Xəbərlər
7.03.2026, 00:04
ƏFŞAN YUSİFQIZI : Beynimdə bir mövzu var, nə şeir olur, nə hekayə, çırpınır hələki....
Artıq qocalıram,
Bunu ən çox şeirlərimdən bilirəm.
Bir vaxt ürəyim sevdalı çırpınar, sevgi dolu misralar yazdırardı...
indi misralarım
imandan, Qurandan,
bir də səssiz yaxınlaşan ölümdən yazır...
Sözlərimin rəngi dəyişib,
əvvəl nərgiz, bənövşə qoxulu olardı,
qızılgül kimi pardaqlanardı,
indi torpaq kimi sakit, səssizdir...
Sanki qələmim də yaşlanıb,
əvvəllər bahar kimi yazardı,
indi payız kimi,
Yarpaqlar tökülür misralarımdan.
Hərdən keçmiş qapımı döyür,
köhnə bir xatirə qonaq gəlir.
Onda yenə yazıram
həsrətdən, ayrılıqdan, illər əvvəl qatar kimi çıxıb gedənlərdən,
adı çəkilməyən adamların kölgəsindən.
Bir də qəfil bir məsum qızcığaz boylanır uzaqdan,
uşaqlığıma qayıdıram…
Saçımdakı əzik bantdan yazıram,
məktəbdə boynubükük duruşumdan,
ütüsüz qalstukumdan,
tozlu çəkməmdən, kiçik ovuclarımdakı arzulardan, bir də
anasının səsini uzaqdan eşidən bir uşaqdan yazıram...
O vaxt dünya böyük idi,
mən isə kiçik.
İndi dünya kiçilib,
mən isə yorulmuşam...
Artıq qocalıram…
Bunu evimin səsindən bilirəm...
Ətrafımda nəvələr gülür,
oyuncaqlar yerə səpələnir,
mən isə bir küncdə oturub
dünyanın necə sürətlə keçdiyini
sakitcə izləyirəm.
Onlar sabahdır,
mən isə xatirə oluram yavaş-yavaş...
Onlar məndən həyat istəyir,
mən isə onlara xatirələr verirəm.
Bəzən kənardan baxıram özümə
Çox şey görmüş,
çox şey itirmiş,
amma yenə də şükür etməyi öyrənmiş biri kimi.
İndi şeirlərim dua kimidir,
səssiz, ağır,
amma səmimi.
Bəzən ürəyim pıçıldayır:
- Qorxma… sevgi şeiri yazmasan da,
Sevgi dolu dua yazırsan...
01.03.(indi)
Bunu ən çox şeirlərimdən bilirəm.
Bir vaxt ürəyim sevdalı çırpınar, sevgi dolu misralar yazdırardı...
indi misralarım
imandan, Qurandan,
bir də səssiz yaxınlaşan ölümdən yazır...
Sözlərimin rəngi dəyişib,
əvvəl nərgiz, bənövşə qoxulu olardı,
qızılgül kimi pardaqlanardı,
indi torpaq kimi sakit, səssizdir...
Sanki qələmim də yaşlanıb,
əvvəllər bahar kimi yazardı,
indi payız kimi,
Yarpaqlar tökülür misralarımdan.
Hərdən keçmiş qapımı döyür,
köhnə bir xatirə qonaq gəlir.
Onda yenə yazıram
həsrətdən, ayrılıqdan, illər əvvəl qatar kimi çıxıb gedənlərdən,
adı çəkilməyən adamların kölgəsindən.
Bir də qəfil bir məsum qızcığaz boylanır uzaqdan,
uşaqlığıma qayıdıram…
Saçımdakı əzik bantdan yazıram,
məktəbdə boynubükük duruşumdan,
ütüsüz qalstukumdan,
tozlu çəkməmdən, kiçik ovuclarımdakı arzulardan, bir də
anasının səsini uzaqdan eşidən bir uşaqdan yazıram...
O vaxt dünya böyük idi,
mən isə kiçik.
İndi dünya kiçilib,
mən isə yorulmuşam...
Artıq qocalıram…
Bunu evimin səsindən bilirəm...
Ətrafımda nəvələr gülür,
oyuncaqlar yerə səpələnir,
mən isə bir küncdə oturub
dünyanın necə sürətlə keçdiyini
sakitcə izləyirəm.
Onlar sabahdır,
mən isə xatirə oluram yavaş-yavaş...
Onlar məndən həyat istəyir,
mən isə onlara xatirələr verirəm.
Bəzən kənardan baxıram özümə
Çox şey görmüş,
çox şey itirmiş,
amma yenə də şükür etməyi öyrənmiş biri kimi.
İndi şeirlərim dua kimidir,
səssiz, ağır,
amma səmimi.
Bəzən ürəyim pıçıldayır:
- Qorxma… sevgi şeiri yazmasan da,
Sevgi dolu dua yazırsan...
01.03.(indi)
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay














