Hikmət Məlikzadə
Şair-publisist

Görkəmli ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğluna həsr edirəm.

Ay yoxdur, atını çox yorma, adam,
Ömür hanasını toxuma, nolar!..
Kif iyi verəcək qəm dolu kitab,
Sən hər yazılanı oxuma, nolar!..

Sevda qarğışları duamı, səncə?!
Sevda sonaları çölünə düşməz.
Dumana qısılıb yüz quş vurarsan,
Gəlib bircəciyi gölünə düşməz.

Söz elçi daşıdı, minnət deyil ki,
Çox getdin söz adlı biçinə, onsuz.
Nədənsə günaha əl açır hamı,
Hamı günah yığır içinə, onsuz.

Necə də ağırdır qələmin, şair,
Hər fikrin üstündə söz çəkisi var.
Hərəyə bir cürə öyüd verirsən,
Bəlkə hər tabutun öz çəkisi var?

Əzab da rəssamdır, fırçasız-zadsız
Neçə qırış çəkir alına, adam.
Səni sözə görə “edam” edirlər,
Nə çox sevinən var halına, adam?

Yollar kəsə olar, davasız olmaz,
Sənin də həyatın tənlik deyil ki...
Kövrək xatirələr üşüdər səni, -
Tez-tez asi düşmək sənlik deyil ki.

Buludlar yenə də uşağa qalıb,
Vaxtdı, məlhəm elə yarama, sözü.
Sən necə adamsan, el-elat bilir,
Heç vaxt öyrətmədin harama, sözü.

Axı kim günahdan gen dura bilib?
Butadı – ilmədi naxışın hələ.
Uşaq saflığı var içində, vallah,
Uşaq baxışıdı baxışın hələ...

Həyat çəpərinin işığı sönməz,
Köhnə duyğuları götür hiss kimi.
Hardasa bir acı niskil çırpınır,
Sənin ürəyindən ötür hiss kimi.

Həyat da kitabdı – şəkilsiz kitab,
Çoxu ayə-ayə oxuyar onu.
Sənin sözlərindən hana qurarlar,
Bir qız bardaş qurub toxuyar onu...

Ay, bəzən qarşında pəncərə olar,
Gecə ovçuları ləpir sayarlar.
Taleyi qaranlıq otaq bilənlər
Nə ələm tanıyar, nə pir sayarlar...

Sənin poeziyan elm quyusu,
Kəndir sallayanlar gözünü görür.
Yazdığın şeirlər dərmandı, adam,
Hər kim ki oxuyur, özünü görür.

Məscid kərpicidi hər bir kitabın,
İçində nə qədər azan səsi var...
Kim ki, ağız əyir şeirlərinə,
Eh, onun başında qazan səsi var.

Neçə söz qatarı ötüb yanından,
Bax, sənə aiddi çoxunun yükü.
Şeytan hədəf edib arada səni, -
Bir-iki qucaqdı oxunun yükü...

Sən şahlıq quşuna aldanmadın heç,
Hər sözün üstündə ləl qabarın var.
Sənin nəyin varsa, tər qoxuludur, -
Zəhmət tablosunda əl qabarın var.

Sən sözü elmlə qoşa daşıdın,
Sən elə əzəldən zəhmət daşısan.
Tövbə duasıdı hər sözün indi,
Sən elə çoxuna rəhmət daşısan...

Şərik iş görmədin şeytanla heç vaxt,
Günahı üstünə yaş töküblər, eh.
Hələ mərdimazar adamlar çoxdur,
Getdiyin yollara daş töküblər, eh...

Gərək iblis ola adamlar, gərək,
Allahın üzünə ağ ol deməkçün...
Çoxu səni gəzir əlində çıraq,
Sənə bircə ağız “sağ ol” deməkçün.

Ay yoxdur, atını çox yorma, adam,
Ömür hanasını toxuma, nolar!..
Hikmətdi, naşıdı, nə yazıb, boş ver,
Onun yazdığını oxuma, nolar!..

Son xəbərlər

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

ATLAZ RZAYİ: CƏLİLABAD ƏDƏBİ MÜHİTİNİN SAFLIQ VƏ SƏMİMİYYƏT NÜMUNƏSİ

“Evlənməyə vaxtımız yoxdur”

Baş Prokurorluqdan "WhatsApp"la bağlı xəbərdarlıq

Sözünün əvvəli də Şakir idi, sonu da…

Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib

Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər məhkəməyə gətirilib

Bakıda 5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib

İslam Əməkdaşlıq Təşkilatının baş katibi "ASAN xidmət" mərkəzi ilə tanış olub

Barselonada etirazlar zamanı 128 nəfər saxlanılıb, şəhərə 36 min avro dəyərində ziyan vurulub

BASQALIN GÜNƏŞİ, AYI GÖZƏLDİ... - FOTOLAR

Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair Avropa Konvensiyasına 2-ci Əlavə Protokol təsdiqlənib

Mehriban Əliyeva Azərbaycan Rəssamlar İttifaqının sədrini təbrik edib

"Azərbaycan dünyada idman mərkəzlərindən birinə çevrilir" - Deputat

Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib

Azərbaycan millisi İsrailə qalib gəldi

Bu gün “Qızıl top”un sahibi bəlli olacaq

Abşeronda genişmiqyaslı abadlıq-quruculuq işləri davam etdirilir - FOTOLAR

İlham Əliyev Avstriya Prezidentini təbrik edib

Elm və Təhsil Nazirliyi: İranlı nazirin açıqlaması Azərbaycanın daxili işlərinə müdaxilə cəhdidir

Boksçumuz Avropa çempionu oldu

Əməkdar artist dövlətdən yardım istədi

“Bakcell eSIM” ilə eyni anda iki nömrədən istifadə edin

Əhalinin nəzərinə: Yağış, ardınca qar gəlir…

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

XƏSTƏLİKLƏRİN ƏSAS SƏBƏBİ BİZ ÖZÜMÜZÜK. EMOSİYALARA HAKİM OLMAMIZ LAZIM

Azərbaycan XİN Avstriyanı Milli Günü münasibətilə təbrik edib

İnfantino: "Sabah" və "Qarabağ" Azərbaycan futbolunun nə qədər möhtəşəm olduğunu nümayiş etdirdilər"

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031