Allahla aramda çəpərdi günah,
Adamlar Allahın adını sevir...
Bu tanış küçədə nə çox ləpir var,
Hamı mən sevdiyim qadını sevir?

Piri də oyuncaq sanırıq bəzən,
Elə bilirik ki, cahilik biz də...
Ay bulud içində sapsarı xaldı,
Tez-tez sular didən sahilik biz də.

Kim belə rəngləyib bu şəkli axı,
Baxırsan, eləcə, kağız bulanıb.
Sanma ki, ürəyə eşq dərman olur,
Bu sözlə gör, neçə ağız bulanıb.

Səni kim göndərib naşı vaxtıma
Köksümdə dərd dağı bitirən qadın?
Qatar yola düşür, inadı tulla
Verdiyim ürəyi itirən qadın.


*****

Ötür yaz dumanı şeh düşən çöldən,
Bu qoca çıxmadı səhərə, nahaq...
Eh, mən də həsrətin hamilə çağı,
Nahaq qayıtmışam şəhərə, nahaq.

Gör o uzaqdakı qızartı nədir,
Vaxtsız əcəl kimi qayıdır şeytan.
Nə tez balaladı bu itlər yenə?
Bax, elə bu itin tayıdır şeytan.

Kənd də yetim qalıb mənimtək indi,
Eh, nədən bağlıdı qapılar burda?
Hardasan, ay ölmüş, gəl, geri dönək,
Nə vaxtsa bir adam tapılar burda.

Şəhvətin sürüşkən divarları çox,
Bu iyrənc böcəklər haradan gəlib?
Nə vaxtsa yuxudan oyadıb səni,
Qəfil deyəcəyəm: Yaradan gəlib!..


*****

İşıqlar dumanda nəm olur bəzən,
İtlər hürən kimi sürülər gedir.
Adam da ağacdı, xəzan düşəndə
Ölür, çiynindəki hürülər gedir...

İnsanlıq, pul kimi hamıda olmur,
Gərək tanıtmayaq piri keçələ...
Molla iki qıza cadu eləyir,
Biri kora gedir, biri keçələ.

Sevmədim, adımı oğru çıxartdı,
Beş-on gün evində qaldığım qadın.
Getdim üzük aldım, balaca çıxdı,
Geri götürmədi aldığım qadın.

Üç şeir oxudum, birin bəyəndin,
Sən “tabut” sözünü day ağıma yaz.
Peyğəmbər olmadım, karına yetim,
Bunu da borc kimi ayağıma yaz...




Son xəbərlər

Sözünün əvvəli də Şakir idi, sonu da…

Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib

Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər məhkəməyə gətirilib

Bakıda 5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib

İslam Əməkdaşlıq Təşkilatının baş katibi "ASAN xidmət" mərkəzi ilə tanış olub

Barselonada etirazlar zamanı 128 nəfər saxlanılıb, şəhərə 36 min avro dəyərində ziyan vurulub

BASQALIN GÜNƏŞİ, AYI GÖZƏLDİ... - FOTOLAR

Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair Avropa Konvensiyasına 2-ci Əlavə Protokol təsdiqlənib

Mehriban Əliyeva Azərbaycan Rəssamlar İttifaqının sədrini təbrik edib

"Azərbaycan dünyada idman mərkəzlərindən birinə çevrilir" - Deputat

Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib

Azərbaycan millisi İsrailə qalib gəldi

Bu gün “Qızıl top”un sahibi bəlli olacaq

Abşeronda genişmiqyaslı abadlıq-quruculuq işləri davam etdirilir - FOTOLAR

İlham Əliyev Avstriya Prezidentini təbrik edib

Elm və Təhsil Nazirliyi: İranlı nazirin açıqlaması Azərbaycanın daxili işlərinə müdaxilə cəhdidir

Boksçumuz Avropa çempionu oldu

Əməkdar artist dövlətdən yardım istədi

“Bakcell eSIM” ilə eyni anda iki nömrədən istifadə edin

Əhalinin nəzərinə: Yağış, ardınca qar gəlir…

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

XƏSTƏLİKLƏRİN ƏSAS SƏBƏBİ BİZ ÖZÜMÜZÜK. EMOSİYALARA HAKİM OLMAMIZ LAZIM

Azərbaycan XİN Avstriyanı Milli Günü münasibətilə təbrik edib

İnfantino: "Sabah" və "Qarabağ" Azərbaycan futbolunun nə qədər möhtəşəm olduğunu nümayiş etdirdilər"

Türkiyə kəşfiyyatının rəhbəri İrana səfər edəcək

“Real Madrid” səfərdə “Barselona”nı məğlub edib

Britaniyada fırtına səbəbindən 1500-dən çox aviareys təxirə salınıb

Vuçiç uduzduğunu elan edib

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031