Necə də ağırdır qələmin, şair - FOTO
Hikmət Məlikzadə,
şair-publisist


Görkəmli ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğluna həsr edirəm.

Ay yoxdur, atını çox yorma, adam,
Ömür hanasını toxuma, nolar!..
Kif iyi verəcək qəm dolu kitab,
Sən hər yazılanı oxuma, nolar!..

Sevda qarğışları duamı, səncə?!
Sevda sonaları çölünə düşməz.
Dumana qısılıb yüz quş vurarsan,
Gəlib bircəciyi gölünə düşməz.

Söz elçi daşıdı, minnət deyil ki,
Çox getdin söz adlı biçinə, onsuz.
Nədənsə günaha əl açır hamı,
Hamı günah yığır içinə, onsuz.

Necə də ağırdır qələmin, şair,
Hər fikrin üstündə söz çəkisi var.
Hərəyə bir cürə öyüd verirsən,
Bəlkə hər tabutun öz çəkisi var?

Əzab da rəssamdır, fırçasız-zadsız
Neçə qırış çəkir alına, adam.
Səni sözə görə “edam” edirlər,
Nə çox sevinən var halına, adam?

Yollar kəsə olar, davasız olmaz,
Sənin də həyatın tənlik deyil ki...
Kövrək xatirələr üşüdər səni, -
Tez-tez asi düşmək sənlik deyil ki.

Buludlar yenə də uşağa qalıb,
Vaxtdı, məlhəm elə yarama, sözü.
Sən necə adamsan, el-elat bilir,
Heç vaxt öyrətmədin harama, sözü.

Axı kim günahdan gen dura bilib?
Butadı – ilmədi naxışın hələ.
Uşaq saflığı var içində, vallah,
Uşaq baxışıdı baxışın hələ...

Həyat çəpərinin işığı sönməz,
Köhnə duyğuları götür hiss kimi.
Hardasa bir acı niskil çırpınır,
Sənin ürəyindən ötür hiss kimi.

Həyat da kitabdı – şəkilsiz kitab,
Çoxu ayə-ayə oxuyar onu.
Sənin sözlərindən hana qurarlar,
Bir qız bardaş qurub toxuyar onu...

Ay, bəzən qarşında pəncərə olar,
Gecə ovçuları ləpir sayarlar.
Taleyi qaranlıq otaq bilənlər
Nə ələm tanıyar, nə pir sayarlar...

Sənin poeziyan elm quyusu,
Kəndir sallayanlar gözünü görür.
Yazdığın şeirlər dərmandı, adam,
Hər kim ki oxuyur, özünü görür.

Məscid kərpicidi hər bir kitabın,
İçində nə qədər azan səsi var...
Kim ki, ağız əyir şeirlərinə,
Eh, onun başında qazan səsi var.

Neçə söz qatarı ötüb yanından,
Bax, sənə aiddi çoxunun yükü.
Şeytan hədəf edib arada səni, -
Bir-iki qucaqdı oxunun yükü...

Sən şahlıq quşuna aldanmadın heç,
Hər sözün üstündə ləl qabarın var.
Sənin nəyin varsa, tər qoxuludur, -
Zəhmət tablosunda əl qabarın var.

Sən sözü elmlə qoşa daşıdın,
Sən elə əzəldən zəhmət daşısan.
Tövbə duasıdı hər sözün indi,
Sən elə çoxuna rəhmət daşısan...

Şərik iş görmədin şeytanla heç vaxt,
Günahı üstünə yaş töküblər, eh.
Hələ mərdimazar adamlar çoxdur,
Getdiyin yollara daş töküblər, eh...

Gərək iblis ola adamlar, gərək,
Allahın üzünə ağ ol deməkçün...
Çoxu səni gəzir əlində çıraq,
Sənə bircə ağız “sağ ol” deməkçün.

Ay yoxdur, atını çox yorma, adam,
Ömür hanasını toxuma, nolar!..
Hikmətdi, naşıdı, nə yazıb, boş ver,
Onun yazdığını oxuma, nolar!..

Son xəbərlər

Azərbaycanda duru yağ istehsalı artıb, kərə yağı istehsalı isə azalıb

Pərviz Şahbazov: "Enerji məsələsi dövlətlərin ümumi təhlükəsizliyi üçün vacibdir"

"SARI AŞIQ" ƏDƏBİ MƏCLİSİNİN APREL GÖRÜŞÜ..

Dövlət başçısı Antalyada Şimali Kipr Prezidenti ilə görüşüb

Şahin Mustafayev: Gərginlik fonunda Şimal–Cənub dəhlizi əhəmiyyətini bir daha sübut edib

Rusiyada axtarışda olan şəxs polisləri güllələyib, ölən və yaralananlar var

Təhsil alanlara ailə başçısını itirməyə görə sosial ödənişin verilməsi proseduruna dəyişiklik edilib

ABŞ ordusu Hörmüz boğazında blokadanı yarmağa çalışan gəmilərə güc tətbiq edəcək

Türkiyədən mühüm addım - 3 ölkə ilə ittifaq yaradılır

Prezident deputatı “Şöhrət” ordeni ilə təltif etdi

Livan Prezidenti İsraillə birbaşa danışıqlar üçün ilkin şərtini açıqlayıb

Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gedib

Xaricdə təhsil alan 255 nəfərin diplomu tanınmayıb

MN-in Mərkəzi Hərbi-Həkim komissiyasının sabiq rəisinin məhkəməsi başlayıb

Dövlət maliyyəsinin idarə olunması vahid platformada birləşdirilir

DSMF-nin rüblük gəlirləri və xərcləri açıqlanıb

Rusiya Ukraynanın üç bölgəsinə zərbələr endirib: 14 nəfər ölüb, 100 nəfər xəsarət alıb

Növbəti həftə Azərbaycanda vaksinasiyadan kənarda qalan uşaqlar peyvəndə cəlb ediləcək

UEFA Konfrans Liqası: 1/4 final mərhələsinin cavab qarşılaşmaları keçiriləcək

SƏHNƏYƏ SƏDAQƏTİN SƏSİ

"A Haber": Türkiyədə məktəbdə baş verən atışmada müəllimə uşaqları qoruyan zamanı həlak olub

Bakının bəzi yollarında sıxlıq müşahidə olunur

Nazirlər Kabineti hasilatın pay bölgüsündə Azərbaycanın öhdəliklərini təsdiqləyib

Müddəti başa çatan vergi güzəştlərinə yenidən baxılacaq

Reklamlarda uşaqların görüntüsü valideynlərin razılığı ilə istifadə ediləcək

Bakıda evdə yanğın baş verib

Türkiyədə daha bir məktəbə silahlı hücum olub, 6 nəfər yaralanıb

Moldova MDB-ni gələn il rəsmən tərk edəcək

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930