tarixi olan Afina heykəli tapıldı

Lukaşenkonun oğullarına 10 illik sanksiya tətbiq olundu

12 qurban, 17 illik hüzun...

"İstəyirsən övladın hamı kimi olsun" - Yüzbəyov autizmli uşaqlarından danışdı

SEVİNC YUNUSLU : Qorxma mən hələ ölmürəm.. - FOTO

CƏMİL ZƏBHULLAOĞLU : SABİRANƏ - FOTO

ADNA terrorundan 17 il ötür

İsveç vətəndaşlıq almaq üçün qaydaları sərtləşdirir

Niyə axşam uçuşlarından uzaq durmaq lazımdır? - Bələdçi izah edir

Sağlam olmayan münasibətlərin 4 əlaməti - Psixoloq xəbərdarlıq etdi

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb - FOTOLAR

"Kuruluş Osman"ın aktrisası "Delikanlı"da - FOTO

Kubilayın yeni layihəsi bəlli oldu - FOTOLAR

Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib

Kəmaləddin Heydərov Özbəkistanda səfərdə olub - VİDEO

Şahin Bağırov “Temu” bağlamalarının gecikmə səbəbini açıqladı

"Bloomberg": Pxenyanın nüvə başlıqlarının sayı ABŞ-nin müdafiə sistemini sıradan çıxara bilər

Mayda temperatur 32 dərəcəyədək yüksələcək - AYLIQ PROQNOZ

Azərbaycan və Maldiv adaları qarşılıqlı olaraq vizanı ləğv edib

"Bunun qarşısını ala bilmərik" - Rektor

Bakı metrosunda BEŞ GÜN iş rejimi dəyişəcək - TARİX AÇIQLANDI

Maliyyə Nazirliyində Aparat rəhbəri təyin olundu

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930