Xəbərlər
16.03.2026, 14:30
Gülnarə Məhəmmədqızı : Səssiz köhnə yollar - FOTO
Payız yarpağı tək xatirəm, solğun,
Bahar nəfəsini gətirir külək.
Səssiz köhnə yollar izləri yorğun,
Hər küncdən bir ümid bitirir ürək.
Saçıma küləklər çəkir tumarı,
Xəyallar içimdə yenə canlanır.
Köksündə yer salmış təlatüm, təlaş,
Közərmiş könlümün ocağı yanır.
Eh, bahar gülünə bənzəməz xəzan,
Sevgisiz nəğmə də ruhu titrətmir.
Eşqi pərvazlanıb, nazilə süzən,
O qızı qaytarıb yenə gətirmir.
Bir vaxt işığına işıqlanardı,
Sükutdan yorulmuş köhnə küçələr.
Doğsaydı möcüzə, alqışlanardı,
Gənclik nəfəsiylə ruhum dincələr.
Payız yönü qışa yol alır ömür,
Ümid ağacından dərir xəyyalar.
Atılan hər addım geriyə dönmür,
Adla pıçıldanır keçmiş əyyamlar.
Bəlkədə gün gələ, o yollar dönə,
Çiçəklər bəzəyə taley taxtını.
Qapımı səadət yenidən döyə,
Oyada ömrümün sevən vaxtını.
Bahar nəfəsini gətirir külək.
Səssiz köhnə yollar izləri yorğun,
Hər küncdən bir ümid bitirir ürək.
Saçıma küləklər çəkir tumarı,
Xəyallar içimdə yenə canlanır.
Köksündə yer salmış təlatüm, təlaş,
Közərmiş könlümün ocağı yanır.
Eh, bahar gülünə bənzəməz xəzan,
Sevgisiz nəğmə də ruhu titrətmir.
Eşqi pərvazlanıb, nazilə süzən,
O qızı qaytarıb yenə gətirmir.
Bir vaxt işığına işıqlanardı,
Sükutdan yorulmuş köhnə küçələr.
Doğsaydı möcüzə, alqışlanardı,
Gənclik nəfəsiylə ruhum dincələr.
Payız yönü qışa yol alır ömür,
Ümid ağacından dərir xəyyalar.
Atılan hər addım geriyə dönmür,
Adla pıçıldanır keçmiş əyyamlar.
Bəlkədə gün gələ, o yollar dönə,
Çiçəklər bəzəyə taley taxtını.
Qapımı səadət yenidən döyə,
Oyada ömrümün sevən vaxtını.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay














