Xroniki yorğunluq, halsızlıq və səbəbsiz çəki artımı çox vaxt gündəlik stress və iş yükü ilə əlaqələndirilsə də, mütəxəssislər bu əlamətlərin daha ciddi sağlamlıq probleminin göstəricisi ola biləcəyini bildirir.

Bu simptomlar xüsusilə qalxanabənzər vəzi zədələyən Haşimoto xəstəliyinin erkən siqnalları arasında yer alır.

Türkiyəli terapevt Mehmet Çakır bildirib ki, uzun müddət davam edən halsızlıq və çəki artımı diqqətdən kənarda qalmamalıdır. Onun sözlərinə görə, immun sisteminin qalxanabənzər vəzə hücum etməsi nəticəsində yaranan Haşimoto xəstəliyi çox vaxt gizli şəkildə inkişaf edir və ciddi fəsadlara səbəb ola bilər.

Həkim qeyd edib ki, xəstələr əksər hallarda yorğunluq, üşümə və saç tökülməsi kimi əlamətləri gündəlik həyatın gərginliyi ilə əlaqələndirir. Halbuki bu şikayətlər xəstəliyin ilkin mərhələdə verdiyi siqnallar ola bilər.

Həmçinin vurğulayıb ki, Haşimoto xəstəliyi qadınlarda daha çox müşahidə olunur və bu fərq əsasən hormonal amillərlə bağlıdır.

Xəstəliyin əsas əlamətləri arasında davamlı halsızlıq, yuxululuq, səbəbsiz çəki artımı, soyuğa qarşı həssaslıq, dəri quruluğu, saç tökülməsi və diqqət dağınıqlığı yer alır.

Həkimlərin sözlərinə görə, Haşimoto sadə qan analizləri ilə aşkar edilə bilər. Xüsusilə ailəsində bu xəstəlik olan şəxslərə mütəmadi tibbi müayinədən keçmək tövsiyə olunur.

Qeyd edilir ki, xəstəliyin tam müalicəsi mümkün olmasa da, düzgün terapiya ilə nəzarətdə saxlamaq mümkündür. Ekspertlər balanslı qidalanma, stresin idarə olunması və müntəzəm fiziki aktivliyin xəstəliyin gedişinə müsbət təsir etdiyini bildirirlər.

Son xəbərlər

İran və Pakistan xarici işlər nazirləri telefonla danışıb

Lilpar Cəmşidqızı : Sənin səmadə, cənnətdədir ünvanın, Asim - FOTO

Dörd yaşında yarımçıq qalan ömür

Deputat: Dövlət Suverenliyi Günü dövlətçilik tariximizin ən qürurverici səhifələrindən biridir

Trampdan Rusiyaya qarşı sərt addım - İmzaladı

Elxas Comərd : AĞRIDAN DOĞAN ZƏFƏR - FOTO

Bakıda bu marşrut avtobuslarının yolu dəyişdirildi - Siyahı

MƏXFİ ƏMƏLİYYAT: SUVERENLİYƏ APARAN YOL

Bazar günü arabir yağış yağacaq

XİN Kitts və Nevis xalqını Milli Günü münasibətilə təbrik edib

Hasil Abbasov gənc xanıma vəzifə verdi - FOTO

Müəllimlərin işə qəbulu müsabiqəsindən sonra təxminən 3 minə yaxın vakant yer yaranıb

Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı - Fotolar

Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür

Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni, "Sabah" "İmişli"ni qəbul edir

WSJ: Konqresdə Pit Heqsetin Pentaqona rəhbərliyindən narazılıq artır

MURAD MƏHƏRRƏM : XƏSTƏ HALIMIN ŞEİRİ - FOTO

Ən çox gəlir gətirən aktyor oldu

Tramp onların Ağ Evə girişini qadağan etdi

“Gəlin, sülh içində yaşayaq, yoxsa...” - Putin

"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı

Ukraynaya 3,3 milyard avro verəcəklər

SÖZÜN İŞIĞI, İNSANIN ÜRƏYİ

Qarabağdakı antiterror əməliyyatından 3 il ötür

Kubanın elektrik şəbəkəsi yenidən sıradan çıxıb

Nüsrət Kəsəmənli : “Yalançı dostlarım”

Süni intellekt kinonu əvəz edəcək? – Gələcəyin ssenarisi açıqlandı

Rusiya və Çin peyklərinə qarşı ABŞ-ın yeni silahı

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930