Dırnaqların rəngi və toxumasındakı dəyişikliklər bəzən orqanizmdə gizli gedən sağlamlıq problemlərinin erkən əlaməti ola bilər.

AZƏRTAC Böyük Britaniyanın “The İndependent” nəşrinə istinadla xəbər verir ki, tibb üzrə mütəxəssis Miriam Mikickinin sözlərinə görə, davamlı rəng və forma dəyişikliklərinin qida çatışmazlığı, qan dövranı pozğunluğu və ya xroniki xəstəliklər barədə xəbərdarlıq siqnalı olması mümkündür.

Solğun və ya ağ görünən dırnaqlar anemiyaya, qaraciyər xəstəliyinə, dəmir və ürək çatışmazlığına işarə edə bilər. Bu vəziyyət yorğunluq, başgicəllənmə və nəfəs darlığı ilə müşayiət edilərsə, həkim müayinəsi tövsiyə olunur.

Ağ dırnaqların kənarlarının qaralması (“Terri dırnaqları”) qaraciyər xəstəliyi, diabet, böyrək və ürək çatışmazlığı ilə əlaqəli ola bilər. Yorğunluq və şişkinlik kimi əlamətlər olduqda, qan analizləri tələb edilir.

Dırnaqların saralması ən çox göbələk infeksiyaları nəticəsində baş verir. Lakin uzunmüddətli saralma xroniki tənəffüs xəstəlikləri, limfödem və diabetin göstəricisi ola bilər.

Mavi və ya bənövşəyi rəngdə dırnaqlar (“sianoz”) oksigen çatışmazlığına işarə edir. Bu dəyişikliyin KOAH astma və anadangəlmə ürək qüsurları kimi xəstəliklərlə bağlı olması mümkündür. Bu hal qəflətən yaranarsa, təcili tibbi yardım tələb edilir.

Dırnaqların çatlaması və parçalanması ətraf mühit təsirləri, əllərin tez-tez yuyulması, kimyəvi maddələr və qida çatışmazlıqları səbəbindən yarana bilər. Bu hal davamlı olduqda hipotiroidizm, anemiya və digər metabolik problemlər araşdırılmalıdır.

Mütəxəssislər bildirirlər ki, bir neçə dırnaq eyni vaxtda dəyişirsə və bu, digər simptomlarla müşayiət olunursa, vaxtında tibbi müayinə aparmaq vacibdir.

Son xəbərlər

Bir dost tanıyıram dostluğu dağlar qədər uca.

Rasional yanaşma qrup maraqlarına qarşı: Vaşinqton razılaşmaları ABŞ-Azərbaycan münasibətlərində yeni dövrün əsası kimi

Türkiyədə su xətti tunelində uçqun olub - 1 ölü, 1 yaralı var

Hikmət Hacıyev: İlham Əliyev müharibəni, həm də sülhü qazanıb

Ukrayna Qara dənizdəki "Sivaş" qazma qurğusunda Rusiya obyektlərini sıradan çıxarıb

Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib

Bazar günü Azərbaycanda 40 dərəcə isti olacaq

İmişlidə qəza - 3 nəfər xəsarət aldı

"Toppuş bacı"nın atası da vəfat etdi

Paşinyan İlham Əliyevə zəng etdi - Bu məsələlər müzakirə edildi

Sabirabadda məktəbli qızın meyiti tapıldı

Cəlilabadda "Nar Bağı" ailəvi-uşaq parkı... - FOTO

Misralarda zaman və insan.

Cəlilabadda iki həyətyanı sahə və tövlə yanıb

Rusiyanın iki neft emalı zavoduna dron hücumu olub, güclü yanğın başlayıb

Xocavənddə traktor minaya düşüb

Tarixi hadisələri zaman yaradır - Tarixi dönüşləri isə liderlər!

Dalaşanları ayırarkən öldürülən Azər vəkilin qardaşı imiş - Foto

“Odissey”i pulsuz izləmək istəyənlərə - Xəbərdarlıq

Haci Əkbər Rüstəmovun “Xatirələr yaşadır məni” kitabının ən kədərli səhifələrindən biri də Xocalının işğalı gecəsi Əkbər müəllimin keçirdiyi hisslərdir.

Əmtəə bazarlarında qızılın qiyməti 4 400 dollara yaxınlaşıb

Azərbaycan Gürcüstandakı münaqişənin sülh yolu ilə həllinə tam dəstəyini bir daha təsdiqləyib

17 yaşlı qıza nişan keçirildi - Valideynləri polisə çağırıldı

Məmməd Qədir : Azad oldu deyin mənə... - FOTO

"Amerika niyə buraya gəlib hərbi bazalar qurmalıdır?" - Pezeşkian

9-cu dəfə əməliyyat olunacaq

ƏBƏDİ MUĞAMIN GƏNC NƏFƏSİ - FOTOLAR

RƏŞAD BAXŞƏLİYEV DASTANI - FOTO

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31